Ailələr boşandıqdan sonra uşağın saxlanılması üçün aliment dövlət tərəfindən ödənilə bilərmi? - ARAŞDIRMA

Ailələr boşandıqdan sonra uşağın saxlanılması üçün aliment dövlət tərəfindən ödənilə bilərmi? - ARAŞDIRMAÖlkəmizdə Aliment Fondunun yaradılması ilə bağlı səslənən təkliflər yeni deyil. İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində Aliment Fondunun yaradılması ilə bağlı təklifin yenidən irəli sürülməsi uzun illərdən bəri həllini tapmayan problemin çözülməsinə səbəb ola bilər.

Belə ki, təklif ailələr boşandıqdan sonra uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin dövlət tərəfindən ödənilməsini və sonradan borcludan məcburi qaydada alınmasını nəzərdə tutur. Alimentin ödənilməməsi ilə bağlı mövcud problemlərin çoxluğu və həllinin müşküllüyü heç kəsə sirr deyil. Məruzədə aliment tələbinə dair məhkəmə qərarlarının icrası zamanı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətin ayrıca maddədə göstərilməsi, həmin pozuntuya görə cərimə cəzası və pozuntunu törədən şəxsin maddi durumu nəzərə alınmaqla mövcud problemlərin həlli istiqamətində addımlar nəzərdə tutulur.

Təklifin yenidən gündəmə gəlməsinə təkcə dəstək verənlər yox, ümidlə baxanlar da az deyil. Bununla belə, "Aliment Fondu bu sferada mövcud problemləri həll edə biləcəkmi?" sualı da cavabını gözləyir.

"Kaspi" qəzeti məsələ ilə bağlı araşdırma aparıb.

Millət vəkili Elman Nəsirov məsələnin kifayət qədər aktual olduğunu bildirir: "Bu təklif ombudsmanın əvvəlki hesabatlarında da yer alıb. Eyni zamanda, Milli Məclisin plenar iclaslarında da millət vəkilləri dəfələrlə bu məsələni qaldırıblar. Nəzərə alsaq ki, bu sahədə müəyyən boşluqlar mövcuddur, onda problemin nə qədər aktual olduğunu başa düşmək çətin deyil". Millət vəkili qeyd edir ki, hazırda da ailələrdə boşanma tendensiyası müşahidə olunmaqdadır. Həmçinin erkən nikahlar da cəmiyyəti narahat edən məsələlərdir: "Boşanma faktı ilə üz-üzə qalan ailələrdə aliment problemləri yaşanır. Bir çox hallarda aliment ödəməli olan tərəf cürbəcür bəhanələrlə ödənişi həyata keçirmək istəmir. Bunun üçün obyektiv və subyektiv səbəblər tapırlar. Bu məsələdə ziyan çəkən tərəf isə ana və övladı olur. Bu baxımdan, problemin həllində dövlətin müdaxiləsinə ehtiyac var". E.Nəsirov hesab edir ki, belə bir fondun yaradılması boşandıqdan sonra tək qalan analara kömək olar: "Məsələnin aktuallığını nəzərə alaraq ombudsmanın hesabatının müzakirəsində mən də bu təklifin lehinə səs vermişəm".

