Fevral ayı üzrə bütün sosial ödənişlər başa çatdırıldı

Fevral ayı üzrə bütün sosial ödənişlər başa çatdırıldıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı da tam ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, fevral ayına dair bütün sosial ödənişlər yekunlaşdırılıb.

Bundan əvvəl, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, fevralın 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyaların ödənişi başa çatdırılıb.

2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.

Bundan başqa 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 886   Tarix: 26 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əl-Məzrui: "BƏƏ-nin OPEC-dən çıxması fikir ayrılıqlarının olması demək deyil"

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC və "OPEC+"dan çıxmaqla bağlı qərarı siyasi motivli olmayıb və tərəfdaşlarla fikir ayrılıqlarının mövcudluğunu əks etdirmir. "Report" xəbər verir ki, bu barədə BƏƏ-nin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl-Məzrui "X" sosial şəbəkəsindək

16.05.2026 153
.

İraq aprel ayında Hörmüz vasitəsilə təxminən 10 milyon barel neft ixrac edib

İraq aprel ayında Hörmüz boğazı vasitəsilə təxminən 10 milyon barel neft ixrac edib. "Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu İraqın neft naziri Basim Məhəmməd bildirib. Qeyd edilib ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlamazdan əvvəl İraq b

16.05.2026 149
.

Banqkokda qatar avtobus və avtomobillərlə toqquşub, 8 nəfər ölüb

Tailandın paytaxtı Banqkokda dəmir yolu keçidində yük qatarının sərnişin avtobusu və minik avtomobilləri ilə toqquşması nəticəsində 8 nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Thairath" qəzeti məlumat yayıb. Bildirilib ki, avtomobillər keçiddə dayanarkən qata

16.05.2026 149
.

Pensiya ilə bağlı milyonları sevindirən müjdəli XƏBƏR

Azərbaycanda pensiyaçıları ən çox maraqlandıran məsələlərdən biri də il ərzində ödənişlərin yenidən artırılıb-artırılmayacağı ilə bağlıdır. Cari ilin fevral ayında həyata keçirilən 9.3 faizlik ümumi indeksasiyadan sonra, vətəndaşlar ilin ikinci yarısında növbəti artımların olub-olmayacağını yaxında

16.05.2026 175
.

WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı daşımalara 150 ədəd "Bakı Taksi" xidmətinin və hava limanı daşımaları üzrə 330 ədəd taksi sifarişi operatorlarının tərəfdaşlıq etdiyi digər nəqliyyat vasitəsi cəlb edilib. Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyya

16.05.2026 145
.

Bakıda bu şagirdlər 14 gün MƏKTƏBƏ GETMƏYƏCƏKLƏR

Bakının Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Xətai, Xəzər və Yasamal rayonlarının məktəblərində həftəsonları da nəzərə alınmaqla bu ay 14 gün dərs olmayacaq. "Yeni Sabah" xəbər verir ki, adıçəkilən rayonların ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayı

00:19 126
.

Meteohəssas insanların NƏZƏRİNƏ

Mayın 17-si üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Abşeron yarımadasında gün ərzində yağışlı hava şəraiti gözlənilir. Bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

16.05.2026 183
.

Həmin ŞAD XƏBƏR gəldi: 700 min nəfərin maaşında artım OLACAQ

"Əmək Məcəlləsinə" edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu da minimum əməkhaqqının artımında dövriliyin təmin olunması deməkdir. Eyni zamanda, bununla artımlar qanunla tənzimlənəcək. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramo

00:21 130
.

Türkiyədə MİT-dən casusluq şəbəkəsinə ağır zərbə

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyə əleyhinə kəşfiyyat fəaliyyəti ilə məşğul olan beynəlxalq casus şəbəkəsini çökdürüb. Bu barədə "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, MİT iki fərqli xarici xidmətə işləyən və casusluq şəbəkəsində yer alan 9 şəxsi müəyyən edib. Dör

16.05.2026 145
.

TOP MP3