Ukraynadakı səfirimiz bəyanat yaydı: Hazırda Bakıdayam

Ukraynadakı səfirimiz bəyanat yaydı: Hazırda BakıdayamAzərbaycanın Ukraynadakı səfiri Elmira Axundova sosial şəbəkələrdə və mediada barəsində yayılan məlumatlarla bağlı bəyanat yayıb.

Səfir mediaya göndərdiyi açıqlamada bildirir ki, hazırda Bakıdadır. O, səfirliyin qadın əməkdaşlarından və ailə üzvlərindən ibarət ümumilikdə 40 nəfər heyətlə bu gecə Bakıya gəlib. Səfir qeyd edib ki, həmin şəxsləri təxliyə etmək çox çətinliklə baş tutub.

Elmira Axundova, eyni zamanda səhhəti ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:

"Müəyyən müxalif dairələrin yenidən mənə qarşı ləyaqətsiz kampaniyaya başlaması son dərəcə xoşagəlməz haldır. Bu dəfə məni Ukrayna hadisələri ilə bağlı fəaliyyətsizlikdə və susmaqda ittiham edirlər. Ona görə mən bunu bəyan etmək istəyirəm: iki ay əvvəl keçirdiyim onurğa əməliyyatı ilə bağlı müəyyən problemlərə baxmayaraq, mən eyni fədakarlıq və məsuliyyətlə Kiyevdə fəaliyyətimi davam etdirdim.

Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik. Mən də, həmçinin ölkəni tərk etdim. Bizim qrupumuzda təxminən 40 nəfər (əsasən qadınlar, yaşlılar və 17 yaşa qədər uşaqlar) var idi. Biz, hər blokpostda dayanaraq Moldova sərhədinə qədər uzun və ağır yol qət etdik.

Kişinyovda Bakıya uçmaq qərarı verildi. Moldovadakı səfir Qüdsi Osmanov mənə və bəzi diplomatlara çarter reysi ilə uçmağı təklif etsə də, biz təyyarədə Azərbaycan dövlətinin pulsuz təxliyə etdiyi həmyerlilərimizin yerini tutmamaq üçün bu imkandan istifadə etmədik. Çox çətinliklə hamıya bilet aldıq, karvanı "yaşıl" dəhlizlə Rumıniyaya (Moldova və Rumıniya səfirliklərinin əməkdaşlarına təşəkkür) apardıq və təxliyə olunduq. Beləliklə, həyatlarına şəxsən cavabdeh olduğum 40-dan çox səfirlik əməkdaşı və onların ailə üzvləri xilas edildi. Hazırda səfirliyi minlərlə azərbaycanlı üçün sığınacaq adasına çevrilən Qüdsi Osmanova bir daha təşəkkür edirəm.

Ukraynada olan onlarla, bəlkə də yüz minlərlə həmyerlimiz bu ölkəyə könüllü gəlib. Hamının evakuasiyasını bir anda təşkil etmək mümkün deyil. Dözüm və səbr tələb olunur ki, bu da bəzən vətəndaşlarımızda olmur.

Başqa bir şey də demək istəyirəm: bir çoxları yaşadığı illər ərzində Ukrayna vətəndaşlığı alıb, indi isə ondan təcili imtina etmək istəyirlər. Çünki Ukraynada ümumi səfərbərlik elan edilib. Bəziləri bizdən qanundankənar hərəkətlər etməyimizi tələb edir. Bütün məsuliyyətimlə bəyan edirəm: Bəzi KİV-də səfirliyin hansısa arayışları 200 dollara satması barədə yayılan xəbərlər tamamilə yalan və böhtandır. Son günlər ərzində bizim konsulumuz tərəfindən 7 və ya 8 qanuni yollayış verilib. O, vətəndaşların vəziyyətini nəzərə alaraq, hətta 10 dollar məbləğində olan rüsumu götürməyib. Bu kinli böhtan hansı məqsədlə yayılır?!

Kiyevdəki səfirliyimizdə sutkada 24 saat mümkün olduğu qədər çalışan kişi diplomatlar və mühafizəmizin əməkdaşları qalıb. Onlardan artıq etdiklərindən daha çoxunu tələb etmək mümkün deyil. Mənə və öz ailələrini təxliyə edərək Ukraynanı tərk edən digər əməkdaşlara gəldikdə, onlar vəziyyət imkan verdikdə geridə qayıdacaqlar. Mən də həmçinin. Buna şübhəniz olmasın. Və hər kəsdən mənə qarşı layiq olmadığım kampaniyanı dayandırmağı xahiş edirəm.

Mənə indi tək fiziki deyil, həm də mənəvi cəhətdən çətindir: anamın vətəni od içindədir, qohumlarım da daxil olmaqla, artıq mənə yaxın olan bir neçə şəxs xəsarət alıb. Bu gün yalnız bir şey üçün dua edirəm: qoy hər iki tərəfdən minlərlə əsgər və zabitin həyatına son qoyan bu qəddar və mənasız müharibə tezliklə başa çatsın. Ukraynada humanitar fəlakət başlayıb. Bunun da nəticələri təkcə ukraynalılar və ya ruslar üçün deyil, bütün Avropa üçün gözlənilməz ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1531   Tarix: 04 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 251
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 1
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10.11.2026 227
.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 238
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 216
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 217
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10.11.2026 163
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 14
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 127
.