Alimlərdən HƏYƏCAN TƏBİLİ: Vəziyyət yaxın illərdə düzəlməyəcək
Azərbaycan alimləri Kür çayının suyunun azalmasının səbəblərini araşdırıb.
BiG.AZ "report"a istinadən xəbər verir ki, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları 4 gün müddətində ezamiyyətdə olublar.
Məqsəd Kür çayının aşağı axınında çay və ətraf ərazilərdəki təbii-antropogen ekosistemlərdə baş verən dinamiki dəyişmələri öyrənmək olub. Əraziyə səfər edən tədqiqatçılar çayın aşağı axınında baş verən suyun azalması prosesinin bilavasitə Kür çayı hövzəsində intensivləşən təbii və antropogen təsirlərlə bağlı olduğunu müəyyən ediblər.
Alimlər bildiriblər ki, iqlim dəyişmələri və Xəzər dənizinin səviyyə tərəddüdləri çay və çayətrafı ekositemlərə ciddi təsir göstərir:
"Hava temperaturunun ölkə ərazisində 0,8-130C artması və yağıntıların azalması suya olan tələbatı çoxaldıb ki, bu da Kür çayı hövzəsindəki çaylardan daha çox su götürülməsinə və onlarda suyun azalmasına, bəzən isə qurumasına gətirib çıxarıb.
Dənizin səviyyəsinin 1978-ci ildən 1995-ci ilə kimi 2,5 m-dən çox qalxması dəniz sularının çayın aşağı axınında çay yatağına dolmasına səbəb olub.
Bu zaman duzlu dəniz suyu ağır olduğundan çay yatağının dibi ilə yuxarıya doğru irəliləyib. Müşahidələr göstərir ki, çay yatağının indiki vəziyyəti 1,5 il əvvəlki dövrlə müqayisədə 2 dəfəyə qədər kiçilib. Yatağın quruyan hissələrində artıq davamlı yulğun-liğvər kolluqları əmələ gəlib".
Kür çayında suyun azalmasında başlıca faktorlardan biri də çay hövzəsində aparılan düşünülməmiş, elmi cəhətdən əsaslandırılmamış, ekoloji cəhətdən tədqiq edilməmiş antropogen təsirlərdir. Bunlara aşağıdakılar aiddir:
1. Lazımsız ərazilərdə yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə köhnə suvarılan sahələrin susuz qalması;
2. Kür çayının deltasında balıq yetişdirmək üçün geniş imkanların olmasına baxmayaraq Kür-Araz ovalığının daxili hissələrində suvarılan əkinaltı və otlaq sahələrdə süni balıq gölməçələrinin yaradılması;
3. Kürün qolları üzərində kütləvi şəkildə su anbarlarının tikilməsi ilə çayın aşağı axınında suyun azalması;
4. Qum-çınqıl karxanalarında çay yatağına müdaxilə ilə asılı gətirmələrin təbii dinamiki vəziyyətinin pozulması;
5. Antropogen təsirlərlə Kür hövzəsi çaylarında dib eroziyasının artması nəticəsində çay yatağında hidrogeomorfoloji şəraitin kəskin dəyişməsi;
6. Çay suyundan özbaşına su götürülmələri və s.
Bütün bu səbəblər yaxın illərdə vəziyyətin düzələcəyini vəd etmir. 2022-ci ilin isti dövründə yarana biləcək su çatışmazlığına qarşı indidən ciddi tədbirlər görülməlidir. Əks təqdirdə Kür ətrafının sakinləri içməli su qıtlığından yenə də əziyyət çəkəcəklər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1294 Tarix: 17 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?
"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs
14.08.2026 206 Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər
14.08.2026 188 Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT
"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur". xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətind
14.08.2026 190 Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind
14.08.2026 166 "Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?
Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma
14.08.2026 184 Ağdamda da yanğın başladı - Video
Ağdamda yanğın başlayıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Mərzili kəndi ərazisində qeydə alınıb. Hazırda yanğın minalı sahələrdə davam etdiyindən bu, yanğınsöndürənlərin alovun qarşısını almasını çətinləşdirir. Qeyd edək ki, Füzuli və Xocavənd rayonlarında da ötən gündən başlaya
14.08.2026 213 Lavrov Putinin ABŞ-dan gələn təkliflərlə bağlı mövqeyini açıqladı
Rusiya Ukrayna ilə bağlı ABŞ-la danışıqlardan imtina etmir və Prezident Vladimir Putin yenidən Amerika nümayəndələrini qəbul etməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov stenoqramı -nun ixtiyarında olan VGTRK telekanalına müsahibəsində deyib. "Stiven Vitkof
14.08.2026 206 Ağcaqanadlar ən çox kimləri dişləyir?
Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy
14.08.2026 224 Afaq bu dəfə Yunanıstana getdi - Fotolar
Aparıcı Afaq Gəncəli yay tətilinə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Yunanıstanı seçib. Afaq Mikonos adasında istirahət edir. O, gəzinti zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Aparıcı paylaşımına "Geyimi dəyərli edən onun sahib olduğu rəngdir" sözlərin
14.08.2026 324