İtkin düşən tələbə ailəsini də aldadıbmış: İlkin hazırda Polşadadır? - TƏFƏRRÜAT

İtkin düşən tələbə ailəsini də aldadıbmış: İlkin hazırda Polşadadır? - TƏFƏRRÜATBir neçə gündür ki, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin III kurs tələbəsi, idmançı İlkin Qənbərli itkin düşüb.

İ.Qənbərli sonuncu dəfə bir həftə öncə dostları ilə birlikdə olub. Onlardan ayrılandan sonra İlkindən xəbər almaq mümkün olmayıb. Onun sonuncu dəfə Yasamal rayonu ərazisində göründüyü deyilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda İlkin Qənbərlinin axtarışları davam etdirilir.

Qeyd edək ki, BDU-nun yaydığı məlumatda İlkin Qənbərlinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibi olduğu vurğulanmışdı. Lakin Güləş Federasiyasından verilən məlumata görə, İlkin Qənbərli bu idman növü ilə məşğul olsa da, milli komandaya yüksələ bilməyib və beynəlxalq turnirlərdə qalib olmayıb.

Modern.az saytının əməkdaşı İlkin Qənbərlinin tələbə yoldaşları ilə həmsöhbət olaraq, onunla bağlı bəzi məlumatlar əldə edib.

BDU-nun Geologiya fakültəsinin tələbələrinin sözlərinə görə, İlkin idman fəaliyyətinin qiymətləndirilmədiyini deyərək, ona göstərilən laqeyd münasibətdən narazılığını bildirib:

"Birinci kursdan onlayn dərs müddətində digər qrup yoldaşlarım kimi İlkini də ekrandan tanımışam. O qədər də əlaqəmiz olmayıb. Əyani üsulla dərs keçməyə başladıqdan sonra münasibətimiz yarandı. Birinci kursdan idman fəaliyyətinə görə aktiv şəkildə dərslərdə iştirak edə bilmirdi, müəllimlər bunu nəzərə alırdı və qiymətlərinə güzəşt edirdi. Son 1-2 həftə ərzində xəbər aldıq ki, sən demə, idman sahəsində heç bir nailiyyəti yox imiş. Hər nə qədər bizə yalan danışsa da, onun itkin düşməsi bizim üçün üzücü xəbərdir. İtkin düşməzdən bir neçə gün öncə bizə demişdi ki, Azərbaycan Güləş Federasiyası onun nailiyyətini qiymətləndirmir, buna görə də idman və təhsilini başqa ölkədə davam etdirməyi planlaşdırırdı. Bununla bağlı ailəsilə danışdığını deyirdi".

Tələbə yoldaşlarının dediyinə görə, İlkin idman fəaliyyətini Polşada davam etdirmək və orada təhsil almaq qərarına gəlib:

"Bunu dedikdən sonra qrup yoldaşları ilə sağollaşdı. Həmin gün ən yaxın bildiyi 5-6 nəfər dostu ilə onun gedişini qeyd etdik, xeyir-dua verdik, vidalaşdıq. Bizə dedi ki, bu gecə Naxçıvana gedəcək, oradan atası Polşaya göndərəcək. Səhəri günü evdən çıxıb. Ailəsi də daxil olmaqla müəllimləri, tələbə yoldaşları ondan xəbər almayıb. Hazırda harada olması məlum deyil".

İlkin tələbə yoldaşlarına və müəllimlərə dünya çempionu olduğunu desə də, sonradan onun yalanı üzə çıxıb:

"Özünü yaxşı tələbə yoldaşı kimi tanıtmışdı. Dünya və Avropa çempionu olduğunu söyləyirdi. Müəllimlər ona hörmət edirdi. Sonradan, yəni itkin düşəndən sonra çempion olması barədə dediklərinin yalan olduğu üzə çıxdı. İlkin dərslərdə iştirak etməyəndə müəllimlər ona güzəşt edirdi. Sonuncu dəfə universitetdə çay içib, xeyli söhbət etdik. Sonra sağollaşaraq Polşaya gedəcəyini bildirdi.

Universitetdən çıxandan sonra bizim kirayə qaldığımız evə gəlib, yoldaşlarımıza "mən sabah Naxçıvana, oradan da Polşaya yola düşürəm. Daha idmanı orada davam etdirəcəyəm" deyib. Biz onu "20 Yanvar" metro stansiyasına yola saldıq. Sonradan ondan xəbər çıxmadı. İtkin düşdüyünü eşitdik. Ailəsi ilə əlaqə saxlayıb, nə baş verdiyini öyrənməyə çalışdıq. İlkinin atası oğlunun Polşaya gedəcəyi barədə dediklərinin yalan olduğunu söylədi. Bildirdi ki, İlkin valideynlərinə bizimlə qalacağını deyərək evdən çıxıb.

Biz onun hansı markalı maşınla və hara getdiyini araşdırdıq. Sürücünü tapdıq, onunla bu barədə danışdıq.

"Mən "20 Yanvar" metro stansiyasından "Koroğlu" metrosuna bir manatdan taksi işləyirəm. Siz onu yola salandan sonra, mənə bütün sərnişinləri düşür, sənə əlavə pul verirəm, məni "Sahil" metrosuna apar dedi" - sürücü bildirib.

Bu hadisədən sonra onunla heç bir əlaqəmiz olmayıb. Amma dəfələrlə əlaqə saxlamağa çalışmışıq".

Qrup yoldaşlarının sözlərinə görə, İlkin xasiyyətcə pis insan olmayıb, hamı ilə yaxşı ünsiyyət saxlamağa çalışıb. Lakin onun niyə yalan danışması heç kimə məlum deyil:

"Bizə deyirdi ki, guya keçən ilin fevral ayında Fransanın paytaxtı Parisdə dünya çempionu olub. Bu yaxında da Qazaxıstanın Nursultan şəhərinə gedibmiş. Sən demə, bunların hamısı yalan imiş. Mart ayının 1-də bizim dərsimiz var idi, İlkin həmin dərsdə iştirak etdi. Sonra yoxa çıxdı".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2118   Tarix: 07 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcüstan Prezidenti COP31-də iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl

10.11.2026 190
.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

10.11.2026 209
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 53
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 83
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 92
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 127
.

Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn

10.11.2026 196
.

İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb

İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis

10.11.2026 178
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 171
.