Kişi qadının ətəyindən meraca gedər

Kişi qadının ətəyindən meraca gedərBu dünyada hər kəs bir işlə məşğuldur. Bu dünyada biri elm dalıncadır, biri pul, biri də axirət. Lakin bir nəfər də vardır ki, çalışır ki, yemək hazırlasın, paltarları səliqəyə salsın, qulluq etsin və əvəzində heç bir şey istəmir. Nə onun bu xidmətləri kiminsə yadında qalır və nə də heç kəsdən muzd istəyir. Səssiz və sədasız iş görər, riyadan uzaqdır. Əgər bu deyilənlərə diqqətlə nəzər salsaq, görərik ki, bu fədakar insan - anadır. Hamının qəmini yeyər və hər kəsi düşünər.

Səhərdən axşama qədər evdə və evdən bayırda zəhmət çəkər ki, övladları və həyat yoldaşı rahat yaşasınlar. Evi təmiz, yeməkləri dadlı və söhbətləri şirindir anaların.

Bizlərin bir çoxu analarımızın qədrini bilmirik. Bəzən evə yorğun və ya əsəbi halda gələn zaman soyuq salam verir və bişirdiyi yeməklərə ağız büzürük. Çirkli paltarımızı otağın küncünə atırıq.

Gəlin analara xitab edək və deyək: "Anacan, bilirik ki, yorulmusan, bilirik ki, minlərlə kiçik və böyük işlər görmüsən, bilirik ki, ailənin bütün yükü üzərindədir, bilirik ki, bütün il boyu gecə və gündüz ancaq bizi düşünürsən, biz isə səni ancaq ilin bir günü - analar günü xatırlayırıq.

Ola bilsin ki, tək olan zaman çoxlu göz yaşı tökmüsən və düşünmüsən ki, bu qədər zəhməti nə üçün çəkmisən? Bir ömür həyatını ailənə qurban etmisən. Müstəhəblərdən uzaq olub, istədiyin ziyarətlərə gedə bilməmisən. Uzun zamandır ki, Allahla xəlvət edə bilməmisən.

Xoş olsun halınına ki, səhərdən axşama qədər ibadət etmisən. Uca Allah behişti sənin ayaqlarının altında qərar vermişdir. Mehriban Allah sizin bütün səy və çalışmanızı görür və heç bir insanın zəhmətini əcrsiz buraxmaz".

İmam Sadiq (ə) buyurur: "Ümmi Sələmə Peyğəmbərdən (s) qadının ərinə xidmət etməsi barəsində soruşanda, Həzrət (s) buyurur: "Hər bir qadın ərinin evində onu səliqəyə salmaq niyyətilə bir şeyi götürüb, başqa bir yerə qoysa Allah ona nəzər salar. Hər kimə Allah nəzər salar, ona əzab verməz".

Həzrət Peyğəmbər (s) buyurur: "Layiqli qadın iki inkişaf amilindən (ailə) biridir".

Rəhmətlik İmam (r) buyurur: "Kişi qadının ətəyindən meraca gedər".

Hamı yaxşı bilir ki, övladların müvəffəq olmasında anaların rolu böyükdür. Hər bir müvəffəq kişinin arxasında bir müvəffəq qadın dayanar.

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, kişi öz həyat yoldşına nəzər salar və xanımı da ona nəzər salar, Allah rəhmət baxışları ilə onlara nəzər salar".

Allah Təala hər bir halda qadınlara məhəbbət gözü ilə nəzər salar. Onun üçün təyin etdiyi hədəfdə ən çox savab və əcri nəzərə almışdır.

Həzrət Peyğəmbər (s) buyurur: "O qadın ki, yeddi gün ərinə xidmət edər, Allah cəhənnəmin yeddi qapısını onun üzünə bağlayar. Behiştin səkkiz qapısını üzünə açar ki, hansı qapıdan istəsə daxil olsun".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Elə bir qadın yoxdur ki, ərinə bir qurtum su içizdirsin, məgər o halda ki, bu əməl onun üçün gündüzləri oruc tutmaq və gecələri ibadətlə keçirtməkdən daha yaxşıdır".

Ona görə də ey analar və həyat yoldaşları! Öz zəhmətinizi hədər getmiş hesab etməyin. Bu zəhmətlərin savabını sizlərə Allah verəcəkdir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1545   Tarix: 18 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.