Hakan Mengüç Bakıya gəldi - FOTO

Hakan Mengüç Bakıya gəldi - FOTO5-6 mart 2022-ci il tarixində, Bakıdakı Nizami Kino Mərkəzində məşhur motivasiyaçı, yazar və ney ifaçısı Hakan Mengüç özünü təkmilləşdirmə və mənəvi inkişafı dəstəkləyən hekayələrlə tamaşaçıların qarşısına çıxıb.

BiG.AZ-ın məlumatına görə, "Event Office" şirkətinin təşkilatçılığı ilə baş tutan seminar insanlara mənəvi gücünü tanıtmaq məqsədindən qaynaqlanır və yazarın sonuncu "Sən Yola Çıx, Yol sənə görünəcək" kitabı ilə eyni adı daşıyır.

Hakan Mengüç həyat təcrübələrini bölüşdüyü səmimi söhbət və zarafatlarla, Mövlanədən və Şəms Təbrizidən danışdığı ibrətamiz əhvalatlarla, ən əsası, həzin ney ifası ilə tamaşaçıların ruhunu oxşayıb. Eyni zamanda bəstəkar olan Mengüç seminarlarında öz bəstələrini ifa etməklə də iştirakçıların mənəvi dincəlməsinə səbəb olub.

Seminarın sonunda Hakan Mengüç oxucuları üçün kitablarını imzalayıb.

Hakan Mengüç Bakıya gəldi - FOTOHər şey öz zamanını gözləyir. Nə gül vaxtından əvvəl açmaz, nə də günəş vaxtından əvvəl doğmaz. Bir az səbr et, sənin olan sənə gələcək.

Mövlana 21-ci əsrdə dünyanın başına gələnləri görsə nə düşünərdi?

Bu sürət əsrində qarşılaşdığımız problemlərin həllində bizə necə rəhbərlik edərdi?

Hakan Mengüç, "Sən Yola Çıx, Yol Sənə Görünəcək" adlı seminarında tam da bu suallara cavab axtarıb.

Seminardan başlıqlar:

• Səbir etmək, səbri öyrənmək və artırmaq;
• Təslim olmağın sirri;
• Yoxluğun hakimiyyəti;
• Əlimizdən gələni etdikdən sonra nəzarəti və mükəmməlliyi buraxmaq və axına təslim olmaq sənəti;
• Rahatlığın sirri;
• Mən nəyəm?;
• Neyin səyahəti və insan inkişafı;
• Mövlananın "Məsnəvi"sindən gündəlik həyatımız üçün dərslər, nəsihətlər, tövsiyələr və hekayələr.

Qeyd edək ki, tədbirdə Hakan Mengüçün çıxışından öncə, həmçinin, yaddaşın güclənməsi üzrə motivasiyaçı, yazar, sehirbaz İlkay Tercan "Hekayəçi Müdrik ilə Müdrikliyə Səyahət" seminarı ilə çıxış edib. Eşq və sevginin fərqindən danışan Tercan müxtəlif insanların uğur hekayələri ilə tamaşaçıları ruhlandırıb.

Hakan Mengüç Bakıya gəldi - FOTOHakan Mengüç Bakıya gəldi - FOTOHakan Mengüç Bakıya gəldi - FOTOHakan Mengüç Bakıya gəldi - FOTOHakan Mengüç Bakıya gəldi - FOTOHakan Mengüç Bakıya gəldi - FOTOHakan Mengüç Bakıya gəldi - FOTOHakan Mengüç Bakıya gəldi - FOTOHakan Mengüç Bakıya gəldi - FOTOHakan Mengüç Bakıya gəldi - FOTOHakan Mengüç Bakıya gəldi - FOTONatəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1636   Tarix: 07 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.