Novruz yarmarkasında qiymətlər necədir? - REPORTAJ

Novruz yarmarkasında qiymətlər necədir? - REPORTAJKoronavirus pandemiyasına görə 2 illik məcburi fasilədən sonra Bakıda satış yarmarkaları yenidən fəaliyyətə başlayıb. Bakının mərkəzində - "Fəvvarələr meydanı"nda paytaxt sakinləri və şəhərin qonaqları üçün quraşdırılan köşklərdə suvenirlər, hədiyyələr, müxtəlif növ şirniyyatlar, sular, şirələr, milli və xarici mətbəxə aid yeməklər satılır. Həmçinin şəkil çəkdirmək və əylənmək üçün yarmarkanın ərazisində hər yaşa uyğun oyun zonaları və özündə bayram ab-havasını əks etdirən müxtəlif konstruksiyalar quraşdırılıb.

"Report"un əməkdaşı Novruz bayramı yarmarkasına baş çəkib, qiymətlərlə maraqlanıb.

Məlum olub ki, burada satılan məhsullara tələbat kifayət qədər böyükdür. Alıcılar da yaradılan şərait və qiymətlərdən razılıqlarını bildiriblər.

Yarmarka iştirakçısı Nicat Abdullayev bildirib ki, fotosessiya üçün yazılı dekorlar təklif edirlər. Bunun qiyməti isə 2 manatdır. Onun sözlərinə görə, şəkil çəkdirənlər arasında gənclər üstünlük təşkil edir. O, burada kreativ fotoların alındığını bildirib.

Aynur Musayeva da yarmarkada çalışır. O deyib ki, burada stolüstü oyunlara maraq böyükdür: "İnsanlar oynayıb hədiyyə qazanırlar. Yaş kateqoriyası yoxdur. Qiymətlərə gəldikdə isə, atış sərbəstdir, bir nəfər üçün 3 manatdır".

Yarmarkadakı şirniyyat köşkündə də qiymətlər baha deyil. Burada müxtəlif növ şirniyyatları 2-4 manata almaq olar. Müştərilər də bundan razı olduqlarını söyləyiblər.

Səfiyyə Qaracıyeva isə bildirib ki, yarmarkada mart ayının 10-dan fəaliyyət göstərir. O, satışa çıxarılan bütün Novruz təamlarını özü hazırladığını bildirib: "Milli paxlavamızla yanaşı türk paxlavalarına da təlabat çoxdur. Qiymətlərə gəldikdə isə milli paxlavanın qiyməti 24 manat, türk paxlavası isə 40 manat təşkil edir".

Yarmarkada Novruz bayramını təcəssüm etdirən müxtəlif atributlar da var. Atributlara gəldikdə isə şamlar 3, bəzədilmiş yumurtaların qiyməti isə 2-3 manat arasında dəyişir. Araşdırma zamanı məlum olub ki, Novruz aksesuarlarına marağı daha çox turistlər göstərir. Burada da qiymətlər qənaətbəxşdir. Burada "samovar içində samovar" kimi tanınan çay güşəsi də yarmarkanı ziyarət edənlərin diqqətini çəkir. Güşədə meyvə qurularının qiyməti 50 qəpik, təbii otlarla hazırlanmış samovar çayı isə 1 manat təşkil edir. Əlavə olaraq, çayın yanında xurma və şokolad da təqdim olunur. Həmçinin bayram yarmarkasında müxtəlif əl işləri də nümayiş olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 994   Tarix: 12 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

21:00 154
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

16:40 217
.

Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur

Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın

15:41 221
.

Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar

Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve

13:00 230
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

16:50 270
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

19:41 225
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

17:40 203
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

22:46 14
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

16:52 251
.