Dörd azərbaycanlının öldürülməsinin təfərrüatı: "Gözümün qabağında vurdular" - VİDEO
Ukraynada öldürülən dörd azərbaycanlının cəsədi həmin ərazidəki morqa yerləşdirilib. Əslən Kəlbəcərdən olan qohumların nəşləri yaxın günlərdə Azərbaycana gətiriləcək.
BiG.AZ-ın "Xəzər Xəbər"ə istinadən məlumata görə, onlar Rusiyanın hərbi müdaxiləsi ilə Ukraynada başlayan müharibənin od-alovundan qurtulmaq üçün ölkədən çıxmaq istəyiblər, ancaq ölüm onları Moldova sərhədində yaxalayıb.
Uzun müddətdir ki, Ukraynada yaşayan Kəlbəcər rayonunun Təkəqaya kəndinin sakinləri - 46 yaşlı Nemət İsmayılov və 56 yaşlı Rəhim İsmayılov qardaşları, eləcə də Rəhim İsmayılovun 27 yaşlı oğlu Qabil İsmayılov və bacısının oğlu 25 yaşlı Camal Salmanov fevralın 27-də Ukraynadan Moldovaya keçərkən Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən atəşə tutulublar. Həmin vaxt orada olan bacıları Yaxşı Məmmədova deyir ki, sərhədi keçməyə çalışan insanlara kimin və niyə atəş açdığını hələ də başa düşə bilmir:
"Onda elə başa düşdüm ki, dünya dağıldı. Düşündüm ki, göydən nəsə gəldi. Hamı bir anlıq başını tutdu. Başımı qaldıranda gördüm ki, heç biri yoxdur. Hamısı yan-yana düzülmüşdü. Həmin meyitləri özüm götürdüm. Hamısını gözümün qabağında vurdular".
Vurulanlardan 3-ü yerindəcə, biri isə sonradan xəstəxanada dünyasını dəyişib. Yaxşı Məmmədova sağ qalan digər qohumu ilə Moldovadan keçərək Azərbaycana gəlib. Onun həyat yoldaşı isə meyitləri gətirmək üçün hazırda orada gözləyir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1621 Tarix: 09 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİxtisasların sayı niyə azaldılır? - Əsas səbəblər
"Peşə təhsilində ixtisasların sayının azaldılması ilə bağlı qərar əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi baxımından mühüm addımdır. İxtisasların optimallaşdırılması həm təkrarlanan və aktuallığını itirmiş istiqamətlərin aradan qaldırılmasına, həm də resursları
14:40 114 Cavid Gülün qızı xəstəxanalıq oldu - Foto
Aparıcı Cavid Gülün qızı Sofiya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, bu haqda aparıcının xanımı Nərgiz məlumat yayıb. O bildirib ki, övladlarını yüksək temperaturla xəstəxanaya aparıblar:. "40 dərəcə qızdırma ilə özümüzü xəstəxanaya çatdırdıq. Həyatımda yaşamadığım qorxunu, həyəcanı yaşadım
10:54 229 ABŞ-dan Ukrayna ilə bağlı diqqətçəkən hesabat
Ukraynada ciddi hərbi personal və texnika çatışmazlığı yaşanır. Bu vəziyyət ölkənin hərbi əməliyyatlar aparmaq qabiliyyətinə təsir göstərir. xəbər verir ki, bu barədə Pentaqonun Baş Müfəttişliyi, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən ABŞ Müdafiə Kəşfiyyat Agentliyini
11:46 139 Pakistan səfiri: İran və ABŞ qapalı qapılar arxasında danışıqlar aparır
Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi İran və ABŞ arasında qapalı qapılar arxasında danışıqların aparıldığını bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Diplomatın sözlərinə görə, tərəflər hazırda qapalı qapılar arxasında məsləhətləşmələri davam etdirirlər. Bu əlaqələrdə irəliləyişi
11:47 147 Pentaqon: Ukraynanın enerji obyektlərinin bərpası bir il çəkə bilər
RİA Novosti ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) Konqresə təqdim etdiyi məlumatlara istinadən xəbər verir ki, Ukraynanın zədələnmiş yarımstansiyalarının əksəriyyətini bərpa etməsi altı aya qədər vaxt apara bilər. xəbər verir ki, Zədələnmiş iri elektrik stansiyalarının təmiri isə ən azı bir il çək
11:04 137 Bölgələrdə yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirili
11:45 132 Fidanın Benqazi səfəri nə deməkdir? - Türkiyənin Liviyada yeni strategiyası
Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyaya səfər edib. Səfər çərçivəsində o, həm Tripoli, həm də Benqazi şəhərlərində olub. Fidanın Benqaziyə gedərək illərdir Ankaranın əsas rəqiblərindən biri hesab olunan Xəlifə Haftarla görüşməsi xüsusilə diqqət çəkib. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verə
12:24 160 Uşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir
Uşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb
12:21 147 İranla bağlı yeni təhdid: Brent neftinin qiyməti yüksəldi
14 avqust, cümə günü keçirilən ticarət əməliyyatları zamanı Şimal dənizi Brent markalı xam neftinin qiyməti ABŞ-ın İrana qarşı yeni təhdidləri fonunda yüksəlib. xəbər verir ki, bu barədə "Investing" agentliyi məlumat yayıb. Moskva vaxtı ilə saat 09:40 radələrində Brent markalı neftin qiymət
11:09 134