Arvadının pozğun olduğunu dedi, gecə yataq otağına gəldi və... - DƏHŞƏTLİ OLAY

Arvadının pozğun olduğunu dedi, gecə yataq otağına gəldi və... - DƏHŞƏTLİ OLAYGəncə şəhərində 1982-ci il təvəllüdlü Camal ailə münaqişəsi zəminində keçmiş arvadı Cəmaləni (adlar şərti verilib - red.) yandırmağa cəhd edib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Camal Kəpəz rayon Məhkəməsinin 3 iyun 2015-ci il tarixli qətnaməsi əsasında rəsmi nikah münasibətlərinə xitam verilmiş Cəmalənin işlədiyi Mingəçevir şəhər mərkəzi xəstəxanasında əxlaqsızlıqla məşğul olmasından şübhələnib. O, Cəmaləni qısqanclıq zəminində öldürmək qərarına gəlib.

Nyyətini həyata keçirmək üçün o, içərisində benzin olan plastik qabı, eləcə də ov bıçağını götürərək 2020-ci ilin aprelin 2-dən 3-ə keçən gecə saat 1 radələrində sərxoş vəziyyətdə Cəmalənin yaşadığı evə yollanıb. Darvazanın bağlı olduğunu görüb, hasardan atlanaraq yaşayış evinin ikinci mərtəbəsinə qalxıb. Evin giriş qapısının şüşələrini sındırıb, Cəmalənin yatdığı otağa daxil olub. Onu yandırmaqla öldürəcəyi ilə hədələyib.

Daha sonra Cəmalənin üzərinə özü ilə gətirdiyi benzini töküb, əlində olan alışqanla yandırmaq istəyib. Onların yuxudan oyanan yetkinlik yaşına çatmış qızları atalarına mane olub. Otağa gələn Cəmalənin anası Leyla da bu əməlin qarşısını almaq istəyib.

Camal alışqanı yandıran zamanı Leyla onun əlindən almağa çalışıb. Yanılı vəziyyətdə olan alışqan yatağa düşüb və yorğan-döşək alışıb.

İstintaq orqanı tərəfindən Camalın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

"Spirtli içki və narkotik aludəçisi olduğumu deyərək..."

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal bildirib ki, Cəmalə onun həyat yoldaşı olub: "2000-ci ildə rəsmi ailə həyatı qurmuşuq. Birgə nikahdan 3 övladımız olub. Cəmalə ilə əvvəllər münasibətlərimiz yaxşı olsa da, bir müddət sonra mənim spirtli içki və narkotik aludəçisi olmağımı əsas gətirərək mübahisələr etməyə başladı. Münasibətlərimiz pisləşdi.

Cəmalə boşanmaq üçün rəsmi qaydada məhkəməyə müraciət etdikdən sonra 2014-cü ildə nikaha xitam verildi. Məhkəmənin qərarı ilə uşaqlar onun himayəsində qaldı. Sonrakı dövrdə barışaraq Cəmalə ilə bir yerdə yaşamaq üçün cəhdlər etdim. O isə mənim spirtli içki və narkotik aludəçisi olduğumu bəhanə gətirərək barışmaq istəmədiyini, içkidən və narkotikdən uzaqlaşacağım təqdirdə barışacağını dedi. Bir neçə dəfə onu öldürməklə qorxudaraq barışmaq istəmişəm. Lakin nəticə əldə edə bilməmişəm".

"Qərara gəldim qorxudum, bəlkə barışar"

Camalın sözlərinə görə, hadisədən bir gün əvvəl keçmiş arvadına zəng edib, içkini atdığını deyib: "Barışmağımızı xahiş etdim. Amma qəti olaraq buna etiraz etdi. Aprelin 2-də saat təxminən 22 radələrində Cəmalənin sözündən təsirlənərək əsəbiləşdim. Yaşadığım evdə təkbaşına xatırlamadığım miqdarda araq içdım, sərxoş oldum. Cəmalənin dediyi söz yadıma düşdü.

Qərara gəldim Cəmalənin yaşadığı evə gedim, onu qorxudum ki, bəlkə mənimlə barışar. Buna görə evdən çıxanda özümlə 5 litrlik boş su qabını və idarə etdiyim "Kamaz" markalı maşından pəncərəsinə qoyduğum bıçağı götürdüm. Dəqiq yadımda qalmayan yanacaqdoldurma məntəqəsinə getdim, oradan benzin aldım. Taksi ilə Cəmalənin yaşadığı evə gəldim.

