Xalqın sevgi və rəğbətini qazanmış insan

Xalqın sevgi və rəğbətini qazanmış insanPrezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən, Mehriban Arif qızı Əliyevanın Birinci vitse-prezident təyin olunması cəmiyyətdə çox yüksək dəyərləndirildi. Bu təyinatın arxasında Mehriban xanım Əliyevanın dövlətçilik və xalqın mənafeyi naminə uzun illər boyu göstərdiyi səmərəli, məqsədyönlü fəaliyyət dayanırdı. Başqa sözlə, Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillər idi.
Mehriban xanım Əliyeva daxili dünyası – nəcibliyi, qeyrəti, ləyaqəti və torpağına, yurduna bağlılığı ilə fərqlənir. O, həm milli dəyərlərimizi tərənnüm etdirir, həm adətlərimizi, tariximizi yaşadır, həm də yenilik, müasirlik nümunəsidir. O, həm Azərbaycan qadınının layiqli obrazı – qeyrət simvolu, həm müasir və mütərəqqi düşüncəyə malik ictimai xadim, həm də humanizm, xeyriyyəçilik ənənələrini yaşadan müsbət obrazdır. Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi öz üzərinə düşən ictimai, siyasi, mədəni, humanitar və digər vəzifələri layiqincə yerinə yetirərək etalon yaradıb.
Bu gün Mehriban xanım Əliyeva Birinci vitse-prezident postunda vəzifə səlahiyyətlərini uğurla yerinə yetirməklə yanaşı, xeyirxah və müqəddəs missiyasını da davam etdirir. Humanizm Mehriban xanım Əliyevanın həyatından və fəaliyyətindən əsas istiqamətdir. O, yardıma ehtiyacı olanlara şəfqət, qayğı, diqqət və mərhəmət göstərir, kömək edir – dəstək verir, müsbət nümunə yaradır, ənənələrimizi yaşadır və gücləndirir.
Mehriban xanım Əliyeva həm insanpərvər, həm də vətənpərvər bir şəxsiyyətdir. Ona görə də daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində ölkəmiz "Eurovision-2012" mahnı müsabiqəsinə, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, digər mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bu, öz növbəsində, respublikamızın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi baxımından böyük önəm daşıyıb.
Mehriban xanım Əliyeva ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsinə həmişə xüsusi diqqət göstərib və bununla bağlı yüksək həssaslıq nümayiş etdirib. O, hər zaman Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşıb, onların sosial problemlərinin həllinə diqqət göstərib və ümumiyyətlə, cəmiyyətin nəzərini bu məsələlərə cəlb edib. Eyni zamanda, erməni işğalçıları ilə döyüşlərdə yaralanmış və əlil olmuş hərbçilərimizə və mülki şəxslərə maddi-mənəvi dəstək, onların müalicəsi və sağlamlığının bərpasına lazımi diqqət göstərilməsi də Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir. Bu gün Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə öz töhfəsini verir. Fond qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihənin həyata keçirilməsinə başlayıb.
Mehriban xanım Əliyevanın çoxşaxəli, uğurlu, səmərəli və nümunəvi fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Dünya miqyasında elm xadimləri, ziyalılar, ictimai-siyasi xadimlər, dövlət adamları və digərləri Azərbaycanın birinci xanımının tarixi missiya yerinə yetirdiyini, bəşəriyyətin bugünkü inkişafına və gələcəyinə layiqli töhfə verdiyini ifadə edirlər. Mehriban xanım Əliyevanın ən böyük mükafatı isə ona ölkəmizdə və beynəlxalq miqyasda milyonların rəğbəti - sevgisidir.

Təranə Zeynalova – BDU-nin professoru, tarix elmləri doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 19 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb

İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis

10.11.2026 200
.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

10.11.2026 152
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 216
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn

10.11.2026 219
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10.11.2026 204
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 224
.

Gürcüstan 91 əcnəbini deportasiya edib

Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var. Deportasiya edilən şəxslərin Gürcüstan

10.11.2026 221
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 209
.