Müharibənin çörək sınağı: Taxıl bazarında nə baş verir?

Müharibənin çörək sınağı: Taxıl bazarında nə baş verir?Buğdanın bir buşelinin (1 buşel = 60 funt və ya 27,2 kq) qlobal qiyməti 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Buğdanın may fyuçerslərinin qiyməti Çikaqo birjasında 7,1 faiz artaraq bir buşelə görə 10,59 ABŞ dollarına çatıb ki, bu da 2008-ci ilin mart ayından bəri qeydə alınan ən yüksək göstəricidir. Qiymətlərin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən tədarükdə fasilələrin yaranacağı narahatlığı fonunda yüksəldiyi qeyd edilir.

Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik:

Azərbaycanın buğda idxal etdiyi 3 əsas ölkə var. Ukrayna, Rusiya və Qazaxıstan. Yəni buğda aldığımız iki ölkə hazırda müharibə edir. Əsas ixracatçılarımız olan ölkələrin müharibə apardığı dövrdə buğda tələbatını necə ödəyəcəyik? Bu, çörəyin, ümumilikdə un və un məmulatlarının qiymətində yenidən artıma səbəb ola bilərmi? Çünki ilin əvvəlində çörəyin qiymətində bir dəfə artım qeydə alınmışdı.

İqtisadçı Xalid Kərimli deyir ki, Rusiya və Ukrayna dünyada taxıl ixracında böyük paya malik ölkələr olduğu üçün onlar arasındakı gərginlik qiymətlərə öz təsirini göstərməli idi:

"Rusiya və Ukraynanın dünyanın taxıl ticarətində böyük payı var. Bu gün Rusiya dünya taxıl ixracının 18 faizini həyata keçirir. Bu rəqəm 2018-ci ildə 25 faiz idi. Yəni Rusiya dünyanın ən böyük taxıl, buğda ixracatçısıdır.

Ukrayna da dünyanın 5-ci ən böyük ixracatçısıdır. Dünya taxıl ixracında 7,5 faizlik paya sahibdir. İki ölkə bir yerdə dünya taxıl ixracının 25-30 faizini təmin edir. Kifayət qədər böyük paya malikdirlər və bu gərginlik buğdanın qiymətinə təsir göstərməli idi".

X.Kərimlinin sözlərinə görə, Rusiya və Ukrayna arasındakı konflikt genişləndikcə, bu, qiymət artımı prosesində də müşahidə ediləcək:

"Ukrayna və Rusiya buğda ticarətini, əsasən, Qara dəniz üzərindən həyata keçirir. Hətta Ukraynada bu rəqəm 95 faizdir. Ukrayna Qara dənizdə ticarətini Xerson, Odessa limanları üzərindən aparırdı. Rusiya artıq Xerson şəhərini tutub.

Bu liman vasitəsilə Ukraynanın Qara dənizə çıxışı məhdudlaşır. Bütün bunlar da buğda qiymətlərinin yüksəlməsi təhlükəsini ciddi surətdə artırır. Konflikt genişləndikcə bu proseslər də dərinləşəcək. Amma müharibə qısa müddətdə dayanarsa, qiymətdə müəyyən qədər ucuzlaşma qeydə alına bilər".

X.Kərimli bildirdi ki, Azərbaycan buğdanı, əsasən, Rusiya, Qazaxıstan və Ukraynadan idxal edir. Ancaq əsas asılılıq Rusiyadandır:

"Azərbaycanın buğda idxalının azaldılması ilə bağlı müəyyən planları var idi. Onlardan biri də Ukraynada ərazilər icarəyə götürüb buğda əkilməsi idi. Hazırda ərazidə konflikt var, ona görə o plan müəyyən müddət təxirə salınacaq.

Ümumi buğda idxalımızda Rusiyanın payı 98-99 faizdir. Düzdür, Rusiyanın ərazisində müharibə getmir. Amma Rusiyaya qarşı sanksiyalar qiymətləri artırır. Bu konflikt uzandıqca daha az məhsul dünya bazarlarına çıxarılacaq və qiymətlər də artacaq".

İqtisadçı qeyd etdi ki, buğdanın qiymətinin kəskin artması un və un məmulatlarının da qiymətində öz əksini tapa bilər:

"Bahalaşmış un, buğda qiymətləri un, çörək məhsullarının qiymətini artıra bilər. Hökumət 2022-ci ildən un məhsullarının idxalına heç bir subsidiya vermir. Tətbiq etdiyi güzəştlər də indiki qiymətlərdə öz əksini tapıb. Dünya buğda, taxıl bazarında baş verən qiymət artımlarını mağazaların piştaxtalarında hiss edəcəyik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1130   Tarix: 12 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

21:00 154
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

16:40 217
.

Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur

Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın

15:41 221
.

Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar

Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve

13:00 230
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

16:50 270
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

19:41 225
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

17:40 203
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

22:46 14
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

16:52 251
.