Bıçağı götürməkdə məqsədim Cəmalənin yaşadığı evin qapısı bağlı olduğu təqdirdə bıçağı qapının arasına salıb, güc tətbiq etməklə sındırmaq olub. Gecə vaxtı olduğundan qapının bağlı olacağını düşündüm".

"Qızım və qaqynanam mane oldular"

Təqsirləndirilən şəxs qeyd edib ki, qapı bağlı olduğu üçün bıçaqdan istifadə edib, güc tətbiq etsə də, qapını aça bilməyib: "Bu səbəbdən yan tərəfdə olan evin darvazasının üzərindən keçdim, Cəmalənin yaşadığı evin məhəlləsinə düşdüm. Evin ikinci mərtəbəsinə qalxdım. Giriş qapısı bağlı olduğundan bıçaqla da qapını aça bilməyəcəyimi düşündüm.

Zərbə ilə qapıya vuran kimi qapı açıldı. Qapının üzərində olan şüşə sınaraq yerə töküldü. Əlimdə olan su qabındakı benzinlə birgə evin içərisinə daxil oldum. Cəmalənin yatdığı yataq otağına girdim.

Bu zaman Cəmalə səs-küyə oyandı. Yataqdan qalxaraq mənə tərəf gələndə onun dediyi sözlərə görə qorxutmaq üçün əlimdə olan su qabındakı benzinin hamısını üzərinə tökdüm. Cibimdən alışqanı çıxardım ki, Cəmaləni qorxudum və mənimlə barışaraq əvvəlki kimi birlikdə yaşayaq.

Alışqanı çıxararaq onu qorxutmaq istəyən zaman qızım və qaynanam Cəmaləni alışqanla yandıracağımı düşündü. Onlar mənə tərəf gəldi, buna mane oldular".

"Artıq onu qorxutmuşdum..."

Camal deyib ki, Cəmalə qışqıraraq səs-küy salmağa başlayıb: "Səs-küyə camaatın toplaşa biləcəyindən ehtiyatlandım, artıq onu qorxutduğumu düşündüm və otaqdan çıxdım. Bu vaxt şalvarımın kəmər hissəsinə qoyduğum bıçaq yerə düşdü.

Evdən çıxaraq məhəlləyə gəldim. Darvazanı arxa hissədən açdım, küçəyə çıxaraq yaşadığım evə getdim. Həmin vaxtdan iki-üç gün sonra məni polis idarəsinə çağırdılar. Polis idarəsində olan zaman Cəmalənin şikayət etdiyini bildim".

"Öldürmək üçün imkanlarım olub"

Camal ifadəsində göstərib ki, hadisədən əvvəlki vaxtlarda uşaqlarını görmək üçün Cəmalənin yaşadığı evə gedib: "Həmçinin barışmaq üçün öz yaxın qohumlarımı da onun yaşadığı evə göndərmişəm. Qohumlarımla birlikdə də onlara getmişəm.

Cəmalənin üzərinə benzin tökdükdən sonra cibimdəki alışqanı çıxaranda sadəcə onu qorxutmaq istəmişəm. Cəmaləni yandıraraq öldürmək niyyətim olmayıb.

Həmin vaxt nə alışqanı yandırmışam, nə də ki yandırmağa cəhd göstərmişəm. Halbuki Cəmaləni yandırıb öldürmək üçün imkanlarım olub. Bunu etməmişəm".

"Aliment pulunu ödəməkdən boyun qaçırdı"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Cəmalənin sözlərinə görə, Camalla birgə nikahdan iki qızı, bir oğlu olub: "Sonradan ərim tüfeyli həyat tərzi keçirməyə, spirti içkilər qəbul etməyə və narkotik istifadə etməyə başladığı üçün münasibətlərimiz korlandı. Camal dəfələrlə sərxoş və narkotikin təsiri altında evə gələrək mübahisələr yaradır, məni döyür və ayrılacağımız halda öldürəcəyini söyləyirdi.

Əvvəlki vaxtlar bu barədə heç kimə heç nə deməsəm də, sonradan Camalın hər gün gələrək məni döyüb, söydüyünə dözmədim. Bu səbəbdən boşanmağı qərara aldım. 2014-cü ildə nikahımıza məhkəmə tərəfindən müvafiq qaydada xitam verildi.

Camalla boşandıqdan sonra məhkəmənin qərarı əsasında övladlarım himayəmə verildi. Camalın üzərinə məhkəmə tərəfindən uşaqları üçün aliment öhdəliyi qoyuldu.

