Atası gitarasını sındırdı, küçədə balıq satdı...

Atası gitarasını sındırdı, küçədə balıq satdı...Bu gün Xalq artisti Yalçın Rzazadənin anım günüdür.

BiG.AZ Kulis.az-a istinadən bu münasibətlə sənətçi haqda maraqlı faktları təqdim edir.

Yalçın Rzazadə 1946-cı ildə Lənkəranda ziyalı ailəsindən anadan olub.

İstedadı hələ uşaq yaşlarından üzə çıxsa da, atasının sərt xasiyyəti onun müğənni olmaq arzusunun qarşısını kəsir. Anası atasının əksinə balaca Yalçına mahnılar, rəsm çəkmək öyrədir. Yalçın anasının da dəstəyi ilə qonşuluqda yaşayan rus zabitin gitaraçı həyat yoldaşından dərslər almağa başlayır. Bir müddət sonra Yalçına gitara alınır. Amma atası onun müğənni olmasını istəmədiyi üçün gitarasını sındırır. Növbəti gitara alınır Yalçına, ancaq bu dəfə də gitarasını atasının qəzəbindən xilas edə bilmir. Nə atasının qəzəbi bitir, nə Yalçının musiqi sevdası. Anası ona üçüncü gitaranı alır və atası görməsin deyə o gitaranı gizlədir.

Atası katib olsa da, uşaqlığı çox çətinlik və ehtiyac içində keçib. Uşaqlığı müharibədən sonrakı illərə təsadüf etdiyi üçün ölkədə olan yemək, çörək qıtlığı onların ailəsindən də yan keçmir. Yay tətillərində məhəllədə futbol oynayan uşaqlara qoşula bilmir. Uşaqlar futbol oynayanda kiçik Yalçın yeşik mıxlayar, bunun əvəzində pomidor, xiyar götürüb evə gələrmiş.

Yalçın Rzazadə uşaqlıq illərini xatırlayarkən deyir: "Balıqçılar dənizdən çıxanda qayığı çıxarmağa kömək edərdim, mənə balıq verərdilər. Gətirib, o balığın bir neçəsini satar, bir-ikisini evə gətirərdim."

1963-cü ildə atasından xəbərsiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olur.

1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olur. 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə Xalq artisti adına layiq görülür.

Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor assistenti kimi işə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.

Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı oldu.

Dövrün ən məşhur müğənnilərindən birinə çevrilir. Dövrün ən böyük bəstəkarları ilə çalışır. "Dədə Qorqud", "Gün keçdi", "Qaynana", "Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqisinə həyat verib.

O, "Od içində" filmində Əmir bəy rolunu ifa edib. Ancaq bu sənətkarın aktyor kimi ilk və son işi olub. Ondan sonra bir çox filmlərə dəvət alsa da, qastrollarının, konsertlərinin çox olması səbəbindən dəvətləri qəbul edə bilməyib.

20 yaşında ailə həyatı qurub. Bu evlilikdən üç oğlu dünyaya gəlib. Oğlu Mətin Rzazadə onun yolunu davam etdirir.

O da atası kimi oğlunun müğənni olmasına razılıq verməyib. Oğlu müsahibələrinin birində deyir: "Yalçın müəllim bu sənətin çətinliklərini bilirdi və öz təcrübəsindən bunu görmüşdü. Görünür, məni qorumaq istəyirdi, istəmirdi ki, bu sənətə gəlim. Ona görə, atamdan gizlin musiqi məktəbinə daxil oldum. O, məni bir il öz sinfinə qəbul etmədi. Amma sonradan mənim bu sənətə can atmağımı, istedadımı görüb razılıq verdi, sinfinə qəbul etdi."

Kommunist Partiyasına üzv olmayıb. Bu səbəbdən sovet dövründə onu bir neçə dəfə efirə buraxmayıblar.

Kiçik qardaşı Rusiyada öldürülüb. Bu ağır xəbəri alan sənətkar 3 gün qapını bağlayıb, evdən çıxmayıb.

Kitablarla dost olub. Cek London, Fenimor Kuper kimi yazıçıları sevib. Cabir Novruzla dostluq edib.

Yalçın Rzazadə həm də idmançı idi. O, karate üzrə iki dəfə çempion olub. İdman həyatı ilə bağlı "Oğlaq bürcü" adlı filmə çəkilib.

Azərbaycanda ilk motosiklet sürən adamlardan biri də Yalçın Rzazadədir. Qəza keçirib ayağını sındırandan sonra motosikletlə vidalaşıb.

Təbiətcə sərt olan sənətkar bir neçə dəfə əlbəyaxa davaya düşüb. Müsahibələrinin birində deyir: "Bir dəfə də AzTV-yə konsertə gedirdim. Yağış yağmışdı, yol yaş idi. Avtomobilimin pəncərəsini açmışdım ki, şüşə tərləməsin. Bir bahalı maşında iki nəfər gəldi, yanımdan keçdi, suyu üstümə sıçratdılar. Mən yaxşı maşın sürürəm, hətta deyərdim, ustadam. Maşını sürdüm, arxalarınca. Gəldim, maşını onların avtomobilinin qabağına verib saxladım. Ona iradımı bildirdim, o da əli ilə mənə "get burdan" dedi. Artıq mən buna dözə bilməzdim, onun əllə elə davranışı mənə pis təsir etdi. Getdim üstünə, o da qapını açırdı ki, düşsün. Mən özümü yetirdim, qapını açdım, başını da qoydum qapının arasına. Vurdum, sürüşdü yerə düşdü."

Maşın həvəskarı olub. Xarici ölkələrə gedəndə ordan oyuncaq maşınlar alar, kolleksiya toplayardı.

Son illər səhhətində ciddi problemlər yaranan Yalçın Rzazadə 2021-ci il fevralın 22-də vəfat edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1238   Tarix: 22 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcüstan Prezidenti COP31-də iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl

10.11.2026 194
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

10.11.2026 210
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 225
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10.11.2026 233
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 224
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 168
.