Bıçaqlanan ana: "Oğlumu bağışlamışam, onu həbsdən azad edin"
Valideynləri tərəfindən evdən qovulduğu üçün onları bıçaqlayan şəxsin məhkəmə prosesi yekunlaşıb.
"Kriminalqafqaz"ın məlumatına görə, hadisə ötən ilin yayında Bakıda baş verib. Fəqan Mustafayev anası ilə mübahisə etdikdən sonra onu sifətindən itələyib. Bunu görən atası Oktay Fəqandan polisə şikayət edib. Polislər onu bölməyə çağırıb izahatını alıblar. Daha sonra evə gələn Fəqan valideynlərinin ondan şikayət etməsindən hiddətlənərək yenidən mübahisə etməyə başlayıb. Mətbəx bıçağı ilə atasına xəsarət yetirib. Anası Nailə Mustafayeva ona mane olmağa çalışarkən Fəqan anasını da bıçaqlayıb. O, anasının baş və bədən nahiyəsindən vurub. Bundan sonra valideynlərini qonşuların köməyi ilə xəstəxanaya çatdırıb. Xoşbəxtlikdən Oktay Mustafayev və Nailə Mustafayevanın həyatını xilas etmək mümkün olub. Fəqan Mustafayev tutularaq istintaqa cəlb olunub.
F.Mustafayev məhkəmədə deyib ki, valideynlərinin onu evdən qovması çox pis təsir edib:
"Ona görə də anamı itələdim. Atam bunu görüb "102"ə şikayət etdi. Bir neçə dəqiqədən sonra polis əməkdaşı mənə zəng edərək 27-ci bölməyə çağırdı. Gedib izahat verib, evə qayıtdım. Valideynlərimə şikayət etmələrinə görə irad bildirdim. Atam yenidən şikayət edəcəyini dedi. Mən də əsəbiləşib onu bıçaqla vurdum. Anam aramıza girib əl-qol atdı. Valideynlərimin məni tutdurmaq istəməkləri bütün əsəblərimi pozdu. Özüm də bilmədən anamı bıçaqladım. Hadisə bir anda baş verdi. Törətdiyim əməldən çox peşmanam. Hərəkətimə görə utanıram və valideynlərimdən üzr istəyirəm".
Məhkəmədə dindirilən Nailə Mustafayeva Fəqanın fiziki məhdudiyyətli olduğunu və onun işləməməsi səbəbindən mübahisə yarandığını deyib:
"Mübahisə zamanı Fəqana qarşı çox aqressiv davrandım. Hirslənərək onu evdən qovdum. Bu da Fəqanı özündən çıxardı. Onun məni üzümdən itələməsinə görə ərim Fəqandan şikayət etdi. Fəqan polisə gedib izahat verdikdən sonra əsəbi halda evə qayıtdı. Bu dəfə də ərimlə birlikdə Fəqanın üstünə qışqıraraq evi tərk etməsini tələb etdim. O, anidən bıçaq götürərək, "əl çəkin məndən, bezdirməyin, yoxsa pis olacaq" dedi. Lakin mən və ərim Fəqanın sözlərinə məhəl qoymadıq, daha da aqressiv davrandıq. Hətta ərim Fəqanın üzərinə cumaraq vurmaq istədi. Bu vaxt Fəqan Oktayı bıçaqladı. Gözlərimə inanmadım və Fəqanın üstünə cumdum. Anidən məni də bıçaqladı. Bir də xəstəxanada ayıldım. Bir ana kimi oğlumun xəstə olduğunu bilə-bilə ona qarşı çox haqsızlıq və kobudluq etdim. Fəqanın tutulması mənə çox pis təsir etdi. Bir ana kimi özümü bağışlaya bilmirəm. Oğlumla barışmışam, həbsdən azad edilməsini istəyirəm".
Qeyd edək ki, Fəqan Mustafayev Cinayət Məcəlləsinin 126-cı maddəsinin (qəsdən sağlamlığa ağır zərər vurma) iki bəndi ilə təqsirli bilinib. Lakin məhkəmə F.Mustafayevin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ana-oğul münasibətlərini, anası ilə barışmasını, əməlindən peşman olmasını, ağır xəstəlikdən əziyyət çəkməsini, cinayəti törətdikdən sonra anasını xəstəxanaya çatdırmaqda kömək etməsini nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiya müddətindən aşağı cəza təyin edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Mustafayev 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1299 Tarix: 22 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstan Prezidenti COP31-də iştirak edəcək
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl
10.11.2026 194 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa
10.11.2026 151 Aktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
10.11.2026 408 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 140 Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd
10.11.2026 210 Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı
İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi
10.11.2026 225 "Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu
"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma
10.11.2026 233 Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
10.11.2026 224 "Eşref"in ən sadiq əməkdaşı olacaq
"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"
10.11.2026 168