Camal uşaqların aliment pulunu ödəməkdən boyun qaçırmağa başladı".

"İmkan düşən kimi öldürəcəyini bildirirdi"

Cəmalə deyib ki, həyat yoldaşı boşandıqdan sonra daha da içki içməyə, narkotik qəbul etməyə qurşanıb və qumar oynamağa meyillənib: "Ayrılmağımıza baxmayaraq keçmiş ərim məndən əl çəkmədi, rahat yaşamağa imkan vermədi, tez-tez telefonla zəng etdi, məni söyüb təhqir edərək hədələdi. Yaxud sərxoş vəziyyətdə yaşadığımız evə gəldi, orada dava-dalaş salaraq məni pozğunluqda günahlandırdı, öldürəcəyinə and içirdi.

Camal iş yerimdə pozğunluqla məşğul olaraq müxtəlif şəxslərlə əlaqəmin olduğunu deyir, işdən çıxmağımı tələb edirdi.

Bir yandan məni pozğunluqda günahlandırır, digər tərəfdən barışmağa məcbur edirdi. Barışmayacağımı dedikdə məni ölümlə hədələyir, imkan düşən kimi öldürəcəyini bildirirdi".

"Sonuncu dəfə gecə..."

Cəmalənin ifadəsinə görə, sonuncu dəfə aprelin 2-də gecə saatlarında Camal ona zəng edib: "Məni bir daha pozğunluqla məşğul olmaqda günahlandıraraq, öldürəcəyi ilə hədələdi. Lakin onun dediklərinə məhəl qoymadım, həmişəki kimi danışdığını fikirləşdim. Danışığından sərxoş olduğunu və ya narkotikdən istifadə etdiyini başa düşdüm. Buna baxmayaraq həmişə olduğu kimi yatdıq.

Gecə saat təxminən 1 radələrində övladlarım Ləman, Aysel, Murad və anam evin ikinci mərtəbəsində, atam isə birinci mərtəbədə yatan zaman olduğumuz mərtəbənin giriş qapısının şüşəsinin qəfil sındırılması səsini eşitdik. Tez yuxudan oyandıq. Camalın gəldiyini gördüm.

Camal qapını qıraraq yatdıqları otağa daxil oldu. Yatdığımız otağın işığı sönülü olsa da, bayır qapının üstündən asılmış lampa yanılı olduğundan içəri işıq düşdüyü üçün otaqda hər şey aydın görünürdü. Camal ünvanıma söyüş söyə-söyə mənə yaxınlaşdı. Onun bir əlində içərisində maye olan 5 litrlik plastik qab, digər əlində isə alışqan vardı.

Yatdığım çarpayıdan ayağa qalxaraq övladım Ləmanın üzərinə benzin tökülməsin deyə yerə düşdüm. Camal mənə yaxınlaşdı, əlində olan plastik qabın ağzını açaraq içindəki mayeni üzərimə tökdü. Qışqıraraq təkrar-təkrar "səni yandırıb öldürəcəm" dedi. Həmin vaxt qorxumdan yerimdə donub qalmışdım.".

"Əlində bıçaq gördüm"

Cəmalənin bildirdiyinə görə, özünü itirib, qışqırmağa, Camala yalvarmağa başlayıb: "Əllərimlə Camalın qollarından tutaraq müqavimət göstərdim. Eyni zamanda tək gücümün çatmadığını gördüm, çarpayının altında gizlənmək istədim.

Camal bir əli ilə ayağımdan tutdu, çarpayının altından çıxarmağa çalışdı, digər əlində olan alışqanla da məni yandırmaq üçün alışqanı çaxdı. Qızım Ləman müdaxilə etdiyinə görə alışqan yanmadı. Ləman cəld əl ataraq Camalın əlində olan alışqanın baş hissəsindən tutdu, ona alışqanı yandırmağa imkan vermədi.

Bu zaman otaqdan qaçmaq istədim. Camal Ləmanı əli ilə kənara itələdi, mənim saçımdan tutaraq dartdı. Yenə iki qızım və anam Camala mane oldular".

"Mənə yaxınlaşdığını hiss etdim"

Cəmalə deyib ki, əlində bıçaq ola-ola Camal ailə üzvlərinin əlindən çıxmağa çalışıb, ona doğru gəlib: "Araya girən övladlarım və anmın üzərindən bir neçə dəfə bıçaqla məni vurmaq istədi. Lakin arxaya tərəf getdiyim və anamla uşaqlarım Camalın qollarından tutduqları üçün bıçaq mənə dəymədi.

