Pandemiya yayda bitəcək? - ARAŞDIRMA

Pandemiya yayda bitəcək? - ARAŞDIRMAMütəxəssislər deyirlər ki, Azərbaycanda formalaşmış immuniteti olan insanların sayı kifayət qədərdir. Bu, optimist proqnozlar verməyimiz üçün əsasdır. Yay aylarında virussuz, daha gözəl mühitdə yaşayacağıq.

Pandemiya ilə bağlı pozitiv xəbərlər gəlməyə başlayır. Deyəsən, bütün dünyanı qorxuya salan virusu yola salmaq üzrəyik. Artıq bəzi ölkələr karantin qaydalarını ləğv edir, hətta COVID xəstələri üçün özünütəcrid tələbi aradan qaldırılır. Bəs Azərbaycan virusla nə vaxt vidalaşacaq? Ümumiyyətlə, yaxın gələcəkdə COVID tarixə qovuşacaqmı?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Məlumdur ki, ötən aydan etibarən ölkəmizdə COVID-ə yoluxanların karantin müddəti 14 gündən 7 günə endirilib. Buna səbəb xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddətinin 6-7 gün çəkməsidir. Bəs o 7 gündən nə vaxt imtina edəcəyik?

"Pandemiya artıq eniş mərhələsindədir"

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli "Kaspi"yə açıqlamasında bildirdi ki, pandemiya artıq eniş mərhələsindədir: "Omikron" ştammı ilə yoluxmaların analizini, xəstəliyin klinikasını müşahidə etdikdə, görürük ki, virus daha çox yuxarı tənəffüs yollarındadır və simptomsuz keçən formalar çoxdur. Proseslərin analizi onu göstərir ki, bir neçə mutasiyalar keçirmiş virus öz gücünü itirir və xəstəlik yüngülləşir. 2 illik mübarizədən sonra virus cəmiyyətdə müəyyən adaptasiya prosesi keçib və pandemiya artıq eniş mərhələsindədir".

"Pandemiya kabusu"ndan qurtulacağıq"

Həmsöhbətimiz vurğulayır ki, yay aylarında biz də virusla vidalaşacağıq: "Pandemiyanın sonunu gətirən ən mühüm faktor vaksinasiyadır. Vaksinasiyanın dünya ölkələrində, xüsusən də, Azərbaycanda kifayət qədər yüksək templə həyata keçirilməsi və insan sağlamlığına dəyər verən dövlətlərin bu prosesə ciddi yanaşması, bizi qalibiyyətə aparır. İmmuniteti olan insanların həm yoluxmalar, həm də vaksinasiya hesabına artmasını müşahidə edirik. Virusun mutasiyasının da prosesin nisbətən yüngül formada keçən ştammlara istiqamətlənməsi onu deməyə əsas verir ki, artıq isti aylara doğru "pandemiya kabusu"ndan qurtulacağıq. Ölkəmizdə vaksinasiyanın ikinci dozasının 70-80 faizlik rəqəmə yaxınlaşması, buster dozada 30-40 faizlik nəticənin əldə olunması onu göstərir ki, Azərbaycanda formalaşmış immuniteti olan insanların sayı kifayət qədərdir. Bu, optimist proqnozlar verməyimiz üçün əsasdır. Yay aylarında virussuz, daha gözəl mühitdə yaşayacağıq".

"Mövsümi xəstəlik halına keçəcək"

Həkim Elvin Hüseynov deyir ki, artıq virus həkimlər tərəfindən tanınır və müalicəsi də mövcuddur. Virusun sonu nə vaxtsa gələcəkdi. O gün, artıq uzaqda deyil: "Pandemiya, görülən tədbirlər ömür boyu davam edə bilməz. Nə vaxtsa sonu olmalıdır. Sadəcə olaraq, virus yeni olduğu üçün bu addımları ilkin fazalarda atmaq mümkün deyildi. Amma indi nəzərə almaq lazımdır ki, istər "delta", istərsə də "omikron" variantında təsirli dərmanlar mövcuddur. İnkişaf etmiş ölkələrdə risk qrupuna aid olan insanların xəstəliyi yüngül keçirməsi üçün antiviral, yoluxmuş və ağır keçirmiş xəstələr üçün isə anticisim kokteylindən istifadə edilir. Düşünürəm ki, peyvəndləmə prosesində öndə olan ölkələr bu addımları daha tez atacaqlar və pandemiyaya "yox" deyəcəklər. Koronovirus da ancaq endemik şəkildə mövcud olacaq. Qrip infeksiyası kimi mövsümi xəstəlik halına keçəcək".

"Məhdudiyyətlər aradan qaldırıla bilər"

İnfeksionist Mərdan Əliyev də yay aylarında pandemiyanın fəsli infeksiyaya keçəcəyini düşünür: "Omikron" variantında yoluxma sayı pik həddə çatsa da, səhiyyə sistemimiz yüklənmədi. Xəstələrin əksəriyyəti ev şəraitində rahat müalicə olunurlar. Ağırlaşma olmadığı üçün də yoluxma sayı və aktiv xəstə sayı çox olsa da, müəyyən qapanmalara gedilmədi, hətta bəzi məhdudiyyətlər yumşaldıldı. Pandemiyanın ləğv olunması ölkəmizdə yaxın vaxtlarda gözlənilir. Artıq yoluxma sayının pik həddindən sonra enməsi mərhələsindəyik. Vəziyyət belə davam edərsə, aktiv xəstə və yoluxma sayına baxılacaq, digər ölkələrdə olduğu kimi bizdə də məhdudiyyətlər aradan qaldırılacaq".

Pandemiyanın əleyhinə, bizim xeyrimizə...

Həkim vurğuladı ki, isti günlərin gəlməsi pandemiyanın əleyhinə, bizim xeyrimizədir: "Artıq yaz fəsli gəlir. Bu da virusa qarşıdır və yoluxma sayını azaldacaq. Buna görə də yaxın müddətdə pandemiyanın bitəcəyini gözləyirik. COVID artıq fəsli infeksiyaya çevriləcək. Yəni qrip kimi kəskin respirator virus infeksiyalarından biri olacaq. Artıq payız, qış aylarında xəstəlik epidemiya həddində olmayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 832   Tarix: 27 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 238
.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

10.11.2026 194
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 304
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

Gürcüstan Prezidenti COP31-də iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl

10.11.2026 194
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 168
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 168
.