Rusiya-Ukrayna müharibəsinin Azərbaycan tikinti bazarına təsiri açıqlandı

Rusiya-Ukrayna müharibəsinin Azərbaycan tikinti bazarına təsiri açıqlandıAzərbaycanın tikinti sektoru Rusiya bazarı ilə qarşılıqlı əlaqədədir. Təbii olaraq bu ölkəyə qarşı tətbiq edilən sanksiyalardan irəli gələn qiymət artımı və digər fəsadlar Azərbaycan tikinti bazarına da təsir göstərir.

Hazırda bu sahədə müşahidə olunan vəziyyəti "Report" tikinti sektorunun mütəxəssisləri ilə araşdırıb.

Tikinti sektorunda çalışan iş adamı Elgiz Eyvazov hesab edir ki, Rusiyadan gələn malların qiymətlərində avtomatik olaraq artım baş verəcək. Eyni zamanda, Türkiyə istehsalı olan malların qiyməti də qalxır:

"Ölkələr bir-biri ilə bağlıdır. Bir ölkədə qiymət artımı və ya logistikada problem olanda bu, digərinə də təsir edir. Türkiyədən gələn məhsulların qiymətində 15-20 % artım olub. Təxminən, beş-altı gündür ki, bu proses müşahidə olunur. Biz həmişəki kimi məhsulun maya dəyərinə 10 %-lik marjamızı qoyub satacağıq. Rusiyadan Azərbaycana tikinti sektoruna aid ən çox dəmir məmulatları gətirilir. Yəni, daha çox bu məhsulların qiymətində artım olacaq. Rusiyadan gələn dəmir məmulatlarının yerli məhsullarla əvəz olunacağını düşünürəm. Həmin məhsullara da tələbat olduğu üçün qiymət artımı olacaq".

Dəmir məmulatları satan mağazanın müdiri Səyyad Nəsirov qiymətlərdə dəyişiklik olduğunu təsdiqləyir və bu prosesin davamlı olacağını ehtimal edir:

"Azərbaycanda fəaliyyət göstərən "Bakı İnşaat Sənaye" ASC xammalı Rusiyadan gətirir, məhsulları burada istehsal edir və mağazalara paylayır. Hələlik həmin zavod Rusiyadan mal gətirə bilmir.

S.Nəsirov bildirib ki, dəmir məmulatlarının qiyməti tonuna görə 30-40 manat artıb:

"Nazik profillərin bir tonu 1 600 manatdır. Qalın profillərin tonu isə 1 500 manata satılır. Sex istehsalı olan armaturların qiyməti 940 manat+ ƏDV (18 %), zavod malının isə 1 500 manat + ƏDV-dir".

"Bakı İnşaat Sənaye" ASC-nin İdarə Heyətinin sədri Ramiz Əhmədov hələlik çətinlik görmədiklərini qeyd edib. O eyni zamanda istənilən təhlükəyə qarşı tədbirlər gördüklərini, ehtiyat variantlarını düşündüklərini bildirib:

"Rusiyadan sifarişləri ABŞ dolları ilə edirdik. Hazırda ehtimal olunur ki, ticarət rublla aparılacaq. Çünki bizim Rusiya istehsalçıları ilə rublla hesabımız da var. Hələlik nəyin necə olduğunu dəqiq demək olmaz. Bizim analitiklər müxtəlif variantları nəzərdən keçirir, alternativ bazarları yoxlayırlar. Qiymətlərin qalxdığı müşahidə olunur. İstehsal üçün Türkiyədən aldığımız qatqıların qiymətləri də kəskin dərəcədə qalxıb".

R.Əhmədov hazırda mağazalara tikinti materiallarının çatdırılması məsələsində müştərilər tərəfindən narahatlıq sezildiyini desə də, bunun müvəqqəti olduğunu düşünür.

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev "Report"a bildirib ki, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanın ticarət tərəfdaşlarına da təsir etməkdədir: "Azərbaycan Dövlət Gömrük Komitəsinin cari ilin yanvar ayı üzrə açıqladığı xarici ticarətin statistikasına əsasən, Ukrayna və Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biri kimi ticarət dövriyyəsində müvafiq olaraq üç və dördüncü yerləri tutur. Hazırda davam edən müharibənin bu ticarət dövriyyəsinə təsir edəcəyi də şübhəsizdir".

"Rusiya ilə Ukrayna arasında davam edən müharibə tikinti materiallarının ölkəmizə idxalına da öz mənfi təsirini göstərəcək. Amma Rusiyadan idxal olunan tikinti materiallarının qiymətinə təsir edən amil yalnız Rusiya-Ukrayna arasında olan gərginlik deyil. Belə ki, yerli sahibkarlar Rusiyadan ağac materialları da idxal edirlər. Rusiya Prezidentinin 2021-ci ildə imzaladığı sərəncamla cari ilin yanvarın 1-dən etibarən oduncağın emal olunmamş formada idxalı qadağan edilib. Bu o deməkdir ki, artıq yerli sahibkarlar xammal formasında ağac materialları idxal edə bilməyəcək və son nəticə olan məhsul formasında (taxta və s.) ağac idxal edəcəklər. Bu isə malın maya dəyərində fərqin yaranmasına səbəb olacaq. Beləliklə də, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl artıq idxal olunan ağac materiallarının qiymətlərində artım yarandığının şahidi olmuşuq", - İttifaq sədri açıqlayıb.

