Pediatr uşaqlara balıq verərkən diqqət edilməli olan məqamları AÇIQLADI
Balığın ölçüsü nə qədər kiçik olarsa, onun faydası bir o qədər çox olar. İriölçülü balığın civə və digər toksiki maddələr ilə yüklənmə riski yüksəkdir. Bu da onun faydasından çox ziyanlı olmasına gətirib çıxarır.
BiG.AZ aztibb.az-a istinadən bildirir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva uşaqlara balıqların faydası və onun yeyilmə qaydalarından bəhs edib.
Həkimin sözlərinə görə, uşaqlara 8 aydan başlayaraq həftədə 1 dəfə rasiona balıq daxil etmək məsləhətdir. Balıq məhsulları seçilmiş günlərdə müvafiq ət yeməkləri ilə əvəz olunur. Əvvəlcə körpənin balıq püresi ilə öhdəsindən gəlməsi daha asan olacaq, daha sonra balıq pudinqləri, balıq küftələri və ya buxar kotletləri ilə əvəz edilə bilər. 1 yaşında körpəyə artıq ailənin qalan hissəsi üçün hazırlanmış qaynadılmış və ya bişmiş balıq təklif edilə bilər. Bütün hallarda, bütün sümüklər, hətta ən kiçikləri də balıqdan diqqətlə çıxarılmalıdır, çünki körpə onları öz-özünə ayıra bilmir və boğula bilər. Faydalı balıqlardan biri də şamaykadır.
"Bu balığın yumşaq, yağlı əti istənilən formada dadlıdır. 3 yaşdan yuxarı uşaqlara şamayka balığının ətini sümüklə qarışıq maşından keçirib kotlet şəklində yedizdirmək olar. Kövrək sümukləri orqanizm üçün olduqca faydalı olan kalsiumla zəngin olub, dayaq, immun və sinir fəaliyyəti üçün önəmlidir".
N.Hacıyeva qeyd edib ki, uşaqların həftəlik rasionunda balıq varsa, balıq yağı verməyə ehtiyac yoxdur. Balığın tərkibində vitamin A, D və sağlamlıq üçün ən önəmli omeqa-3, vitamin D, yod, xrom, mis, flüor və vanadium çoxdur. Vitamin A göz, dəri, dırnaq, saç üçün faydalıdır. Vitamin D kalsium və fosforu orqanizmin hüceyrələrinə transport edir. Omeqa-3 də olan doymamış yağ turşuları orqanizm üçün əvəzolunmazdır. Omeqa 3-ün tərkibində EPA, EDA var ki, orqanizm özü bu maddəni istehsal edə bilmir, amma onu qəbul etməlidir. İnsanın hər bir hüceyrəsinə faydası var.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1952 Tarix: 27 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellekt heyvanların sayımında alimlərə kömək etdi
Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş
08.11.2026 221 Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 642 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
08.11.2026 257 Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
07.11.2026 324 Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü
Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb
07.11.2026 303 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
07.11.2026 475 "Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10.11.2026 180 Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
07.11.2026 301 Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər
Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır
01.11.2026 729