III Dünya müharibəsinin astanasında – ŞƏRH

III Dünya müharibəsinin astanasında – ŞƏRH"III Dünya müharibəsi" deyəndə, bəziləri fikirləşirlər ki, mütləq şəkildə nüvə silahından istifadə olunacaq. Amma III Dünya müharibəsi nüvə silahı olmadan, adi silahların vasitəsilə üçüncü ölkələrdə də ola bilər. Çünki fövqəl dövlətlər bir-biri ilə rəqabəti həmişə üçüncü ölkələrin üzərindən aparıblar".

II Dünya müharibəsindən sonra Qərblə SSRİ arasında yaranan gərginlik sonrakı dövrdə "soyuq müharibə"yə qədər inkişaf etdi. Həmin dövrdən bu yana hegemon dövlətlər arasında yaranan hər bir siyasi gərginlikdə "nüvə silahı"ndan istifadə ediləcəyi ehtimalı da dilə gətirilib. Bildirilib ki, bu addımın atılması ilə III Dünya müharibəsi başlayacaq. Lakin siyasi gərginlik azaldıqca, bu ehtimal bir müddət gündəmdən düşüb. SSRİ dağıldıqdan sonra ayrı-ayrı bölgələrdə münaqişələr, müharibələr olsa da, III Dünya müharibəsi riski az olub. Amma Rusiya ilə Ukrayna arasında başlanan müharibə bu təhlükəni yenidən gündəmə gətirib. Bəzi ekspertlər, siyasilər bu münaqişənin III Dünya müharibəsinə sövq etdiyini vurğulayırdı. İndi isə bu fikirlər müxtəlif ölkələrin rəhbərləri tərəfindən dilə gətirilir. Fevralın 27-də ABŞ prezidenti Bayden vurğulayıb ki, Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativ üçüncü dünya müharibəsi olardı: "Baxın iki variant var idi: Üçüncü dünya müharibəsinə başlamaq və ya ikinci variant. Əmin olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini ödəyəcək".

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:

Ehtimal nə qədərdir?

Belə bir açıqlamanın ardınca, şübhəsiz ki, Rusiyanın cavabı olacaqdı, hansı ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sanksiyalarla bağlı müsahibəsində bunu qeyd edib. Onun fikrincə, idmançılar, jurnalistlər, mədəniyyət nümayəndələrinə qarşı sanksiyalara Rusiya hazır idi: "Üçüncü dünya müharibəsi olsaydı, bu, nüvə savaşı və dağıdıcı olacaqdı".

Bu açıqlamaların ardınca, demək olar ki, hər kəs dünyadakı siyasi-hərbi hərəkətliliyin fonunda "III Dünya müharibəsi" ilə bağlı ehtimalları analiz edir, təhlillər aparır və ölkələr də buna uyğun təhlükəsizlik tədbirləri görməyə çalışırlar. Bir sıra dövlətlərin hətta III Dünya müharibəsi ilə bağlı hazırlıq işləri apardığı xəbərləri də yayılır. Belə ki, xarici KİV-in yaydığı məlumata görə, Şimali Koreya lideri Əmək Partiyasının üzvlərinə səfərbərliyə hazır olmaları barədə tapşırıq verib. Kim Çen Inın Şimali Koreya komandanlarına "Üçüncü dünya müharibəsinə hazır olun" göstərişi verdiyi iddia edilir.

Baş verən proseslər fonunda bəşəriyyətin III Dünya müharibəsinin astanasında olduğunu iddia etmək olar? Belə bir müharibənin olması ehtimalı nə qədərdir?

"Rusiya-Qərb, Qərb-Çin qarşıdurması var"

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında politoloq Tofiq Zülfüqarov bildirdi ki, indi geosiyasi qarşıdurma mövcuddur: "Yəni Rusiya-Qərb, Qərb-Çin qarşıdurması var. Bəzi məqamlarda bu qarşıdurmalar çox kəskin şəkildədir. Amma bu qarşıdurmalar, belə demək mümkünsə, üçüncü ölkələr üzərindən özünü büruzə verir. Bu gərginliyin hansı səviyyəyə gəlib çıxacağı ayrıca bir sualdır. Çünki bəzən "III Dünya müharibəsi" deyəndə bəziləri fikirləşirlər ki, o, mütləq şəkildə nüvə silahının istifadəsi ilə müşayiət olunacaq. Lakin bu heç də şərt deyil".

"Bəzi siyasi çıxışlarda işarə mövcuddur"

Politoloq hesab edir ki, III Dünya müharibəsi nüvə silahı olmadan, adi silahların vasitəsilə üçüncü ölkələrdə də ola bilər. Bunu belə izah etmək olar ki, əvvəllər "soyuq müharibə" deyilən dövr var idi. Belə ki, fövqəl dövlətlər bir-biri ilə rəqabəti üçüncü ölkələrin üzərindən aparırdılar. Misal üçün, Vyetnamda, Əfqanıstanda olan müharibəni göstərə bilərik. Bəlli idi ki, bu müharibəlin arxasında ABŞ və Sovet ittifaqı dururdu. Yəni söhbət ondan gedir ki, nüvə silahından istifadə ilə müharibə ola bilər, yoxsa yox? Doğrusu, inanmaq istəməzdim ki, nüvə silahı istifadə olunacaq. Onu qeyd edə bilərəm ki, artıq bəzi siyasi çıxışlarda buna işarə mövcuddur. Amma ABŞ prezidenti Co Bayden çıxışında bildirir ki, Ukraynadakı qarşıdurmada hərbi güclə iştirak etməyəcəyik. Bu da onu göstərir ki, ABŞ nüvə silahı ilə qarşıdurmaya getməyəcək. Eyni fikirlər həm də NATO rəhbərliyi tərəfindən səsləndirilir. Yəni Ukraynaya kömək olacaq, amma birbaşa orada iştirak etməyəcəklər".

Proseslər Ukraynada yox, Rusiyada davam edəcək

T.Zülfüqarov dünyada müharibə ilə bağlı gərginliyin azalıb-azalmayacağına toxunaraq qeyd etdi ki, bundan sonra proseslər Ukraynada yox, Rusiyada davam edəcək: "Bu da iqtisadi böhranla bağlı olacaq. Ardınca isə Rusiyada siyasi böhran yaşanacaq. Hiss olunur ki, Putin dövrü artıq bitir. Siyasi böhran fonunda hakimiyyətin dəyişməsi də istisna olunmur. Daha doğrusu, gərginliyin aradan götürülməsinin yeganə yolu ondan ibarətdir ki, Rusiya bu müharibədən çəkilsin və diplomatik danışıqlara getsin. Amma Putin buna gedərmi? Hesab edirəm ki, yox. Fikrimcə, Rusiyanın Ukraynaya qarşı müharibəsi səhv addım idi və bunu ilk növbədə Rusiyanın maraqlarına aid etmək olar. Bunun nəticəsində də hakimiyyət dəyişməsi qaçılmaz ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1533   Tarix: 05 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 270
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 53
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 203
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10.11.2026 240
.

Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə

10.11.2026 149
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 216
.

İrana hücum üçün hər gün Trampa zəng edir

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə

10.11.2026 203
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 187
.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

10.11.2026 190
.