Azərbaycanda icra başçısı və müavininin maşınları qəzaya düşdü, yaralılar var - FOTO
Beyləqan rayonunda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin xidməti avtomobili iki maşına dəydikdən sonra hasara çırpılaraq alışıb.
Hərəkətdə olan, 11-AA-055 dövlət nömrə nişanlı, "Nissan" markalı minik maşını öncə "VAZ-2107" markalı avtomobilə, sonra isə "Nissan Sunny" markalı maşına çırpılıb. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb.
11-AA-055 nömrəli avtomaşın Beyləqan Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Yeganə Məmmədovanın xidməti maşınıdır. Hadisə zamanı müavin xidməti maşınında olmasa da, onun sürücüsü və qardaşı olan Yaqub Məmmədov və Rayon İcra Hakimiyyəti başçısının xidməti sürücüsü avtomobildə olub.
Digər "Nissan" avtomobilinin də Beyləqan RİH-ə məxsus olduğu bildirilir.
Qəza zamanı xəsarət alanlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin sürücüsü Hüseynov Hüseynbala Əsgər oğlu və icra başçısının müavini Yeganə Məmmədovanın sürücüsü və qardaşı Məmmədov Yaqub Kərəm oğlu Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.
Hadisə şahidləri isə bildirib ki, hər iki sürücü qəza zamanı sərxoş halda olub, avtomobilləri şəhərin mərkəzi küçələrində yüksək sürətlə idarə edirmişlər.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1593 Tarix: 18 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAZƏRBAYCANDA MAAŞ KARTLARI İLƏ BAĞLI YENİ QAYDA - Vətəndaş nə qazanacaq?
Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni mexanizm maaş və pensiya kartları bazarında rəqabəti artırmağı, vətəndaşlara isə bank seçimi azadlığı verməyi hədəfləyir. Yeni qaydalara əsasən, insanlar əməkhaqqı və pensiyalarının istədikləri bank hesabına köçürülməsini seçə biləcəklər. Bu dəyişiklik bankla
00:22 99 Yeni tədris ilinin məktəbli formalarının QİYMƏTLƏRİ AÇIQLANDI
Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb. Bu barədə İqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, bütün model məktəbli formaları hazırdır:. "Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdə
00:17 89 Koreya yarımadasında sülh: Cənubi Koreya lideri KXDR-lə gərginliyi azaltmağın yollarından danışıb
Cənubi Koreya (Koreya Respublikası) lideri Li Çje Myon Koreya yarımadasının Yapon işğalından azad edilməsinin 81 illiyi ərəfəsində Şimali Koreya (KXDR) ilə sülh şəraitində birgə yaşamaq təklifini irəli sürüb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Dünyanın fərqli bölgələrindəki müharibələri
15.08.2026 143 Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur
15.08.2026 151 9 marşrutun hərəkəti dəyişdirildi
Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Axşam.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirili
15.08.2026 178 Kartdan-karta ianə köçürmələri dayandırılır? - AÇIQLAMA
Avqustun 1-dən etibarən kartdan-karta köçürmələrə tətbiq olunan yeni məhdudiyyətlər şəxsi bank kartları vasitəsilə həyata keçirilən yardım kampaniyalarının gələcəyi ilə bağlı suallar yaradıb. Belə ki, indiyədək müalicə xərcləri, təhsil və digər sosial ehtiyacların qarşılanması üçün vətəndaşlar əsasə
00:07 94 Azərbaycanda aqrar sahədə nəticəəsaslı subsidiyalaşdırma modelinə keçid təklif olunur
Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin səmərəliliyini artırmaq üçün subsidiya mexanizmlərinin yenidən nəzərdən keçirilməsi və nəticəəsaslı subsidiyalaşdırma modelinə mərhələli keçid imkanlarının araşdırılması təklif olunur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir
15.08.2026 145 Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
Azərbaycanda cari ilin ilk altı ayı ərzində nikah bağlandıqdan sonra 18 kişi həyat yoldaşının soyadını qəbul edib. xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşını
15.08.2026 171 "Amay"da qətlə yetirilən iş adamının FOTOLARI
İyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən "Amay" Ticarət Mərkəzinin dayanacaq hissəsində "Seaside estate" şirkətinin rəhbəri 1991-ci il təvəllüdlü Orxan Yusubov qətlə yetirilib. BİG.AZ -a istinadən xəbər verir ki, mərhumun qardaşı Elcan Yusubov hadisəni törətməkdə təqsirləndirilə
15.08.2026 336