"Buta" biletlərinin AZAL-dan baha olması tənqid edildi

"Buta" biletlərinin AZAL-dan baha olması tənqid edildiSosial şəbəkələrdə Bakıdan İstanbula "Buta Airways" loukosteri ilə biletlərin milli daşıyıcı olan AZAL-la uçuşlardan daha baha olması ilə bağlı fotofakt yayılıb. Belə ki, 22 fevral tarixində eyni şəhərə "Buta" ilə 289.80, AZAL-la isə 289.67 AZN-ə getmək olar.

Biletlərin qiymətini müqayisə etmək üçün adıçəkilən hava yollarının saytında bilet axtardıqda eyni mənzərənin şahidi olursan. Fevralın 23-ü tarixinə eyni istiqamətə 23 kq baqaj daxil bilet AZAL-la 297.40, "Buta" ilə isə 318.80 AZN-ə göstərir.

BiG.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, hər iki hava yollarının təklif etdiyi aviabiletlərin müqayisəli qiyməti müzakirələrə səbəb olub. Aşağı büdcəli aviaşirkətdən dəfələrlə ucuz bilet gözləntisi olsa da, bəzən eyni, bəzən isə hətta baha qiymət təklifi sərnişinlərdə narazılıq yaradıb. Bildirilir ki, insanlar loukosterlərə ucuz və münasib tariflə bilet almaq üçün müraciət edirlər. Nəzərə alsaq ki, aşağı büdcəli aviaşirkətdə yemək və digər xidmətlər AZAL-dan zəifdir, loukosterin daha baha olması sual doğurur.

Dəfələrlə bu məsələdə tənqid olunan milli aviadaşıyıcı isə bununla bağlı daha əvvəl də verdiyi açıqlamalarda qiymətlərin bu və ya digər istiqamət üzrə aviabiletin dəyərinin uçuş tarixindən və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişməsi ilə əlaqələndirib. Şirkətin açıqlamalarında qeyd olunur ki, aviabiletin dəyəri ən aşağı tarifdən ən yüksək tarifədək əvvəlcədən müəyyən edilir: "Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır. Bu, sərnişinləri aviabiletləri öncədən almağa sövq edir, aviaşirkətlərə isə təyyarədə kifayət qədər sərnişinlərin olacağına zəmanət verir".

"Buta" biletlərinin AZAL-dan baha olması tənqid edildiİqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə də biletlərin qiymətinin formalaşmasında tələb və təyyarənin doluluq səviyyəsi faktoru çox vacibdir. Ekspert açıqlamasında deyib ki, bunun üçün bir sıra hava yolu şirkətləri avtomatlaşdırılmış proqramlar tətbiq edirlər:

"Qiymətlər bu proqramlar tərəfindən sifarişlər, təyyarənin yüklülük səviyyəsi, müraciətlərin sayı nəzərə alınmaqla konkret alqoritmlər əsasında formalaşır. Ola bilsin ki, müəyyən uçuş tarixlərinə və reyslərə "Buta" üzrə tələb daha yüksək olub. Çünki bu, psixoloji faktordur, insanlar bilet alanda AZAL-ın xidmətlərinə deyil, alternativlərə, ən yaxşı halda, "Buta"ya müraciət edirlər. AZAL bu günədək bahalı xidmətlər təşkil edən hava yolu şirkəti kimi beyinlərdə qalıb. Bu səbəbdən "Buta"da tələb yüksəlir və qiymət qalxır. Eyni zamanda, əks proses AZAL-da baş verir. AZAL-ın çarter olmayan, mütəmadi, mütləq uçmalı olan reysinə yerlərin boş qalması maliyyə itkisidir. Məcburən AZAL dəyər-dəyməzinə bilet təşkil etməli olur. Düşünürəm ki, bu iki səbəbdən müvafiq vəziyyət ortaya çıxıb".

Bəs qiymətin artması təyyarənin doluluğu ilə əlaqəlidirsə, bu halda loukosterin bilet qiymətlərinə ənənəvi hava yollarını keçməməsi üçün maksimum hədd qoyula bilərmi?

Bu sualın cavabına gəlincə isə, ekspert qiymətin liberal əsaslarla formalaşmasının tərəfdarı olduğunu deyir. Onun sözlərinə görə, biletə aşağı hədd qoyulmadığı kimi yuxarı hədd də qoyulmamalıdır: "Türkiyədə lirənin sürətli dəyərsizləşməsi dövründə bununla bağlı problemlər ortaya çıxmışdı. Çünki onlarda qiymətlərdə yuxarı tavan müəyyən olunmuşdu. Mən hesab edirəm ki, problem "Buta"nın qiymətinin hansısa reys üçün AZAL-dan baha olmasında deyil, hava nəqliyyatı sahəsində bu gün həyata keçirilən dövlət siyasətindədir. Burada maraqlar konflikti var, hava nəqliyyatı infrastrukruru AZAL-ın tabeliyindədir. Bu, AZAL-ın ölkənin bütün hava nəqliyyatı infrastrukturunu öz maraqları çərçivəsində idarəetməsinə gətirib çıxarır. Loukosterlərin bazara gitməsi imkanlarını məhdudlaşdırır. Bəzi hallarda məlum olur ki, çarter reyslər üçün hətta daşınan sərnişin sayına görə rüşvət tələb edirlər. Bütün bunlar Azərbaycanda hava nəqliyyatı sahəsində sərnişindaşımanın sayını əhəmiyyətli şəkildə aşağı salır. Burada fundamental həll yollarına gedilməlidir, nəinki tavanın müəyyən edilməsi. Azərbaycan açıq səma prinsipləri əsasında öz hava nəqliyyatı siyasətini formalaşdırmalı, hava sərhədlərini həm loukosterlər, həm də digər hava yolları şirkətləri üçün açmalıdır. Rəqabətin artmasını, liberal hava nəqliyyatı siyasəti fonunda qiymətlərin formalaşmasını təmin etməlidir".

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan "Buta Airways"in qiymətlərinin yüksək olması narazılıqlara səbəb olmuşdu. Ötən aydan etibarən isə aviaşirkət vətəndaşlar üçün qiyməti 29 avrodan başlayan "Büdcə" tarifini bərpa etdiyini açıqlasa da, qısa müddətdə həmin biletlər tükənmiş və az sayda vətəndaş onlardan yararlana bilmişdi. Eyni zamanda həmin tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmurdu.

"Buta" biletlərinin AZAL-dan baha olması tənqid edildi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1221   Tarix: 23 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 209
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 224
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 210
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 238
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 210
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 304
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.