Rusiya SWIFT-dən çıxarıldı: SWIFT-siz qalmaq nə deməkdir?

Rusiya SWIFT-dən çıxarıldı: SWIFT-siz qalmaq nə deməkdir?Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Kanada liderləri Rusiya banklarının SWIFT sistemindən ayrılması və Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarına qarşı sanksiyaların tətbiqi barədə qərarını rəsmən elan edib.

Bəs görəsən SWIFT nədir?

SWIFT - faktiki olaraq bütün dünya maliyyəçilərinə ödəniş tapşırıqları ilə mübadilə aparmağa imkan verən sistemdir.

Bunu anlamaq üçün çox sadə məişət xarakterli analoqiya aparaq. Nənənizlə Viber, qonşunuzla - WhatsApp, dostlarınızla - Telegram, həmkarlarınızla - Slack vasitəsilə danışmaqdansa bir yoxlanmış və sınanmış rabitə kanalından istifadə etmək daha yaxşı olmazmı? Baxın banklar üçün bu kanal SWIFT-dir.

Bu sadəcə ödəniş sistemi deyil, həmçinin pul köçürmələri barədə ödəniş tapşırıqlarını yerinə yetirməyə imkan verən əsas və yeganə universal sistemdir. Bu sistem Yer kürəsində yerləşən 11 min maliyyə və qeyri maliyyə təşkilatları arasında pul mübadiləsini təmin edir. Bir ildə SWIFT ilə 5 milyard informasiya mübadiləsi aparılır.
Amma ABŞ-dan tutmuş Rusiyaya kimi ayrı-ayrı ölkələrin banklar arasında şəxsi daxili kommunikasiya sistemləri də var. Buna baxmayaraq, rahat olduğu üçün hətta o ölkələr belə SWIFT-dən istifadə etməyə üstünlük verir. Xarici valyutada olan bütün ödəniş tapşırıqları bu sistem vasitəsilə reallaşdırılır.

BiG.AZ Milli.Az-a istinadən xəbər verir ki,BBC-nin iqtisadi məsələlər üzrə eksperti Aleksey Kalmıkovun Anews.a dediyinə görə, SWIFT-dən ayırmaqla qərb Rusiyanın daxili rabitə kanallarının işini durdurmayacaq. SWIFT 1973-cü ildə telefon, poct və tekeksi əvəzlədi, amma o vaxtdan telekommunikasiya sahəsində faks və e-mai-dən blokçeynə qədər bir neçə inkişaf baş verib.

SWIFT-dən ayırma Rusiya banklarına nə kimi təhlükə yaradacaq?

Bu suala cavab verən Kalmıkov deyir ki, Rusiya banklarının SWIFT-siz qalması banklara gedən beynəlxalq telefon xətlərinin və internet kabellərin kəsilməsinə bərabərdir. Əlbəttə onların kəsilməsi müəyyən rahatsızlıq yaradacaq , amma dünyanın axırı demək deyil. İnternet və ya telefon olmasa informasiyanı məktub və ya faksla da göndərmək olar. Sadəcə bu çox vaxt aparacaq və baha başa gələcək.

SWIFT-dən ayırmanın Rusiya ümün yaradacağı birinci problem odur ki, maliyyə axınları daha uzun müddətə həyata keçiriləcək, bu səbəbdən biznes və iqtisadiyyata ciddi zərbə dəyəcək.

İkinci problem reputasiya ilə bağlı olacaq. İndiyə kimi ancaq İran və Şimali Koreya SWIFT-siz qalmışdı. Rusiya bu ölkələrlə bir sıraya düşdükdə bir çox qərb bankları Rusiya biznesi və dövləti ilə əməkdaşlıqdan imtina etməyə məcbur olacaq.

SWIFT ilə əlaqə kəsilsə sıravi Rusiyalılar Rusiya daxilində kartlarla ödəniş edə , valyuta hesabı aça biləcəklərmi?

Kalmıkov bildirir ki, düzünü desək rusiyalılar bəli ödənişlər edə və valyuta hesabları aça biləcəklər. Çünki ruslar öz aralarında ancaq rublda ödəniş aparırlar.

Ödəniş kartları ilə də analoji vəziyyət yaşanacaq. Visa və MasterCard kimi beynəlxalq liderlər hələ 2015-ci ildə Rusiya daxilində prosesinq və klirinq ödənişlərini Rusiyaya köçürüblər. Həmçinin, Rusiyanın "Mir" milli ödəniş sistemi var.

Qaldı ki, xarici valyutada olan hesablara, Rusiyada SWIFT söndürülsə belə əmanətçilər heç də pullarını rubla konvertasiya etməyə məcbur olmayacaqlar. Çünki SWIFT sadəcə Rusiya banklarının xarici banklarda dollar, avro, funt və yuanda olan müxbir hesablarına ödəniş tapşırıqları göndərməkdən başqa bir funksiyaya malik deyil. SWIFT-in texniki olaraq söndürülməsi sadəcə ödəniş tapşırıqları ilə mübadiləni məhdudlaşdıracaq.

Aİ və Avropa Birliyi həqiqətən rusiyalıları dollar və avrodan məhrum etmək istəyirsə bunun ən yaxşı yolu SWIFT-i söndürməkdənsə, Rusiya bankları və şirkətlərinə qarşı sanksiya qoymaqdır. Bu, onlara qərb banklarında müxbir hesabları açmağa və valyuta əməliyyatları aparmağa imkan verməyəcək, deyə ekspert vurğulayır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2883   Tarix: 27 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 238
.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

10.11.2026 194
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 304
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

Gürcüstan Prezidenti COP31-də iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl

10.11.2026 194
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 168
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 168
.