Bu gündən Azərbaycanda karantin rejimi yumşaldılıb

Bu gündən Azərbaycanda karantin rejimi yumşaldılıbBu gündən Azərbaycanda karantin rejimi yumşaldılıb.

BiG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı martın 5-də məlumat yayıb.

Qərara əsasən, bu gündən etibarən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.

Eyni zamanda mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti, dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti, şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti, ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət, pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları və 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyət ləğv edilir.

Fəaliyyətinə icazə verilən xidmətlərdən (işlərdən) yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər.

Qeyd edək ki, məhdudiyyətlərin ləğv olunması şamil olunan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər tələblər (girişlərdə COVİD-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə və s.) qüvvədə saxlanılır. Tətbiq edilən tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə metodiki göstərişlərdə qeyd olunmuş tövsiyələrə riayət olunması zəruridir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1683   Tarix: 06 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maaşlarla bağlı VACİB XƏBƏR - Onların maaşı belə VERİLƏCƏK

Publiklərdə işləyənlərin maaşlarının ödənilməsi üçün optimal sistem yaradılacaq. -ın məlumatına görə, dövlət adından yaradılan publik hüquqi şəxslərdə çalışan işçilərin əməkhaqlarının maliyyələşdirilməsi üçün yeni və optimal sistemin yaradılması planlaşdırılır. Yeni sistemə əsasən, əməkhaqlarının dövlə

16:40 94
.

Pyatiqorskda YDM-də qaz tankeri partlayıb, iki nəfər xəsarət alıb

Rusiyanın Pyatiqorsk şəhərində yanacaqdoldurma məntəqəsində (YDM) qaz tankerinin yüklənməsi zamanı partlayış baş verib. "Report" xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti şəhər rəhbəri Dmitri Voroşilova istinadən məlumat yayıb. "Qaz tankerinin boşaldılması zamanı partlayı

15:30 136
.

Birlik rəhbəri: Orta Dəhliz dünyanın ən təhlükəsiz logistik xəttinə çevrilib

Son onillikdə Orta Dəhliz dünyanın ən təhlükəsiz logistik xəttinə çevrilib. "Report" xəbər verir ki, bunu "Gənclərin Sosial-İqtisadi İnkişafına Dəstək" İctimai Birliyinin sədri Əfsələddin Ağalarov mayın 16-da Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərini

15:40 136
.

WUF13 çərçivəsində 9 HUB, 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən WUF13 Əməliyyat şirkəti ilə birgə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində 9 HUB və 2 son məntəqə, eyni zamanda 67-dən çox aralıq məntəqə təşkil edilib. Bu barədə "Report"

17:00 150
.

Sumqayıtda ağır qəza: ÖLƏN VAR

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 08:05-də şəhərin F.Həşimov küçəsində qeydə alınıb. "KIA Forte" markalı, 77-FY-228 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olan 1994-cü il təvəllüdlü Fikrət Fikrət oğlu Yunis yolu keçmək istəyə

18:50 185
.

Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək

Bolqarıstan Prezidenti İliyana Yotova Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilcək 13-cü sessiyasın (WUF13) çərçivəsində Liderlər Sammitində iştirak etmək üçün 17-19 may tarixlərində Azərbaycana səfər edəcək. "Report" xəbər verir ki, bu barədə BTA məlumat yayıb

17:50 160
.

Əl-Məzrui: "BƏƏ-nin OPEC-dən çıxması fikir ayrılıqlarının olması demək deyil"

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC və "OPEC+"dan çıxmaqla bağlı qərarı siyasi motivli olmayıb və tərəfdaşlarla fikir ayrılıqlarının mövcudluğunu əks etdirmir. "Report" xəbər verir ki, bu barədə BƏƏ-nin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl-Məzrui "X" sosial şəbəkəsindək

19:10 146
.

Pensiya ilə bağlı milyonları sevindirən müjdəli XƏBƏR

Azərbaycanda pensiyaçıları ən çox maraqlandıran məsələlərdən biri də il ərzində ödənişlərin yenidən artırılıb-artırılmayacağı ilə bağlıdır. Cari ilin fevral ayında həyata keçirilən 9.3 faizlik ümumi indeksasiyadan sonra, vətəndaşlar ilin ikinci yarısında növbəti artımların olub-olmayacağını yaxında

22:00 123
.

Qazın qiyməti ARTDI

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. xəbər verir ki, 2026-cı ilin iyun ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit - Britaniya istilik vahidi) 2,28% artaraq 2,96 ABŞ dolları təşki

21:40 133
.

TOP MP3