R.İsayev onu da bildirib ki, Rusiya ağac materiallarının ən böyük alıcısı Çin, ondan sonra Özbəkistan, üçüncü isə Azərbaycandır: "Çin Rusiyadan ixrac olunan ağac materiallarının 50 %-ni, Özbəkistan və Azərbaycan isə hərəsi 9 %-ni alır. Bu isə çox böyük bir faizdir.

Hazırda rublun dəyərdən düşməsi də idxal olunan tikinti materiallarının qiymətinə təsir edə biləcək amillərdəndir. Amma hazırda Rusiyaya tətbiq edilmiş sanksiyaların sözügedən ölkənin ixrac əməliyyatlarına da təsir edə biləcəyini göz önünə alsaq, o zaman ucuzlaşmanın yox, əksinə bahalaşmanın qaçılmaz olacağını deyə bilərik. Belə ki, Rusiya strateji əhəmiyyətli məhsulların ixracına limit və ya qadağa tətbiq edə, bu isə öz növbəsində istehsalın azalmasına və ya dayandırılmasına səbəb ola bilər. Digər tərəfdən, bu ölkəyə müxtəlif istiqamətlərdə tətbiq edilən qadağalar idxalı da çətinləşdirə bilər".

R.İsayev ölkəmizə idxal olunan ağac materiallarının yalnız Rusiyadan idxal edilmədiyini də diqqətə çatdırıb:

"Rusiyadan idxal edilənlər sadəcə üstünlük təşkil edir. Bu sahədə alternativ bazar kimi Ukrayna və Qazaxıstan çıxış edir ki, Ukraynadan indiki dövrdə ağac materialları idxal etməyin özü də çətin məsələdir. Belə olduğu halda bu sahədə sonuncu alternativ variant kimi Qazaxıstan bazarı çıxış edə bilər. Hazırkı situasiyada tikinti materiallarının, xüsusən də Rusiyadan idxal edilən tikinti materiallarının bahalaşması qaçılmaz kimi görünür. Bu isə nəticədə tikintinin maya dəyərinə təsir etdiyindən tikinti bazarında da qiymətlərin artmasına səbəb olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2416   Tarix: 12 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Uşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir

Uşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb

12:21 84
.

Qitəni bürüyəcək partlayış: Amerikadakı nəhəng vulkan püskürə bilər?

ABŞ-ın Vayominq, Montana və Aydaho ştatlarının ərazisində yerləşən Yellouston Milli Parkı geyzerləri, isti bulaqları və möhtəşəm mənzərələri ilə məşhurdur. Lakin parkın altında adi vulkanların püskürmələrindən qat-qat böyük miqyaslı proseslərə səbəb ola bilən nəhəng vulkanik sistem yerləşir. Qaynarinf

13.08.2026 206
.

Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər

11:43 94
.

Bakıda oğlan yeniyetmə qızı parkda döyüb burnunu qırdı

Bakıda gənc oğlan parkda qızı döyüb. xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən parkda qeydə alınıb. İttiham aktına görə, 22 yaşlı Tacir Məmmədov (şərti adla) parkda aralarında yaranmış mübahisə zamanı 17 yaşlı Mətanətin (şərti adla) üzünə əl ilə zərbələr vurub

13.08.2026 326
.

Bankda yuyulan çirkli pullar və qumar biznesi - İDDİA

Ukraynada müharibə başladıqdan sonra bütün sistemə nəzarət imkanları məhdudlaşıb. Yerli media xəbər yayıb ki, ölkənin "Alliance Bank"ının korrupsiya sxemlərində və çirkli pulların yuyulmasında istifadə edildiyi iddia olunub. Məlumata görə, bankın fəaliyyətinə sabiq məmur Rostislav Şurman dəstə

13.08.2026 230
.

Nolanın yeni filmi rekord qırdı: 1,1 milyard dollar...

Britaniyalı rejissor Kristofer Nolanın "Odisseya" filmi karyerasının ən çox gəlir gətirən ekran işi olub. xarici mediaya istinadən xəbər verir ki, Homerin qədim yunan eposu əsasında çəkilən film dünya prokatında cəmi dörd həftəsonu ərzində 1,1 milyard dollardan çox gəlir əldə edib. "Odisseya"

13.08.2026 207
.

Türkiyədə turistləri daşıyan gəmi yandı - 115 nəfər özünü dənizə atdı

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda turistləri daşıyan gəmi yanğın baş verib. yerli mediaya istinadla xəbər verir ki, hadisə Katrancı körfəzində qeydə alınıb. "Toys Boat" adlı gəminin mətbəx hissəsində hələlik məlum olmayan səbəbdən başlayan yanğın qısa müddətdə bütün gəmini bürüyüb

13.08.2026 236
.

Rəqəm və ədəd arasındakı əsas fərqlər

Gündəlik ünsiyyətdə bu sözləri tez-tez sinonim kimi işlətsək də, əslində onlar müxtəlif anlayışları ifadə edirlər. Qayda olaraq nə vaxt "ədəd", nə vaxt "rəqəm" demək lazımdır? Rəqəm və ədəd arasındakı fərq nədən ibarətdir?. xarici mediaya istinadən rəqəm və ədəd arasındakı fərqi

13.08.2026 219
.

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı (SİYAHI)

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin IV ixtisas qrupunda dövlət sifarişi əsasında 3629 plan yeri ayrılıb. -ın Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, ən çox dövlət sifarişli yer tibb ixtisasına ayrılıb. Bu ixtisas üzr

10:16 138
.

TOP MP3