Nizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTO
Fevralın 21-də Diasporla İş üzrə Dövlət Komitəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin seçilmiş əsərlərinin rus dilində nəşr olunan "Haqq" ("Истина") adlı toplusunun təqdimatı keçirilib.
BiG.AZ xəbər verir ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan "Sirlər xəzinəsi" poeması və müxtəlif şeirləri, qəzəlləri yer alıb.
Kitab Prezident İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi ili" elan etdiyi sərəncamla başlayır. Daha sonra dahi şairin həyatı haqqında maraqlı məlumatlar, onun incəsənətdə təcəssümü barədə yazılar təqdim olunur.
Yazılar Nizaminin rəsmləri ilə növbələşir. Əsas hissədə seçilmiş əsərlər şairin daxili dünyasını əks etdirir.
Kitabın sonunda Gəncə muzeyindən əldə olunmuş fotoşəkillər verilib.
Qeyd edək ki, təqdim olunan fotomateriallar kitabda ilk dəfə nəşr olunur.
Kitabın tərtibçiləri sənətşünaslıq üzrə fəlsəfə doktorları Aytən İbrahimova və Sevda Məmmədova, məsul redaktorları Fidan Ağayeva, Şəfəq Hacıyeva və Natəvan Fərzəliyevadır. Kitab Feyzi Ağayevin maddi dəstəyi ilə Rusiyanın Sankt-Peterburq şəhərində nəşr olunub.
Təqdimat mərasimində çıxış edən Feyzi Ağayev bildirib ki, harada yaşamalarından asılı olmayaraq, bir azərbaycanlı kimi əsas vəzifə dilimizi, tariximizi, ədəbiyyatımızı təbliğ etmək və tanıtdırmaqdır.
Qırx beş ildən çoxdur Rusiyanın Sankt-Peterburq şəhərində yaşadığını deyən F.Ağayev diqqətə çatdırıb ki, dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır və ölkədən xaricdəki azərbaycanlılar, xüsusilə gənclər çox fəal olmalı, diaspor təşkilatları ilə sıx işləməlidirlər.
Nizami Gəncəvinin seçilmiş əsərlərinin nəşrindən əvvəl Azərbaycanın bir sıra görkəmli yazıçılarının və şairlərinin əsərlərinin də onun tərəfindən çap olunduğunu vurğulayan naşir bildirib ki, Nizami Gəncəvinin seçilmiş əsərlərinin yer aldığı kitab Sankt-Peterburqda kitabxanalara paylanıb. Diqqətə çatdırılıb ki, bu kitabın Rusiyanın digər şəhərlərinin kitabxanalarına da verilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, ədib və mütəfəkkirlərimizin dünyada tanıdılması üçün onların əsərlərinin xarici dillərdə nəşr olunması çox vacibdir.
Qeyd edək ki, Feyzi Ağayev bundan əvvəl İmadəddin Nəsimi, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin əsərlərini rus dilində nəşr etdirib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova, Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov və digərləri Azərbaycan mədəniyyətinin, incəsənətinin dünyaya tanıdılmasının əhəmiyyətindən danışaraq, diaspor təşkilatlarının fəallığının artırılmasının vacibliyini vurğulayıblar.








Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1285 Tarix: 21 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
10.11.2026 281 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
10.11.2026 209 Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl
10.11.2026 194 Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses
10.11.2026 210 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 162 Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?
ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua
10.11.2026 188 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi
Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy
10.11.2026 210 Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 194 Yaşadığı evdən meyiti tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd
10.11.2026 155