Ukraynadan Polşaya keçmək istəyən azərbaycanlılara XƏBƏRDARLIQ
Azərbaycanın Polşadakı səfirliyi Ukraynadakı vəziyyətlə əlaqədar Polşaya keçmək istəyən vətəndaşlara müraciət edib.
Müraciətdə bildirilir:
"Hörmətli həmvətənlər,
Ukraynadakı vəziyyətlə əlaqədar bildiririk ki, Polşa Sərhəd Xidmətindən əldə edilmiş məlumata əsasən, Polşanın Ukrayna ilə aşağıdakı 3 sərhəd-keçid məntəqəsində çox sayda növbələr mövcuddur.
Bu məqsədlə qadınlar, uşaqlı analar, yaşlılar, səhhətində problem olan Azərbaycan Respublikası vətəndaşlarının bu sərhəd-keçid məntəqələrindən istifadə etməmələri tövsiyə edilir:
- Medıka-Şeqini
- Korçova-Krakovets
- Krostsenko-Smolnitsa
Müvafiq kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarına aşağıda qeyd edilmiş digər 5 sərhəd-keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur. Sözügedən məntəqələrdə sığınacaqlar fəaliyyət göstərir ki, ehtiyacı olan şəxslər orada qala və ən zəruri tələbatlarla təmin edilə bilərlər:
- Doroxusk-Yaqodzin
Suchodolski Palace Communal Culture and Tourism Center, ul. Parkowa 5, 22-175 Dorohusk - housing estate
- Dolxobıçuv-Uqrinov
Border Culture and Recreation Center, ul. Spółdzielcza 8, 22-540 Dołhobyczów
- Zosin-Ustiluq
School Complex in Horodło, ul. Piłsudskiego 58, 22-523 Horodło
- Qrebenne-Rava Ruska
Primary School in Lubycza Królewska (back of the sports hall), ul. Jana III Sobieskiego 5, 22-680 Lubycza Królewska
- Budomej-Qruşev
Primary School in Krowica Sama 183, 37-625 Krowica Sama
Bir daha xatırladırıq ki, sərhəd keçidi zamanı vətəndaşlarımızın istənilən şəxsiyyəti təsdiq edən fotoşəkilli sənədi, yaxud qayıdış şəhadətnaməsi keçərlidir.
COVID sertifikatı və viza tələb olunmur. Mövcud vəziyyətlə əlaqədar Ukrayna-Polşa sərhədini keçmiş vətəndaşlarımız Polşa ərazisində qalma müddəti – 15 gündür və bu müddət artırıla bilməz.
Əlavə suallar yaranacağı təqdirdə:
Səfirliyin qaynar telefon xətti: +48 576 900 183
Səfirliyin konsulluq şöbəsinin telefon nömrəsi: +48 22 718 30 70
Sərhədi keçmiş və ehtiyacı olan vətəndaşlarımızın öz pasportunun fotoşəklini və telefon məlumatlarını aşağıdakı e-poçt ünvanına göndərmələri xahiş edilir.
Səfirliyin konsulluq şöbəsinin e-poçt ünvanı: [email protected].
Ukrayna ilə Polşa arasında sərhəd-keçid məntəqələri fasiləsiz çalışır.
Qaçqınların qəbulu ilə bağlı Polşa hökumətinin +48 47 721 75 75 qaynar xətti fəaliyyət göstərir.
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat təqdim olunacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1116 Tarix: 01 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFaciəvi partlayışa görə saxlanılanların sayı artdı
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind
10.11.2026 266 NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir
NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü
10.11.2026 194 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 168 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy
10.11.2026 222 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 0 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl
10.11.2026 238 Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10.11.2026 204 Prezident və xanımı Türkiyəyə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib
10.11.2026 256 Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses
10.11.2026 210