Rusiyada yaşayan soydaşlarımız Azərbaycandakı əmlaklarını satışa çıxarmağa başlayıb

Rusiyada yaşayan soydaşlarımız Azərbaycandakı əmlaklarını satışa çıxarmağa başlayıbABŞ və Qərbin sanksiyalarına məruz qalan Rusiyanın hazırkı durumu orada yaşayan, işləyən azərbaycanlılara da öz təsirini göstərəcək. Belə ki, Rusiyada yaşayan əhalinin və biznesin ucuz pullara çıxış imkanları məhdudlaşması, iqtisadi fəallığın aşağı düşməsi nəticəsində öz tarixi vətənlərinə üz tutacağı ehtimal olunan soydaşlarımızın buradakı evlərini satışa çıxaracağı da gözlənilir. Bəs bu əmlak bazarına necə təsir edə bilər? Həmin təsir artıq hiss olunurmu?

"Report"a mövzu ilə bağlı açıqlama verən əmlak üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, təsir qaçılmazdır:

"2014-15-ci illərdə Rusiyada baş verən devalvasiya vaxtı Rusiyada əksər iqtisadi sahələr çökməyə başladı. Bu sahələr daha çox xarici ölkələrlə əlaqəsi olanlar idi. Həmin dövrdə Rusiyada yaşayan azərbaycanlılar Bakıda və digər şəhərlərdə olan daşınmaz əmlaklarını satışa çıxardılar və nəticədə mənzil bazarında təkliflər çoxaldı, qiymətlər aşağı düşdü. Satışdan əldə olunan pul isə Rusiyaya aparıldı. Görünür ki, həmin proses yenidən başlayır".

Hazırda Rusiyaya tətbiq olunan sanksiyaların iqtisadiyyatı, xüsusilə də istehsal sahəsini çökdürdüyünü deyən ekspert bunun soydaşlarımıza təsirini belə izah edir:

Elnur Fərzəliyev
Elnur Fərzəliyev
"Hazırda Rusiyada yaşayan 2 milyondan çox azərbaycanlının əmək qabiliyyətində olanlarının çoxu bizneslə məşğuldur. Hazırda onların işinə də təsir edən iqtisadi çöküş həmin biznesmenləri buradakı əmlaklarını satıb, pul əldə etmək məcburiyyətinə çatdıracaq. Bəziləri bunu bizneslərini ayaqda saxlamaq üçün, bəziləri isə dolların dəyərə mindiyi bir vaxtda Rusiyanın müxtəlif şəhərlərində daşınmaz əmlak almaq üçün edəcək. Çünki orada dolların qiyməti qalxsa da, rublla olan qiymətlər dəyişilməz olaraq qalacaq".

E.Fərzəliyev deyir ki, artıq bir neçə gündür ki, Rusiyada yaşayan soydaşlarımız Bakıdakı alqı-satqı ofisləri ilə danışıqlar aparır, əmlaklarını qiymətləndirirlər. Yəni bu istiqamətdə proses artıq başlayıb:

"Son illər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlər artan istiqamətdədir. Son il yarım ərzində tikinti materiallarının qiymətinin artması da bu məsələdə öz sözünü deyir. Hazırkı fors-major durum isə paytaxtda yüzlərlə, minlərlə daşınmaz əmlakın eyni zamanda bazara çıxarılacağını, bu isə öz növbəsində qiymətlərdə eniş olacağını vəd edir".

Daşınmaz əmlak üzrə ekspert Elnur Əsədov isə əksinə, qiymətlərdə ciddi fərqin ola biləcəyini düşünmür:

"Azərbaycanda alınan daşınmaz əmlakın təxminən, 5-7 %-ə kimi Rusiyada yaşayan azərbaycanlıların payına düşür. Ümumi bazara bu həcmdə əmlakın çıxarılması ciddi təsir etməyəcək. Ümumiyyətlə, yaxın 6 ay ərzində daşınmaz əmlak sektorunda ciddi dəyişiklik gözlənilmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1382   Tarix: 05 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 251
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 1
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10.11.2026 227
.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 238
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 216
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 217
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10.11.2026 163
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 14
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 127
.