"Novıye İzvestiya": Xocalı faciəsi qurbanları 30 ildir günahkarların cəzalandırılmasını gözləyir

"Novıye İzvestiya": Xocalı faciəsi qurbanları 30 ildir günahkarların cəzalandırılmasını gözləyir"Qanlı" 20-ci əsrin tarixində çox kədərli səhifələr olub. İki dünya müharibəsi, yüzlərlə lokal münaqişələr, Holokost, Qolodomor, inqilablar... Amma 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi insanlığa qarşı cinayətlər siyahısında xüsusi yer tutur.

Bu barədə Rusiyanın "Novıye İzvestiya" saytında Xocalı faciəsinə həsr olunmuş məqalədə deyilir.

Fevralın 25-dən 26-na keçən dəhşətli gecədə 613 dinc sakinin, o cümlədən yüzdən çox qadının, 63 uşağın, 70 qocanın öldürüldüyünü qeyd edən müəllif "Qarabağ gündəliyi" və "Qarabağın qanlı hovuzu" kitablarının müəllifi Yuri Pompeyevdən sitat gətirib: "Bu, qırğın idi. Silahsız, dinc, çoxu da əli uşaqlı insanlar qətlə yetirildi".

Vurğulanıb ki, faciədən 30 il keçsə də, heç kim əsassız qətliamın səbəblərinə aydınlıq gətirə bilmir.

Nəşrdə Qarabağ münaqişəsinin hər iki tərəf - Ermənistan və Azərbaycan üçün Xocalının həlledici strateji əhəmiyyət kəsb etdiyi bildirilir.

"Şəhər Qarabağ separatçılarının "paytaxtı" Xankəndidən 10 kilometr aralıda yerləşirdi, həmçinin şəhərdən mühüm marşrutlar keçirdi, bundan başqa burada hava limanı var idi. Münaqişənin əvvəlində şəhər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 1991-ci ilin payızından - hərbi əməliyyatların aktiv mərhələsi başlayandan sonra Xocalı erməni birləşmələri tərəfindən tamamilə blokadaya alındı. Elektrik verilişində fasilələr yarandı, telefon əlaqəsi, istilik və su təchizatı olmadı. Xarici aləmlə əlaqə yalnız helikopterlərin köməyi ilə mümkün olub", - deyilən məqalədə yerli sakinlərin çətinliklərindən söz açılıb.

Müəllifin sözlərinə görə, fevralın ortalarına qədər yalnız bir neçə yüz vətəndaş helikopterlə təxliyə edilə bildi, ancaq əhalinin əksəriyyəti - təxminən dörd min nəfər mühasirəyə alınmış şəhərdə qaldı. Xocalının azsaylı müdafiəçiləri arasında Azərbaycan milli ordusunun əsgərləri, OMON zabitləri və milislər də var idi. Bu səbəbdən hərbi nöqteyi-nəzərdən, bütün perimetr boyu mühasirəyə və blokadaya alınmış şəhərin taleyi əvvəlcədən gözlənilən idi.

Məqalədə daha sonra şəhərə ağır artilleriya hücumundan söz açıb.

"Bu bombardmanda məqsəd nə idi, hansı hədəfi güdürdü? Məgər dinc əhalini buraxmaq və şəhəri sakitcə ələ keçirmək mümkün deyildi? Ermənistan ordusunun hətta "təxliyyə" yollarını qeyd etdiyi də bildirilir. İnsanlar da təxminən on kilometr şimal-şərqdə olan Ağdama iki marşrut üzrə (bir hissə Qarqarçayın yatağı ilə, digərləri Əsgəran qəsəbəsinin ətəyi ilə) qaçırdılar.

Belə görünürdü ki, düşmənin qaçqınlara mane olmasının HEÇ BİR MƏNASI yox idi! Lakin heç də hamı ölümcül tələdən qurtula bilmədi: bəziləri bütün növ silahlarla gülləbaran edildilər, digərləri (əksəriyyəti qadınlar və uşaqlar) dağlarda sərgərdan qalaraq donub öldülər. Həmin müdhiş gecədə termometrin civəsi 10 dərəcədən aşağı düşdü - Xocalıdan çoxu isti paltarsız qaçan insanlar məhvə məhkum oldular", - deyə məqalədə bildirilir.

