Rusiya ətrafında yaşanan gərginliyə daha biri əlavə olunur?

Rusiya ətrafında yaşanan gərginliyə daha biri əlavə olunur?Rusiya ətrafında yaşanan gərginliyə daha biri əlavə oluna bilər. Qəribə səslənsə də, bu dəfə qalmaqal İranla yaşana bilər. Qalmaqalın mərkəzində Rusiyanın İrandakı erməni mənşəli səfiri Levon Caqaryan dayanır. İran və rus mediasında dərc olunan materiallara görə, səfir diplomatiya işçiləri günü rus şairi və diplomatı Aleksandr Qriboyedovun heykəli önünə əklil qoyub. Ardınca da, "Twitter"də fotolar paylaşıb və "biz unutmuruq" mesajı atıb ki, bu da İran ictimai fikrinin ona qarşı yönəlməsinə səbəb olub. Sözsüz ki, səfirin bu addımı təsadüfi deyil və müəyyən qüvvələrin sifarişi ilə həyata keçirilir. Özü də bu, səfirin artıq ikinci qalmaqallı addımıdır.

Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

Beləliklə, İran tərəfini qəzəbləndirən əsas amil kimi Qriboyedovun 1828-ci ildə Türkmənçay sülh müqaviləsinin imzalanmasındakı mənfi rolu göstərilir. Erməni mənşəli səfirin hərəkəti neçə gündür ki, bu ölkənin kütləvi informasiya vasitələrinin ən çox müzakirə olunan mövzusudur. Artıq məsələyə ölkənin hazırkı və keçmiş diplomatları da qoşulub.

Məsələn, İran Xarici İşlər Nazirliyinin Qərbi Asiya ölkələri üzrə departamentinin baş direktoru Rəsul Musəvi bəyan edib ki, ölkələr tarixdən dərs çıxarmaqla yanaşı, ondan asılıb qalmamalıdır. BMT-dəki İran nümayəndə heyətinin keçmiş əməkdaşı Kuroş Əhmədi isə bəyan edib ki, belə bir qalmaqallı keçmişi olan şəxslə bağlı səfirin mövqeyi qəribədir:

"Hansı ölkədə işlədiyini nəzərə almalısan".

İran KİV-ləri xatırladır ki, məhz Qriboyedov Türkmənçay sülh müqaviləsinin hazırlanmasında əvəzsiz rol oynayıb. Həmin müqavilə ilə 1826-1828-ci il müharibəsi sona çatıb. Bununla da, Rusiya imperiyası Cənubi Qafqazın işğalını rəsmiləşdirmiş olub. Məsələ o qədər böyüyüb ki, İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə də reaksiya verib və bildirib ki, nazirlik səfirin sözlərinə olan reaksiyaları və etirazları qeydə alıb.

Əlavə edib ki, istənilən diplomat və təcrübəli səfir bilir ki, olduqları ölkədə xalqın hisləri ilə oynamamalıdırlar. Xətibzadə əlavə edib ki, iradlar müvafiq kanallarla Rusiya tərəfinə təqdim edilib.

Maraqlıdır ki, Rusiya səfirliyi də sakit qalmayıb. İrandakı Rusiya diplomatik missiyası "anti-İran mediası" tərəfindən qalmaqalla bağlı təxribat xarakterli nəşrlərin yayılmasına diqqət çəkib.

Bildirilib ki, rusiyalı şair və diplomat Aleksandr Qriboyedovun abidəsi önünə əklilqoyma mərasimi hər il keçirilir:

"Biz bu nəşrləri təxribat xarakterli hesab edirik və bu kimi xəbərlərin Rusiya ilə İran arasındakı dostluq və isti münasibətlərə xələl gətirmək məqsədi daşıdığını bildiririk. Eyni zamanda "belə saxta eyhamlara" sərt cavab verəcəyik".

