Prezidentin təltif etdiyi 13 qadın kimdir? - FOTOLAR
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı "Tərəqqi" medalı ilə təltif edib.
BiG.AZ "qafqazinfo"ya istinadən həmin qadınlar barədə qısa məlumatı təqdim edir:
Ağayeva Lyubov Aleksandrovna
L.Ağayeva Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.
Axundova Nəcibə Novruz qızı
N.Axundova Şəhid Kəşfiyyat İdarə rəisi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, eyni zamanda Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktorudur.
Alızadə Sevinc Əsgərxan qızı
S.Alızadə Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımıdır. O, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. O, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür.
Əfrasiyabova Dilarə Paşa qızı
D. Əfrasiyabova Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.
İmanova Mehriban Təyyar qızı
İqtisad üzrə fəlsəfə doktoru, dosent M. İmanova Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktorudur.
Qasımova Bahar Komandir qızı
B.Qasımova Respublika Qadınlar Cəmiyyətinin sədridir.
Qəhrəmanova Yaqut Qəhrəman qızı
Y. Qəhrəmanova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində fəaliyyət göstərir.
Mirzəzadə Gülqədəm Abdulalı qızı
G.Mirzəzadə Neftçala rayon Qadın Resurs Mərkəzinin rəhbəri və Neftçala rayon Aşağı Qaramanlı bələdiyyəsinin sədridir.
Muxtarova Dilarə Əliəsgər qızı
D.Muxtarova tanınmış azərbaycanlı milyonçu, xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsidir.
Rzayeva Yazgül Həsənəli qızı
Y.Rzayeva Naxçıvan MR Respublika Uşaq Xəstəxanasının nevrologiya şöbəsinin müdiridir.
Salamova Gülnaz Mustafa qızı
G.Salamova Şəki şəhər bələdiyyəsinin üzvü, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü, "Sevil" Qadınlar Məclisi Şəki təşkilatının sədridir.
Salehova Almas Yaqut qızı
A.Salehova Ağdaş rayon Qulbəndə bələdiyyəsində çalışır.
Tağıyeva Leyla Çingiz qızı
L.Tağıyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiridir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3044 Tarix: 07 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstan Prezidenti COP31-də iştirak edəcək
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl
10.11.2026 190 Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg
10.11.2026 209 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 53 Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı
Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb
10.11.2026 83 "Eşref"in ən sadiq əməkdaşı olacaq
"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"
10.11.2026 92 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 127 Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn
10.11.2026 196 İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis
10.11.2026 178 Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 171