Bu uşaqları 23 günə itirdik... - FOTOLAR

Bu uşaqları 23 günə itirdik... - FOTOLARHazırda davam edən fevral ayında Azərbaycanda ağır nəticələrə səbəb olan bir sıra hadisələr baş verdi. Baş verən ağır qəzalar, yanğınlar, törədilən cinayətlər bir neçə nəfərin ölümünə səbəb oldu. Bunların arasında, təəssüf ki, azyaşlılar da var idi.

BiG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, fevral ayında təkcə üç azyaşlı uşaq cinayətin qurbanı olub.

Ölkəni sarsıdan, ana və iki uşağının ölümü ilə nəticələnən dəhşətli hadisələrdən biri də fevralın 20-də qeydə alınıb. Bakının Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova evdə iki azyaşlı övladı - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu ilə birgə qətlə yetirilib.

Bu uşaqları 23 günə itirdik... - FOTOLARHadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev saxlanılıb. Məlumata görə, Ə.Əliyev G.Qaraxanovanın bacısının əridir və cinayəti tamah məqsədilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

Bu hadisədən iki gün öncə isə daha bir dəhşət, üç azyaşlı uşağın ölümünə səbəb olan hadisə Qusarda yaşandı. Bir ailənin bütün üzvləri dəm qazından boğularaq öldü. Bunlar ailə başçısı Rusif Şıxov, həyat yoldaşı - 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə idi.

Bu uşaqları 23 günə itirdik... - FOTOLARBaş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan da yolda qəzaya uğrayaraq dünyasını dəyişib.

Belə ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə də hadisə yerində ölüb. Ümumilikdə bir gündə dörd azyaşlı bədbəxt hadisələrin qurbanı oldu.

Fevralın 19-da isə Zərdabın Çallı kəndində baş verən dəhşətli yanğın 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və onun 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının ölümünə səbəb oldu.

Bu uşaqları 23 günə itirdik... - FOTOLARYanğında Pərvanə Əhmədovanın oğlu, 7 yaşlı Əhmədli Gülməmməd və onun nənəsi ağır yanıq xəsarətləri ilə Bakı şəhərinə gətirilərək 5 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Ötən gün isə bir uşağın ölümünə səbəb olan yanğın Samuxda qeydə alınıb.

Bu uşaqları 23 günə itirdik... - FOTOLARSeyidlər kəndində evdə baş verən yanğın zamanı yanıq xəsarətləri alan 2019-cu il təvəllüdlü Bakir Emin oğlu Məmmədov yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Fevralda itirdiyimiz azyaşlılardan biri də Quliyeva Həqiqətdir. 8 yaşlı qız Şabranda baş verən zəncirvari qəzanın qurbanı oldu. Hadisə Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisində qeydə alınıb.

Bu uşaqları 23 günə itirdik... - FOTOLARQəza zamanı "TIR" markalı yük maşını üç minik avtomobili ilə toqquşub və daha sonra yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 62 yaşlı Babayev Əli Hacıbala oğlu və 8 yaşlı Quliyeva Həqiqət Kamil qızı ölüb.

Fevralın 8-də isə Cəlilabadda məktəbin həyətində 1-ci sinif şagirdini elektrik cərəyanı vuraraq öldürüb. Hadisə rayonun Ocaqlı kəndində yerləşən 1 saylı tam orta məktəbdə baş verib. Məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Yaşar oğlu Zeynalov transformatorun yaxınlığında olarkən onu elektrik cərəyanı vurub.

Fevralın 13-də isə Şəmkirdə dəhşət yaşandı. Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənov 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq onları qətlə yetirib.

Bu uşaqları 23 günə itirdik... - FOTOLARQətlə yetirilən Lalə Həsənova hamilə idi.

Qeyd edək ki, təkcə fervalın 23-dək ümumilikdə 10-dan çox uşaq bədbəxt hadisələrin qurbanı olub. Təbii ki, bu, mətbuata bəlli olan say, hadisələrdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1565   Tarix: 23 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcüstan Prezidenti COP31-də iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl

10.11.2026 194
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

10.11.2026 210
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 225
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10.11.2026 233
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 224
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 168
.