Qızına 400 minlik toy etdi, işdən çıxarıldı, amma... - Qüdrət Şükürov nə iş görür?
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürov vəzifəsini itirsə də, bu sahədə fəaliyyətini davam etdirir.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Qüdrət Şükürovun lift sahəsi üzrə ixtisaslaşmış şirkəti var. Həmin şirkətin adı "Lifttexmontaj" MMC-dir.
Araşdırmalarımız zamanı məlum olub ki, "Lifttexmontaj" MMC 3 mart 2010-cu ildə təsis edilib. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Bəhruz Nuriyev küçəsi, ev 55, mənzil 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Şükürov Namiq Balaməmməd oğludur.
Namiq Şükürov Qüdrət Şükürovun qardaşıdır. Görünür, şirkət yaradılanda Qüdrət Şükürov vəzifədə olduğu üçün MMC-nin qanuni təmsilçisi kimi qardaşının adını qeyd edib.
"Lifttexmontaj" MMC-nin adı dövlət satınalmalarında da keçir. Məlum olur ki, şirkət 2019-2020-ci illərdə ümumi maliyyə dəyəri 201 828 AZN təşkil edən 3 satınalma müsabiqəsinin qalibi olub. Müqavilələr Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsi, "1 saylı Bakı DOST Mərkəzi" Publik Hüquqi Şəxsi və Lənkəran Şəhər İcra Hakimiyyəti ilə bağlanıb.
Qüdrət Şükürov 2018-ci ildə tutduğu vəzifədən azad edilib. Onun işdən çıxarılmasının səbəbi kimi qızına dəbdəbəli toy etməsi göstərilir. Həmin vaxt yayılan məlumatlarda bildirilir ki, Qüdrət Şükürovun qızın toy xərci 400 min manat təşkil edib. İctimai müzakirələrə səbəb olan bu hadisə sonda Qüdrət Şükürovun işdən çıxarılması ilə nəticələnib.
O, vəzifəsini itirəndən sonra "Lifttəmir" İstehsalat Birliyindəki mənimsəmələrlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Ayrıca Qüdrət Şükürova qarşı da Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb.
"Lifttəmir" İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən "Baklift-1" və "Baklift-2"nin rəhbərləri həbs edilib. Qüdrət Şükürov barəsindəki cinayət işinin nəticəsi barədə isə hər hansı məlumata rast gəlinmir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2786 Tarix: 19 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifi qəbul edib - YENİLƏNİB+FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Məryəm Nəvaz Şərif atasının - Məhəmməd Nəvaz Şərifin və Pakistan İsla
11:48 151 İlham Əliyev Oljas Süleymenovu 90 illik yubileyi münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenova təbrik məktubu ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, mətndə deyilir:. "Hörmətli Oljas Süleymenov!. Sizi - müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyini
14:22 63 NYT: ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Trampın administrasiyası diplomatik səylər danışıqlarda irəliləyişə səbəb olmayacağı halda, İrana hərbi zərbələrin bərpa olunması ssenariləri üzərində işləyir. "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) amerikalı rəsmilərə istinadən məluma
12:20 104 İlham Əliyev Kasım-Jomart Tokayevi doğum günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına dai
11:30 112 WUF14 Mexikoda keçiriləcək
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 14-cü Sessiyası (WUF14) Mexikoda keçiriləcək. "Report"un məlumatına görə, bunu Mexiko şəhərinin meri Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında çıxışı zamanı deyib
12:36 103 Tramp hələlik Tayvana 14 milyard dollarlıq silah tədarükünü təsdiqləməyib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin lideri Si Cinpinlə danışıqlardan sonra o hələ də Tayvanla 14 milyard dollar dəyərində silah müqaviləsinə razılıq verməyib. "Report" xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Hazırda mə
11:30 109 Laqut: Fransa dayanıqlı inkişaf layihələrinə 3,1 milyard avro yönəldib
Fransa Avropa Açıq Gündəliyinin məqsədlərinin irəlil aparılması üçün "UN-Habitat" ilə fəal əməkdaşlıq edərək əlçatan mənzil məsələlərinə və müxtəlif əməkdaşlıq formalarının inkişafına xüsusi diqqət yetirir. "Report" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Bakıd
14:04 85 Fatima Bintu Sirlif: Liberiya ölkə paytaxtındakı sıx məskunlaşmanı aradan qaldırmağa çalışır
Liberiyanın paytaxtı Monroviya şəhəri sıxlığa görə böhran həddindədir, hazırda hökumət bunu aradan qaldırmağa çalışır. "Report" xəbər verir ki, bunu Liberiyanın Yerli İdarəetmə Nazirliyində Şəhər işləri üzrə nazir müavini Fatima Bintu Sirlif Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyas
14:00 83 Məhəmməd Əli Şəfi: İran WUF13-də mənzil sahəsində öz təcrübələrini təqdim edəcək
İran Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mənzil tikintisi sahəsində beynəlxalq təcrübəni öyrənmək və şəhər böhranlarının idarə edilməsi sahəsindəki öz təcrübəsini bölüşmək niyyətindədir. Bu barədə "Report"a Tehran (İran) bələdiyyəsi sədrinin beynəlxal
11:20 116