Orqanizmdə D vitamini çatışmazlığını hansı qidalar vasitəsilə aradan qaldırmaq olar? – SİYAHI
Koronavirus pandemiyasının yayılması ilə bird aha aktuallaşan orqanizmdə D vitamini çatışmazlığının aradan qaldırılması ilə bağlı müxtəlif tövsiyələr səsləndirilir.
Belə tövsiyələrdən birini də rusiyalı diyetoloq Yelena Voskresenskaya səsləndirib.
O, orqanizmdə D vitamini çatışmazlığını dərmansız necə aradan qaldırılacağını bildirib.
Diyetoloq tərkibində bu vitaminin yüksək olduğu bir sıra qidaları sadalayıb.
Mütəxəssisin sözlərinə görə, D vitamini orqanizmin qidadan kalsium və fosforu mənimsəməsinə kömək edən çox vacib maddədir. Bu mikroelement xərçəng, sümük yumşalması və osteoporozun qarşısını alır. O, həmçinin sinir və immun sistemini dəstəkləyir və insulin səviyyəsini tənzimləyir.
Voskresenskaya qeyd edib ki, bu vitaminin 90%-i orqanizmdə ultrabənövşəyi şüalardan əmələ gəlir. Ancaq bəzi bölgələrdə yay kifayət qədər qısa olduğu üçün D vitaminini qidadan almaq lazımdır.
D vitamini əsasən yağlı balıqlarda, həmçinin qırmızı və qara kürüdə çox zəngindir. Tərkibində D vitamininin çox olduğu qidalara yabanı qızılbalıq, xum qızılbalığı, çəhrayı qızılbalıq, skumbriya, sardinya və siyənək də daxildir.
Qeyd edək ki, D vitamini təkcə dəniz məhsullarında zəngin olmur. Bir sıra "az büdcəli" qidalarda da ona çox rast gəlinir.
"Günəşdən qidalanan meşə göbələklərində də D vitamini tapmaq olar. Amma supermarketdə satılan göbələklərdə, təəssüf ki bu vitamin demək olar ki, yoxdur. Yumurta, mal və donuz əti, kərə yağı, keçi südü, kəsmik və pendir də D vitamini var", - deyə diyetoloq bildirib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2279 Tarix: 27 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşValideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?
Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların
01.11.2026 689 Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27.10.2026 876 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27.10.2026 923 İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi
İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur
08.11.2026 285 Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər
Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri
04.11.2026 564 Məşhurlar ən çox bu kokteyli içir
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.
25.10.2026 975 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 458 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 806 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 674