YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə xidmət edir

YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə xidmət edirÖlkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il ötür. 2018-ci il prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə başladılan və bütün sahələri əhatə edən sistemli islahatlar, o cümlədən Vətən müharibəsində qazandığımız şanlı Zəfər qarşımızda yeni reallıqların yaranmasını şərtləndirib. Bu mənada, Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyanın, həm də dövlətin qarşısında duran vəzifələrin müəyyən olunması baxımından böyük əhəmiyyət kəsb edib.
Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası təkcə ölkəmizdə deyil, regionda ən güclü, lider siyasi təşkilatdır. Qurulduğu gündən yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə öz töhfəsini vermiş və bundan sonra da davam edəcəkdir. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Partiyanın sıraları getdikcə genişlənir. Bu, dövlət başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir.
Son illərdə ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi təşkilata çevrilib. Partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin söylədiyi kimi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".
Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən ümumi inkişaf tendensiyalarından kənarda qala bilməzdi. Nəzərə alaq ki, islahatların mühüm istiqamətlərindən birini də məhz siyasi islahatlar təşkil edir. YAP isə öz təcrübəsinə və zəngin dövlətçilik ənənələrinə görə bu prosesin önündə dayanıb.
Yeni Azərbaycan Partiyasının VII Qurultayından keçən bir ildə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında baş verən yeniliklərə, əldə olunan uğurlara nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, möhkəm təməl, gələcəyə hesablanmış strategiya, təkmil islahatlar inkişafın əsasıdır.
YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır. Partiyada cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin geniş şəkildə təmsil olunması xalqımızın YAP-a böyük etimadının ifadəsidir. Əsas hədəflərindən biri Heydər Əliyev irsinin təbliği və təşviqi olan, dövlət siyasətinin həyata keçirilməsində, ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirak edən, beynəlxalq əlaqələrini genişləndirməklə Azərbaycan həqiqətlərinin təbliğinə, ölkələr arasında münasibətlərin inkişafına böyük töhfələr verən YAP-ın cəmiyyətdə mövqeyi günbəgün möhkəmlənməkdədir. YAP "Biz birlikdə güclüyük!" devizi altında daha möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 641   Tarix: 04 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Valideynlərin nəzərinə: 4 və 6-cı siniflərlə bağlı MƏSƏLƏ DƏYİŞİR

2026-cı ilin iyun ayında keçiriləcək 4 və 6-cı siniflər üzrə səriştə əsaslı monitorinqin çərçivə sənədi təqdim olunub. Bu barədə "Yeni Sabah"a Elm və Təhsil Nazirliyi məlumat verilib. Bildirilib ki, sənəd Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən Avstraliya Təhsil Tədqiqatlar

16.05.2026 532
.

Bakıda bu şagirdlər 14 gün MƏKTƏBƏ GETMƏYƏCƏKLƏR

Bakının Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Xətai, Xəzər və Yasamal rayonlarının məktəblərində həftəsonları da nəzərə alınmaqla bu ay 14 gün dərs olmayacaq. "Yeni Sabah" xəbər verir ki, adıçəkilən rayonların ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayı

00:19 111
.

"Kartdan-karta" ödəniş edənlərin NƏZƏRİNƏ

Son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəzi hallarda onlara bank kartı ilə rəsmi ödəniş etmək imkanı yaradılmır, yalnı

00:27 108
.

WUF13 çərçivəsində 9 HUB, 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən WUF13 Əməliyyat şirkəti ilə birgə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində 9 HUB və 2 son məntəqə, eyni zamanda 67-dən çox aralıq məntəqə təşkil edilib. Bu barədə "Report"

16.05.2026 154
.

Duşda sabun, yoxsa gel istifadə edilməlidir? Mütəxəssislər açıqladı

Vücud təmizliyində istifadə olunan sabun və duş gellərinin dəri sağlamlığına təsirləri araşdırılıb. Araşdırmalar göstərir ki, hər iki məhsul təmizlik məqsədinə xidmət etsə də, seçim dəri tipinə görə edilməlidir. mütəxəssislərin bu mövzu ilə bağlı mühüm tövsiyələrini təqdim edir:. Dəri tipinə görə seçi

16.05.2026 125
.

Metro, avtobus və taksi sistemində DƏYİŞİKLİK - RƏSMİ

"Bakı Metropoliteni" QSC-nin "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərlə birləşdirilməsi bütün avtobus və taksi xidmətlərini əhatə etmir. xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov Trendə müsahibəsində deyib. Onun sözlərinə görə, dəyişikli

00:13 101
.

Məhəmməd Alpər Xəyali: TDT ölkələrinin davam etdirdikləri inteqrasiya prosesi çoxplanlıdır

TDT ölkələrinin əməkdaşlığı möhkəmləndirmək üçün hazırda davam etdirdikləri inteqrasiya prosesi çoxplanlıdır. "Report" xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Məhəmməd Alpər Xəyali Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin QHT-lərini

16.05.2026 133
.

WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı daşımalara 150 ədəd "Bakı Taksi" xidmətinin və hava limanı daşımaları üzrə 330 ədəd taksi sifarişi operatorlarının tərəfdaşlıq etdiyi digər nəqliyyat vasitəsi cəlb edilib. Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyya

16.05.2026 143
.

Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ

Qurban bayramı ilə əlaqədar pensiya, müavinət və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi məsələsinə aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, mayın 27-28-i Qurban bayramı günləridir və hər ay pensiya, müavinə

00:17 104
.

TOP MP3