Erməni bölmələri gecə saat bir radələrində bir neçə istiqamətdən şəhərə daxil oldular. Müəllif şəhərdə baş verən dəhşətlətləri qətliam yerinə gəlib çatan beynəlxalq jurnalistlərin ifadələri ilə qiymətləndirib.

"Müxbir Tomas Qolts şahidlərə istinad edərək Xocalının işğalı zamanı həlak olan yüzlərlə insan barədə yazıb. Xəstəxzanada o, güllələnən qadın və uşaqlar görüb Həmçinin bədənlərində çoxsaylı bıçaq yaraları olan meyitlər görüb. "New York Times"ın jurnalisti Frensis Klayns da həmin gecənin dəhşəti barədə şahidlərin sözlərini çatdırıb. "Onlar bizim evə gəldilər və dedilər ki, qaçın, ya da diri-diri yanın", -deyə Xocalıdan olan 11 yaşlı qaçqın Əhməd Məmmədov jurpnalistə danışıb".

Məqalədə Xocalı sakinlərinin "ritual" qırğınların qurbanı olduğu vurğulanıb.

"Xocalıda dinc əhalinin qətlə yetirilməsinin əsas motivi şəhəri "azad etmək" və onun silahlı müdafiəçilərinə qarşı mübarizə deyil, bütün Azərbaycan xalqına qarşı nümayişkaranə CƏZA, QİSAS ALMAQ olmuşdur.

Ölənlərin cəsədlərinin təhqir edilməsi və hətta baş dərisinin soyulması ilə bağlı qeydə alınmış faktlar belə hərəkətlərin döyüş qarşıdurmalarına heç bir aidiyyətinin olmadığını, ümumi "intiqam" ideyasının isə sadistlərin əl-qollarını açdığını göstərir.

Faciədən dərhal sonra Rusiya və Avropa dillərində dərc edilmiş sübutların kiçik bir hissəsini təqdim edirik:

- Çoxları şikəst edilib, balaca bir qızını isə yalnız başı qalıb...

- Videokamera qulaqları kəsilmiş uşaqları göstərirdi. Bir yaşlı qadının üzünün yarısı kəsilmişdi. Kişilərin baş dərisi soyulmuşdu...

- Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilən qadın və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılan üç nəfər görüblər.

Və bu Azərbaycan təbliğatı deyil, reallıqdır", - deyə müəllif bildirib.

"Novıye İzvestiya" "Human Rights Watch" beynəlxalq hüquq müdafiə təşkilatının həmin günlə bağlı ifadəsini də sitat gətirib:

"Sakinlər geri çəkilən bir neçə müdafiəçinin müşayiəti ilə şəhəri tərk edirdi. Onlar Azərbaycanla sərhədə yaxınlaşarkən erməni silahlı postuna çıxıblar və vəhşicəsinə güllələniblər..."

Məqalədə Ermənistan tərəfinin ölüm sayının bu qədər olmasının səbəbi kimi Xocalı sakinlərinin onlara verilən "azad dəhliz"lə silahlı şəxslərin müşayiəti getməsi iddiasına cavab verilib.

"Bu faktların təsdiqi heç vaxt tapılmadı, ümumiyyətlə günahsız insanların öldürülməsinə, əzablarına bu cür bəraət qazandırmaq qəribədir. Daha qəribəsi, meyitlərin təhqir olunmasıdır ki, bu müharibə qanunlarının ən insafsız qaydalarına belə ziddir. Xüsusilə vurğulamaq lazımdır ki, bu vəhşilikləri quldurlar, hansısa cinayətkar dəstələr deyil, hərbi geyimli, komandirlərinə tabe olan şəxslər törədiblər.

Xocalı qətliamının unikallığı ondadır ki, nizami ordu cinayətkar cəzalandırıcı rolunu öz üzərinə götürüb.

Yəqin ki, bu "döyüş"ün "qalibləri"nin qara tarixi qeyd etməməyə üstünlük verməsi, həmçinin mülki itkilərin sayını hər cür yolla azaltmağa çalışması təsadüfi deyil. Dünya ictimaiyyəti də Xocalını xatırlamağı sevmir; 30 il ərzində heç kim obyektiv araşdırma aparmayıb, faciənin günahkarlarının adı çəkilməyib və heç bir beynəlxalq məhkəmə tərəfindən cəzalandırılmayıb", - deyə müəllif sözlərini yekunlaşdırıb.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 736   Tarix: 26 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

10.11.2026 215
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 216
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 209
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10.11.2026 204
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 266
.