Kişi dəliyə döndü: "Arvadımı ərə vermək istəyirsən?.." - Gecəyarısı şok olay

Kişi dəliyə döndü: "Arvadımı ərə vermək istəyirsən?.." - Gecəyarısı şok olayAbşeron rayonunda 1972-ci il təvəllüdlü Toğrul ailə münaqişəsi zəminində keçmiş arvadı Gülnarın bacısı Sevdaya, anası Zərifəyə, qardaşı arvadı Məlahətə və qardaşı qızı Səmaya (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Toğrul spirtli içki qəbul etdikdən sonra 19 mart 2021-ci ildə, gecə saat 1 radələrində keçmiş həyat yoldaşı Gülnarla nikahlarının dağılmasının səbəbini yenidən aydınlaşdırmaq məqsədilə onun Hökməli qəsəbəsindəki fərdi yaşayış evinə gəlib.

Toğrul eyvanda Gülnarın evdə olmamasını bilib və heç bir əsaslı səbəb olmadan baldızı Sevdanın baş nahiyəsinə vurub. Əlindəki balta yerə düşdükdə cibindən bıçaq çıxardıb, Sevdanın qol və qarın nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.

Daha sonra Toğrul qayınanası Zərifəyə, qaynı arvadı Məlahətə, qaynı qızı Səmaya da xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Toğrulun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Toğrul ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2018-ci ildə rəsmi olaraq həyat yoldaşı Gülnarla ayırılıb: "Ailəmin dağılmasında səbəb kimi baldızım Sevda və qaynanam Zərifəni görürəm. Ailəmlə ayrılandan sonra yenidən barışdım. Lakin bir müddət keçdikdən sonra baldızım Sevda və qayanam Zərifə həyat yoldaşım Gülnarı öyrədərək, məndən ayırdılar.

Dəfələrlə qaynanam və baldızıma xəbərdarlıq etdim ki, ailəmi dağıtmasınlar. İstəyirdim ki, Gülnarla barışım və birlikdə yaşayaq. Baldızımgil xəbərdarlıqlarıma məhəl qoymadan öz bildiklərini edirdilər. Bundan əlavə Sevda Gülnarı ərə vermək istəyirdi".

Toğrulun sözlərinə görə, martın 18-də Şamaxı rayonu, Çuxuryurd kəndində yaşadığı evdə az miqdarda spirtli içki qəbul edib: "Bundan sonra başına gələnləri düşünərək özümü ələ ala bilmədim. Yaşadığım evdən ət doğramaq üçün nəzərdə tutlan baltanı götürdüm. Üzərimdə qatlanan cib bıçağı da vardı. Özümə məxsus avtomobillə Şamaxı rayonundan birbaşa Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan mərhum qaynım Nadirin evinə gəldim.

Həmin evdə Nadirin ailəsi, qaynanam Zərifə, baldızım Sevda və keçmiş həyat yoldaşım Gülnar yaşayırdılar. Məqsədim Gülnarı evimə aparmaq idi. Əks halda Gülnarı öldürmək istəyirdim.

Sözügedən ünvana gəldikdən sonra avtomobili evdən bir az kənarda saxladım. Baltanı hasardan həyətə tulladım. Qapı açıq olduğundan içəri keçdim və eyvanda dayandım. Gülnarın bacısı və anası çölə çıxdı. Onlardan Gülnarın harada olmasını soruşdum. Gecə növbəsində işlədiyni bildirdilər. Sevdaya "mənim aravdımı ərə vermək istəyirdin?" sözlərini deyəndən sonra əlimdə olan balta ilə onun baş nahiyəsindən bir dəfə vurdum. Sevda yerə yıxıldı".

Toğrul qeyd edib ki, ətrafda olan şəxslər üstünə hücum çəkib, nəticədə balta əlindən yerə düşüb: "Gülnarın qardaşı qızı Səma əlimdə yerə düşən baltanı götürdü, küt tərəfi ilə baş və sifət nahiyəmə bir neçə dəfə vurdu. Cibimdə olan açılıb-bağlanan bıçağı çıxardım, Sevdaya bir neçə dəfə zərbə vurdum. Sonra digər şəxslərə də xəsarətlər yetirdim".

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Toğrul 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1806   Tarix: 27 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Trampdan diqqətçəkən açıqlama: ABŞ qırıcıları Ukraynaya verilə bilər

Avropa İttifaqı ABŞ-dan aldığı qırıcı təyyarələri Ukraynaya verə bilər. xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu ehtimalı televiziya aparıcısı Allin Rutla YouTube-da yayımlanan müsahibəsində səsləndirib. "Biz sursat satırıq, Avropa İttifaqına qırıcı təyyarələr satırıq və onlar istədiklərin

12:06 174
.

İxtisasların sayı niyə azaldılır? - Əsas səbəblər

"Peşə təhsilində ixtisasların sayının azaldılması ilə bağlı qərar əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi baxımından mühüm addımdır. İxtisasların optimallaşdırılması həm təkrarlanan və aktuallığını itirmiş istiqamətlərin aradan qaldırılmasına, həm də resursları

14:40 197
.

Haaland rekordlar kitabına düşdü

Norveçli hücumçu Erlinq Haaland "Ginnesin Rekordlar Kitabı"na düşüb. xəbər verir ki, futbolçu karyerasındakı məhsuldar göstəricilərinə görə birdən-birə dörd sertifikat alıb. Haaland İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna sahibdir. O, 2022/2023 mövsümünd

19:00 166
.

Fidanın Benqazi səfəri nə deməkdir? - Türkiyənin Liviyada yeni strategiyası

Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyaya səfər edib. Səfər çərçivəsində o, həm Tripoli, həm də Benqazi şəhərlərində olub. Fidanın Benqaziyə gedərək illərdir Ankaranın əsas rəqiblərindən biri hesab olunan Xəlifə Haftarla görüşməsi xüsusilə diqqət çəkib. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verə

12:24 223
.

Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT

"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur". xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətind

20:00 159
.

İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?

"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs

14:51 200
.

Sabah yağışlı hava olacaq

Avqustun 15-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qər

12:35 288
.

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy

18:15 199
.

Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər

11:43 179
.

TOP MP3