Azərbaycanlı aktrisa barədə şok FAKTLAR: Rəfiqəsi ailəsini dağıtdı, təcavüzə görə teatrdan qaçdı

Azərbaycanlı aktrisa barədə şok FAKTLAR: Rəfiqəsi ailəsini dağıtdı, təcavüzə görə teatrdan qaçdıKulis.az aktrisa Sona Babayeva haqqında maraqlı faktları təqdim edib.

Belə ki, Sona Babayeva 8 noyabr, 1941-ci ildə Bakıda doğulub. Erkən yaşda valideynlərini itirdiyindən yaxınları tərəfindən uşaq evinə yerləşdirilib.

Uşaq evində olan zaman uşaq evinin müdiri Bahar adlı müəllim onun qayğısını çox çəkib. Sona xanımın çox gözəl səsi olduğundan tez-tez rus dilində olan, yetimlikdən, anasızlıqdan bəhs edən bir mahnını zümzümə edirdi. Uşaqlar da onun bu ifasını diqqətlə dinləyib, sonda onu alqışlayardılar. Günlərin birində isə Sona mahnını bitirəndən sonra görür ki, onu heç kim alqışlamır. Bu zaman o, qapının yanında dayanıb onlara baxan Bahar müəllimi görür. Müəllim ona yaxınlaşıb deyir:

"Soniçka, qızım, sən heç kəsə deməz ki, sənin anan yoxdur. Mən sənin ananam".

Uşaq evində yaxşı oxumayan uşaqları sənət məktəblərinə, fabriklərə göndərirdilər. Yaxşı oxuyanları isə saxlayırdılar ki, 10-cu sinifi də bitirsin. 10-cu sinifdə Sona bütün uşaq evi üzrə pioner baş dəstə rəhbəri seçilir. O, həm oxuyur, həm də işləyir, o vaxtın pulu ilə 450 manat maaş alır, həmin maaşla fabrikə göndərilən iki rəfiqəsinə də əl tutur. Ancaq sonradan öyrənir ki, rəfiqələri fabrikdə işləyib yaxşı pul alırlar.

10-cu sinfi bitirəndən sonra sənədlərini İncəsənət İnstitutuna verir. 1960-cı ildə İnstitutun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olur. Artıq müstəqil həyata qədəm qoyan Sona uşaq evindən ayrılmalı olur. Uşaq evindən xaric olunan Sona kimsəsiz, evsiz-eşiksiz, küçələrdə qalır. Bir həftə bulvarda yatır. Dərsləri 2-ci növbə başlayan aktrisa dərsdən çıxandan sonra kafeyə gedir, sup yeyir, axşam yenidən bulvara gəlir. İnsanlar seyrəkləşən kimi kolların arasına girib yatır.

Günləri yola verə-verə yaşayan aktrisanı günaşırı milislər tutub aparır, sorğu-sual edəndən sonra isə yenidən buraxırdılar. Aktrisa həmin günləri xatırlayarkən deyir:

"Soyuqlar başlamışdı, daha küçələrdə qala bilmirdim. Soyuq idi, dözmürdüm. Universitetdə uşaqlara dedim ki, mən universitetdən çıxıram. O vaxt da bizim kursda Şahmar Ələkbərov, Tariyel Qasımov, Ağaxan Salmanlı, Səfurə İbrahimova, Həsən Əbluc, Nurəngiz Nur və bir çox tanınmışlar oxuyurdu. Şahmar dedi ki, gedək bizdə qal. Gedib bir həftə Şahmargildə qaldım. Bir ay Həsən Əbluc, bir ay da bizdə bir oğlan oxuyurdu, onlarda qaldım. Gördüm ki, mümkün deyil, gəlib Rauf müəllimə dedim ki, mənim qalmağa yerim yoxdur, istəyirəm universitetdən çıxım. Ağaxanı çağırıb, ona birotaqlı ev tapmağını tapşırdı. Ağaxan mənim üçün cuhud bir qadının evində sığınacaq tapdı. Mən də o vaxt 22 manat stipendiya alırdım. Məcbur olub 15 manat kirayə pulu verirdim, 7 manatla isə dolanırdım".

13 sentyabr, 1963-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayan aktrisa sevdiyi oğlanla ailə həyatı qurur. Bu evlilikdən onun bir oğlu dünyaya gəlir. Ancaq bir müddət sonra aktrisanın ailəsi onun yaxın rəfiqəsi tərəfindən dağılır. Sona xanım ərinin ona xəyanət etdiyini öyrənən kimi ondan ayrılır. Oğlunu tək böyütməyə qərar verir.

Sona xanım rejissor Mehdi Məmmədovun tələbələrindən olub. Mehdi Məmmədova onu və Səfurə İbrahimovanı Milli Dram teatrına gətirir. Aktrisa burada rejissorun "Şadlıq sorağında" əsərində iştirak edir. Sona xanımın tərəf müqabili Ceyhun Mirzəyev olur. Tamaşa uğurlu olsa da, aktrisa, nədənsə, dram teatrındakı atmosferə uyğunlaşa bilmir. O, müsahibələrinin birində bu haqda deyir:

"Bizi uşaq evində bir başqa cür böyütmüşdülər. Ona görə biz çox qorxurduq. Mən də bunların bir-biri ilə zarafatlarını görürdüm, nəsə mənə qəribə gəlirdi. Bir gün də rəhmətlik Əli Zeynalov gəlib məni üzümdən öpmək istəyəndə onu itələdim və qaçdım. Getdim, çəkildim qırağa. O-bu, məşqə gəlmədim. Mehdi Məmmədov məni çağırdı, dedi, qızım peşiman olacaqsan, qayıt gəl. Amma özümə söz verdim ki, mən bir daha ora getməyəcəyəm. 3-cü kursda oxuyanda rejissor Zəfər Nemətov və Kərim Həsənov məni Gənc Tamaşaçılar Teatrına dəvət etdilər. Hərdən öz-özümə deyirəm ki, Akademik Milli Dram Teatrında qalsaydım, bəlkə də, həyatım başqa cür olardı... Allahın qismətidir".

Aktrisa "Mahmud və Məryəm", "Oliver Tvistin macəraları", "Əcəl atı", "Qaraca qız", "Əlincə qalası", "İki ağanın bir nökəri", "Məkkəyə gedən yol" tamaşalarında, "Özgə vaxt", "Biz qayıdacağıq", "Dalan", "Muradına çatan günəş" filmlərində maraqlı rollar ifa edib.

57 ildir Gənc Tamaşaçılar Teatrının aktrisası olan Sona xanım hazırda oğlunun ailəsi ilə birlikdə yaşayır. Ən böyük arzusu nəvəsinin toyunu görməkdir. Aktrisa 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2434   Tarix: 02 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 266
.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

10.11.2026 194
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 168
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 0
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 238
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10.11.2026 204
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10.11.2026 256
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 210
.