Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər başqasıyla EVLƏNDİ - VİDEO

Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər başqasıyla EVLƏNDİ - VİDEO"Qızı mənə vermirlər. Bir evliliyin ki sonu düşmənçiliklə bitir, mən onu istəmirəm. Allah günahımdan keçsin, mən orada and içmişdim ki, qızı qaçırdacağam. Amma artıq qaçırmayacağımı qərara aldım. Çünki anası məni özünə düşmən bilir. Mənim düşmənim isə ancaq ermənidir. Başqa kiminləsə düşmən olmaq istəmirəm".

Bu sözləri müharibə zaman sevdiyi qızın anasına səslənən hərbçi Ayaz Orucov deyib. Bunu deməsinə səbəb isə sevdiyi qızı ona verməmələri olub.
Vətən Müharibəsi zamanı sevdiyi qızın anasına video müraciət edən hərbçi "qızı mənə verməsən onu qaçırdacam" demişdi:

"Mən bir qız istəyirdim. Həmin qıza elçi göndərdim və onu mənə vermədilər. İndi o qızın anasına səslənirəm. 30 il Ermənistana vaxt verdik ki, torpaqları qaytarsın. Onlar da qaytarmadı, amma sonra rəşadətli ordumuz aldı torpaqları. İndi mən nə qədər ki, hərbi xidmətdəyəm fikirləş. Yoxsa, qızına Paşinyan Qarabağa binoklla baxdığı kimi baxacaqsan".

Bu sözlərə də məhəl qoymayan qız anası yenə də inadından dönməyib və qızının A.Orucovla evlənməsinə izin verməyib.

Lent.az xəbər verir ki, həmin hərbçi başqa qızla evlənib. O, sosial şəbəkədə verdiyi açıqlamada bildirib ki, indi başqa bir xanımı qaçırdıb:

"Həmin qızla alınmadı. Allah böyükdür, bəlkə də belə məsləhətmiş. Allah o insanı da xoşbəxt etsin, bizi də. İndi mən qız qaçırtmışam. Qaçırtdığım qızın anasına da deyirəm ki, Paşinyan Qarabağa binoklla baxdığı kimi qızınıza elə baxmayacaqsınız. Ürəyiniz istədiyi vaxt görə bilərsiniz. Bütün şəhid analarının əllərindən öpürəm. Allah sizləri bizə çox görməsin".

Qeyd edək ki, A.Orucov müharibəyə könüllü olaraq gedib. Artıq onun qaçırtdığı qızla toy mərasimi də baş tutub.

Həmin toydan görüntüləri təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 12283   Tarix: 18 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?

"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs

14.08.2026 206
.

Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər

14.08.2026 188
.

Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT

"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur". xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətind

14.08.2026 190
.

Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind

14.08.2026 166
.

"Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?

Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma

14.08.2026 184
.

Ağdamda da yanğın başladı - Video

Ağdamda yanğın başlayıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Mərzili kəndi ərazisində qeydə alınıb. Hazırda yanğın minalı sahələrdə davam etdiyindən bu, yanğınsöndürənlərin alovun qarşısını almasını çətinləşdirir. Qeyd edək ki, Füzuli və Xocavənd rayonlarında da ötən gündən başlaya

14.08.2026 213
.

Lavrov Putinin ABŞ-dan gələn təkliflərlə bağlı mövqeyini açıqladı

Rusiya Ukrayna ilə bağlı ABŞ-la danışıqlardan imtina etmir və Prezident Vladimir Putin yenidən Amerika nümayəndələrini qəbul etməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov stenoqramı -nun ixtiyarında olan VGTRK telekanalına müsahibəsində deyib. "Stiven Vitkof

14.08.2026 206
.

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy

14.08.2026 224
.

Afaq bu dəfə Yunanıstana getdi - Fotolar

Aparıcı Afaq Gəncəli yay tətilinə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Yunanıstanı seçib. Afaq Mikonos adasında istirahət edir. O, gəzinti zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Aparıcı paylaşımına "Geyimi dəyərli edən onun sahib olduğu rəngdir" sözlərin

14.08.2026 324
.

TOP MP3