COVID-19-un ən çox rast gəlinən️ fəsadlarından biri
Yeni növ koronavirus (COVID-19) xəstəliyinin ən çox rast gəlinən️ fəsadlarından biri də uzun müddət davam edən quru öskürəkdir. Bəzi xəstələrin bir neçə ay əvvəl sağalmasına baxmayaraq, onlar quru öskürəkdən xilas ola bilmirlər. Öskürək sağaldıqdan sonra hətta 2 ay da davam edə bilər. Təəssüf ki, bəzi xəstələr özlərini yaxşı hiss edən kimi onlara koronavirusa yoluxduqları dövrdə təyin edilən dərmanlardan imtina edirlər. Əslində isə, dərmanlar həkimin təyin etdiyi müddətədək qəbul edilməlidir. Əks halda, belə xəstələr bir müddət sonra yaranan öskürəkdən xilas ola bilmir və ya digər qalıcı simptomlardan əziyyət çəkirlər. Quru öskürəkdən əziyyət çəkən xəstələrə məsləhət edilir ki, otaqları düzgün havalandırsınlar.
Milli.Az xəbər verir ki, bu barədə həkim Nərgiz Kərimova məlumat verib.
Həkim-mütəxəssis bildirib ki, ev şəraitində inhalyasiya aparatları vasitəsilə quru öskürəyi müalicə etmək olar: "Həkimlər öskürəyin tipinə uyğun inhalyasiya təyin edirlər. Bunun üçün təbii inhalyasiya üsullarından və müxtəlif bitkilərdən də istifadə oluna bilər. Müalicəyə gəldikdə isə, öskürəyin səbəbləri müxtəlif olduğundan hər kəsə eyni üsulla müalicə tövsiyə edilmir. Koronavirusun qalıcı simptomu hesab edilən quru öskürəklə mübarizə aparmaq üçün ev şəraitində xüsusi bitki çaylarından da istifadə etmək olar. Bunun üçün həkim təyinatı mütləqdir. Ümumiyyətlə, ev şəraitində ilk olaraq immun sistemini möhkəmləndirmək lazımdır. Öskürəkdən əziyyət çəkənlər, misal üçün, şəkər xəstəsi olmadıqları halda, südlə balı qarışdıraraq içə bilərlər. Eyni zamanda, bol meyvə-tərəvəz yemək lazımdır. Ən əsası, açıq havada olmaq, tənəffüs hərəkətləri etmək vacibdir".
N.Kərimovanın dediyinə görə, istənilən halda quru öskürəyin səbəbi müəyyən edilməlidir: "Öskürək virus, bakteriya və ya allergik mənşəli ola bilər. Ona görə də, apteklərdə satılan müxtəlif dərman preparatların quru öskürək üçün effektli olub-olmaması dəqiq deyil. Müəyyənləşdirmək üçün həkim müayinəsi vacibdir. Öskürəyin olması hər hansı xəstəliyin mövcudluğundan xəbər verir. Öskürək, həmçinin bir çox xəstəliklərin, eləcə də qripin və hətta onkoloji xəstəliklərin ilk simptomlarından ola bilər. Yəni, ciddi yanaşmaq və müayinəni gecikdirməmək lazımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1282 Tarix: 06 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstan Prezidenti COP31-də iştirak edəcək
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl
10.11.2026 190 Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg
10.11.2026 209 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 53 Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı
Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb
10.11.2026 83 "Eşref"in ən sadiq əməkdaşı olacaq
"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"
10.11.2026 92 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 127 Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn
10.11.2026 196 İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis
10.11.2026 178 Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 171