Əlavə edilib ki, bu cür epizodlar sürətlə və qorxulu şəkildə baş verir. Keçən il səfirlik Caqaryanın britaniyalı həmkarı Saymon Şerklifflə fotosunu sosial şəbəkələrdə yerləşdirdiyinə görə açıqlama verməli olmuşdu. Qalmaqala səbəb kimi şəklin SSRİ, ABŞ və Böyük Britaniya arasında 1943-cü ildə Tehran konfransının keçirildiyi tarixi pilləkəndə çəkilməsi göstərilmişdi. İranlılar iki səfirin təqdimatını ingilis-sovet işğalını xatırlatmaq kimi qiymətləndirmiş və "imperiya" təlqininə görə üzr istənilməsini tələb etmişdilər. O zaman XİN rəhbəri vəzifəsini tutan Məhəmməd Cavad Zərif fotonu "yersiz" adlandırıb.

İranın "Hamshahri" qəzeti yazıb ki, Rusiya erməni səfirinin timsalında İran xalqını təkrar təhqir edib.

Məqalədə bildirilir ki, vaxtilə səfirin öldürülməsi elə onun öz günahı ucbatından baş verib. Həmin ilin fevralında Rusiya Xarici İşlər Nazirliyinin ərəbdilli hesabından bir "Twit" də qeyri-müəyyən vəziyyət yaradıb. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və İraq səfiri Əbdürrəhman Hüseyni arasında görüşdən bəhs edən yazıların birində "fars" əvəzinə rus dili üçün ənənəvi olmayan "Ərəb körfəzi" adından istifadə edilməsi də İranın narazılığına səbəb olmuşdu.

Rusiya Elmlər Akademiyası Y.Primakov adına Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun baş elmi işçisi Nikolay Kojanov vəziyyətə iki istiqamətdə baxılmalı olduğunu deyib:

"Rusiya-İran münasibətləri, ya Rusiyaya qarşı daha neytral kurs tərəfdarları, ya da Qərblə daha fəal yaxınlaşma tərəfdarlarının nəzarəti altındadır".

Ekspert vurğulayıb ki, tarixi yaddaş və mənfi təcrübə ilə yanaşı, Rusiya-İran yaxınlaşması əleyhdarlarının istənilən ağrılı nöqtələrə fəal şəkildə təzyiq göstərəcəkləri müasir kontekst var. Onun sözlərinə görə, Rusiya səfirinin hərəkəti böyük təəccüb hissi yaradır:

"Axı o bilməmiş deyil ki, İran cəmiyyətində Qriboyedov fiquru Tükmənçay müqaviləsi ilə yanaşı xatırlanır".

Kojanovun qənaətincə, İranda hesab edirlər ki, bu müqavilə İran üçün təhqir və alçaldıcı bir müqavilə olub. Analitik onu da xatırladıb ki, Qriboyedov, sadəcə icraçı olub, müqavilənin hazırlanması heç onluq da deyil. Sadəcə İranda bu qənaətdədirlər ki, ölkənin bütün bəlaları məhz bundan sonra başlayıb.

Kojanov qeyd edib ki, belə bir şəraitdə Rusiya diplomatiyası, xüsusən də "Böyük üçlüyün" fotosunun imitasiyası ilə bağlı insidentdən sonra bir qədər diqqətli olmalı idi. Belə bir hərəkət ən azı məlumat kampaniyası ilə müşayiət olunmalıdır. Düzdür, Qriboyedovun abidəsi önünə gül dəstələri qoyulması, ilk növbədə, Rusiya tarixi üçün vacib olan bir şəxsiyyətə ehtiramdır. Amma ekspertin fikrincə, Rusiya tərəfi müəyyən tarixi vəziyyətə görə Qriboyedovun İranın ərazi itkilərini təsbit edən saziş hazırlayanlar arasında olmasına təəssüf hissini ifadə edə bilərdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1489   Tarix: 26 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

10.11.2026 215
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 216
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 209
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10.11.2026 204
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 266
.