Ani olaraq şərait yarandığını gördüm, qapıya tərəf qaçdım. Pilləkənlərlə evin birinci mərtəbəsinə qaçdım, hamama girib, qapını bağladım. Oğlum atama xəbər verdiyi üçün yuxudan oyandı.

Bundan sonra atam bizim olduğumuz olan yerə gəldi. Camalın qışqırıq səslərindən və səsin mənə yaxın olmasından hiss etdim ki, arxamca gəlir. O, həyətdə uca səslə ünvanıma söyüşlər söydü, məni öldürəcəyini dedi. Bayıra çıxmağımı tələb etdi. Atam Camalın cavabını verdi, o da atamı söyüşlərlə təhqir etdi. Atamın polis çağıracağını dediyini eşitdim, Camalın qaçaraq getdiyimi bildim".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Camal 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1264   Tarix: 20 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycana hücum etməmişik" - İran XİN-in sözçüsü

Azərbaycan, Türkiyə və Kiprlə bağlı məsələyə gəldikdə, Silahlı Qüvvələrin Baş Qərargahı açıq və rəsmi şəkildə bildirib ki, belə buraxılışlar İran ərazisindən və ya bizim hərbi qüvvələrimiz tərəfindən həyata keçirilməyib. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib

09.03.2026 211
.

Naxçıvana ilk reyslə gələn sərnişin: "Sevincimizin həddi-hüdudu yoxdur"

"Bu gün Naxçıvana uçuş edən zaman eşitdik ki, artıq reyslərimiz ənənəvi qaydada bərpa olunub. Sevincimizin həddi-hüdudu yoxdur. Prezidentimizə, Naxçıvana və naxçıvanlılara göstərdiyi diqqətə, qayğıya görə sonsuz minnətdarlığımızı bildiririk. İnşallah xalqımız bir də belə hadisələrlə rastlaşmaz"

09.03.2026 232
.

JIVA-nın "Avroviziya 2026" üçün mahnısı təqdim olundu

Azərbaycanı "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın "Just Go" adlı mahnısı və onun rəsmi musiqi videosu ictimaiyyətə təqdim olunub. xəbər verir ki, "Just Go" - sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnı münasibətlərd

09.03.2026 176
.

Avropa Komissiyasının sədrinə ağır ittiham

Avropa hökumətləri Avropa Komissiyasının sədri Ursula von der Layeni ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günlərində öz səlahiyyətlərini aşmaqda ittiham edib. xəbər verir ki, bu barədə "Politico" nəşri doqquz diplomat, Aİ rəsmisi və deputata istinadən yazır. Bir neçə hökumə

09.03.2026 171
.

Almaniya XİN: "Azərbaycanla həmrəyik"

Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib. Tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qloba

09.03.2026 168
.

İdeal həyat yoldaşı varmı? - Qadın ərindən nə qədər müddət ayrı qalanda darıxmalıdır?

Bəzi qadınlar etiraf edirlər ki, ərindən ayrıldıqdan cəmi bir neçə saat sonra onu darıxmağa başlayırlar. Digərləri isə bütün günü tək keçirə və heç bir narahatlıq hiss etməyə bilirlər. xəbər verir ki, bu məsələdə dəqiq norma yoxdur hər insan üçün fərqli ola bilər. Bununla belə, müəyyən maraqlı qanunauyğunluqla

09.03.2026 174
.

MN: İrandan buraxılan ballistik raket Türkiyənin hava məkanında NATO tərəfindən zərərsizləşdirilib

"İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib". APA xəbər verir ki, bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb. "Sursatı

09.03.2026 307
.

Qətərdə saxta məlumat yayan 300-dən çox şəxs həbs edilib

Qətər Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə ölkədəki cari vəziyyətlə bağlı "yanıldıcı" video çəkib yayımlayan və yalan məlumatlar paylaşan 313 nəfəri həbs edib. xəbər verir ki, Qətər DİN bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb. Qeyd olunub ki, həbs olunanlar

09.03.2026 165
.

"Hizbullah" İranın yeni ali liderinə sadiqliyini bəyan etdi

Livanın "Hizbullah" hərəkatı Müctəba Xameneinin İranın ali lideri seçilməsini alqışlayıb və İranla ortaq yoluna sadiq qaldığını bəyan edib. xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında yayımlanan bəyanatda bildirilir. "ABŞ və İsrailin cinayətkar təcavüzünə baxmayaraq

09.03.2026 125
.

TOP MP3