Bakı metrosunda maşinistsiz idarə sisteminin tətbiqi üzrə işlərə başlanılıb
Bakı metropolitenində qatarların maşinistsiz idarə sistemi və onun təməl bazası olan müasir CBTC sisteminin tətbiqi ilə gələcəkdə reallaşacaq. Hazırda "Nərimanov" elektrik deposunda aparılan işlər mövcud "Qırmızı" və "Yaşıl" xətlər üçün bu istiqamətdə ilk addımlardır və onun başlanğıc sistemlərinin quraşdırılması tamamlanıb.
Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B. Məmmədov vurğulayıb ki, CBTC sistemi qatarların radiodalğalarla idarəetmə sistemidir: "Qatarların radiodalğalarla idarə edilməsi ən müasir sistemlərdir, bu sistemlərin təməldən tətbiqi Bakı metropolitenin yeni xətlərində nəzərdə tutulacaq. "Bənövşəyi" xətt ("Avtovağzal"dan "8 Noyabr"a qədər olan 3 stansiya) hazırda bu prinsiplərlə inşa edilir və sistemlərlə funksional təchizatı bunu nəzərdə tutur. Bu sistemin tətbiqində özünəməxsus texniki tələblər var.
Birinci mərhələ üçün orada mikroprosesor sisteminin quraşdırılması nəzərdə tutulmalıdır. Bu istiqamətdə təməldən işlər aparılmalıdır. Bu stansiyalarda mikroprosesor sistemi quraşdırılır, lakin gələcəkdə qatarların radiodalğalarla idarə olunması sistemlərinin quraşdırılması (Communications-based train control – CBTC ) üçün texniki şərait yaradılır".
B. Məmmədovun sözlərinə görə, CBTC sistemlərinin üstünlüyü ondan ibarətdir ki, qatarların hərəkəti daha effektiv və daha təhlükəsiz olur: "Eyni zamanda intervalların tənzimlənməsi orda daha rahat və təhlükəsiz prinsiplər əsasında tətbiq edilir. Bunun yekun nəticəsində maşinistsiz idarəetmənin tətbiqini nəzərdə tutur. Köhnə xətlərdə bu istiqamətdə "Nərimanov" elektrik deposundan başlayaraq işlər aparılmalıdır. Hazırda "Nərimanov" elektrik deposunda ilkin işlər tamamlanıb. Onun təməl bazası olan "ox sayğacı" sistemin tətbiqi artıq həyata keçirilir. Bu sistemin tətbiqi gələcəkdə xətlərimizdə davam etdiriləcək. Amma bu kifayət qədər böyük maliyyə vəsaiti və texniki resurslar tələb etdiyi üçün, həm də hərəkət dayandırılmadan davam edən bir proses olacağından mərhələli şəkildə aparılmalıdır".
O əlavə edib ki, sistemin metronun mövcud xətlərində tətbiqi daha mürəkkəb bir prosesdir, çünki mövcud sistemin əvəzinə tamamilə fərqli quruluşa və iş prinsiplərinə malik yenisi tətbiq edilməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1184 Tarix: 26 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl
10.11.2026 238 NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir
NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü
10.11.2026 194 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs
10.11.2026 304 84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 148 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 140 Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl
10.11.2026 194 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 168 Aktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
10.11.2026 408 "Eşref"in ən sadiq əməkdaşı olacaq
"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"
10.11.2026 168