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edir ki, Aliment Fondunun yaradılması ilə bağlı təklif təkcə ombudsmanın hesabatlarında yer almayıb. Eyni zamanda, uzun illərdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin vətəndaş cəmiyyəti qurumları tərəfindən də fondun yaradılmasının zəruriliyi qeyd olunur: "Vətəndaş cəmiyyətini narahat edən məsələlərdən biri də ondan ibarətdir ki, məhkəmə qərarlarının olmasına baxmayaraq, bir çox şəxslər aliment verməkdən yayınır və ya imtina edirlər. Bəziləri ümumiyyətlə zamanında ölkə ərazisini tərk edib gediblər və onları tapmaq mümkün deyil". Hüquqşünas hesab edir ki, aliment verilməsində məşğulluqla bağlı məsələlər də öz həllini tapmalıdır: "Bir çox şəxslər iş tapa bilmir. Belə bir vəziyyətdə onlar, təbii ki, aliment ödəmək iqtidarında deyillər. Amma bununla bərabər uşaqlar da böyüməlidir, onlara diqqət olmalıdır. Düzdür, uşaqlara dövlət tərəfindən diqqət ayrılır, müəyyən ünvanlı sosial yardım və digər vasitələrdən istifadə etməklə yoxsulluq həddinin azaldılması istiqamətində işlər həyata keçirilir. Amma Ailə Məcəlləsinə görə, valideynlərin əsas vəzifələrindən biri uşağın qayğısına qalmaq, onun mənəvi tərbiyəsində iştirak etmək, sosial-iqtisadi dəstək göstərməkdir. Bu baxımdan məhkəmələrin çıxardığı qərarlar icra olunmalıdır. Çünki hazırda ölkəmizdə aliment ala bilməyən uşaqlar çoxdur". Hüquqşünasın fikrincə, dövlətin bu quruma vəsait ayırması aliment ödənməli olan uşaqların daha yaxşı təmin edilməsinə gətirib çıxara bilər: "Aliment Fondu aliment verilməsində fasiləsizliyi təmin edə, eyni zamanda uşaqların normal böyüməsi məqsədilə maliyyə mənbələrindən biri ola bilər. Sonradan aliment ödəməli olan şəxsləri işlə təmin etməklə və ya digər formada onlardan pulun alınması həyata keçirilə bilər. Hazırkı vəziyyətdə isə alimentin verilməməsi ailələri daha çətin vəziyyətə salır, uşağın böyüməsi, təhsili, sosial müdafiəsinin təmin edilməsində çətinliklər meydana çıxır. Hesab edirəm ki, Aliment Fondunun yaradılması bu çətinliyin qarşısını alacaq".

Ə.Nuriyev bir çox ölkələrdə də oxşar fondların yaradıldığını bildirir: "Bu hər şeydən əvvəl büdcəyə aid olan məsələdir. Azərbaycanın iqtisadi imkanları az deyil. Digər tərəfdən, sosial paketlə bağlı bir çox yüklər artmaqdadır. Eyni zamanda, işğaldan azad edilən ərazilərin bərpası məsələsi var. Bütün bunlar böyük vəsaitlər tələb edir. Bununla belə, hesab edirəm ki, Aliment Fonduna ayrılacaq vəsait o qədər də böyük olmayacaq. Həmçinin, bu fonda təkcə dövlət deyil, özəl qurumlar, ayrı-ayrı şəxslər də dəstəyini verə bilər. Çünki burda artıq ünvanlılıq vardır - ayrılan vəsait konkret şəxslərə yönəldiləcək. O zaman şəffaflıq və hesabatlılıqla bağı problem də olmayacaq. Ümid etmək istərdim ki, ombudsman, vətəndaş cəmiyyəti və digər qurumlar tərəfindən irəli sürülən bu təklif reallaşmaq imkanını itirməyib".

Vəkil Ruslan Vəliyev hesab edir ki, Aliment Fondunun yaradılması ilk növbədə uşaqların hüquqlarının təmin olunmasına kömək edəcək. Belə ki, təcrübədə alimentin ödənilməməsi ilə bağlı çoxsaylı problemlər mövcuddur: "Məhkəmə qərarı var, amma valideyn müxtəlif bəhanələrlə alimenti ödəməkdən boyun qaçırır. Aliment Fondu olduqdan sonra artıq uşağın tələbatı bu qurum hesabına həyata keçiriləcək. Amma problem yenə də qalacaq. Yəni ödəməyən şəxslər yenə pulu ödəməyəcək və Aliment Fonduna borclu qalacaqlar. Sonra dövlət borclu olan, yəni alimenti ödəməli olan şəxsdən ödənişi tələb edəcək".

Təbii ki, bununla bağlı dövlətin öz tədbirləri olacaq. Hazırda isə vəziyyət belədir: məhkəmə qərarları olsa da, bu tələbin effektivliyi yoxdur. Bu baxımdan, təkcə uşaqları alimentlə təmin edəcək Aliment Fondunun yaradılmasına yox, həm də bu sahədəki köklü problemlərin həlli istiqamətində işlər görməyə ehtiyac var…


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1206   Tarix: 06 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

10.11.2026 209
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 217
.

Quba sakini Bakıda dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır

10.11.2026 233
.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 238
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 217
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 94
.

Gürcüstan Prezidenti COP31-də iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl

10.11.2026 190
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

10.11.2026 156
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 251
.