Azərbaycanda iki bacının faciəsi: 8 nəfərin eyni gündə öldüyü hadisənin təfərrüatı - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat edib.
"Qafqazinfo"nun məlumatına görə, baş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan da yolda qəzaya uğrayaraq dünyasını dəyişib.
Belə ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb.
Qəzanın baş verdiyi yerdən video:
Məlumata görə, ailə 6 ay öncə övlad sahibi olub. Onlar Sumqayıtda yaşayıblar.
Eyni gündə ailəsi ilə birgə həlak olan Əminə ilə Fidan üç bacı olublar.
Qusardakı hadisənin baş verməsinə gəlincə, ilkin ehtimallara görə, Şıxovlar ailəsinin evində qazla işləyən "ceyran peçi" olub. Ailə üzvləri yuxuda olarkən qaz sızması baş verib və məlum faciə ilə nəticələnib.
Fotoda dəm qazından ölən Rusif Şıxov və üç azyaşlı övladları
Səhər Rusifin atası zəng etsə də, telefona cavab verən olmayıb. Ailənin iki məktəbli üzvü də səhər saatlarında məktəbə getməli imiş. Baba zəngə cavab vermədikləri üçün narahat olub və evə gəlib. Qapını döysə də, heç kim açmayıb. Qısa müddət sonra isə məlum faciənin baş verdiyi aydınlaşıb.
Dəm qazı nəticəsində həlak olan ailə üzvlərinin dəfn mərasimi bu gün Qusarda baş tutacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4835 Tarix: 18 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur
15.08.2026 151 AZƏRBAYCANDA MAAŞ KARTLARI İLƏ BAĞLI YENİ QAYDA - Vətəndaş nə qazanacaq?
Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni mexanizm maaş və pensiya kartları bazarında rəqabəti artırmağı, vətəndaşlara isə bank seçimi azadlığı verməyi hədəfləyir. Yeni qaydalara əsasən, insanlar əməkhaqqı və pensiyalarının istədikləri bank hesabına köçürülməsini seçə biləcəklər. Bu dəyişiklik bankla
00:22 99 Kolumbiyada mədəndə partlayış: 6 nəfər həlak olub
Kolumbiyada mədəndə baş verən partlayış nəticəsində altı nəfər həyatını itirib, bir nəfər isə xilas ola bilib. xəbər verir ki, bu barədə Kundinamarca qubernatoru Xorxe Emilio Reyə istinadən "Blu Radio" radiostansiyası məlumat yayıb. Məlumata görə, Kundinamarka əyalətinin Kukunuba bölgəsindək
15.08.2026 104 Azərbaycanda aqrar sahədə nəticəəsaslı subsidiyalaşdırma modelinə keçid təklif olunur
Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin səmərəliliyini artırmaq üçün subsidiya mexanizmlərinin yenidən nəzərdən keçirilməsi və nəticəəsaslı subsidiyalaşdırma modelinə mərhələli keçid imkanlarının araşdırılması təklif olunur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir
15.08.2026 145 Süni intellekt rəqabəti: ABŞ dövlətləri Çinlə texnoloji tərəfdaşlıqdan çəkindirir
ABŞ 35 ölkəyə Birləşmiş Ştatların və Çinin texnoloji təşəbbüsləri arasında seçim etməyin vacibliyi barədə xəbərdarlıq göndərməyə hazırlaşır. Pekinin rəqabətli təşəbbüsündə iştirak edən ölkələr Vaşinqtonun liderlik etdiyi koalisiyadan çıxarılacaq. xəbər verir ki, bu barədə "Reuters" məluma
15.08.2026 145 Avqustda güclü külək YENİDƏN QAYIDIR - Son 10 ilin statistikası nə deyir?
Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i üçün Bakı və Abşeron yarımadası, eləcə də ölkənin bir sıra bölgələri üzrə sarı xəbərdarlıq elan etməsi yay mövsümündə güclü küləklərin nə dərəcədə adi hala çevrildiyi sualını yenidən gündəmə gətirib. xəbər verir ki, Xidmətin yaydığı məlumata görə, Bakıd
00:09 93 "Defense Express": Ukraynanın Samaradakı "Proqress" raket mərkəzinə zərbə endirdiyi ehtimal olunur
Ukrayna qüvvələri avqustun 15-nə keçən gecə Samarada "Soyuz" raketləri istehsal edən "Proqress" raket-kosmik mərkəzinə (RKM) zərbə endirmiş ola bilər. "Report" xəbər verir ki, bu barədə "Defense Express" məlumat yayıb. Portalın məlumatına görə, yerli sakinlər Samar
15.08.2026 150 Abbas Əraqçı: "Tehran ABŞ ilə danışıqların yenidən başlaması barədə qərar qəbul etməyib"
"Rəsmi Tehran ABŞ ilə danışıqların yenidən başlaması ilə bağlı hələ ki qərara gəlməyib". xəbər verir ki, bu barədə ISNA agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən məlumat yayıb. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Pakistan və Qətərin təmasları
15.08.2026 146 XƏBƏRDARLIQ! Ayrı-ayrı yerlərdə leysan xarakterli YAĞIŞ YAĞACAQ - PROQNOZ
Yaxın iki gün ərzində - avqustun 15-i və 16-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 29-32 dərəcə isti olacağı gözlənilir. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyini
15.08.2026 197