Müdafiə Nazirliyinin polkovniki HƏBS EDİLDİ

Müdafiə Nazirliyinin polkovniki HƏBS EDİLDİMüdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı daha bir hərbçi həbs edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da tutulub.

Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1-ci (vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyində həyata keçirilən həbslərlə bağlı xəbər yaymışdıq.

Belə ki, nazirlikdə qeydə alınan maliyyə pozuntuları ilə Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, "N" hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu həbs ediliblər.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1755   Tarix: 17 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Laqut: Fransa dayanıqlı inkişaf layihələrinə 3,1 milyard avro yönəldib

Fransa Avropa Açıq Gündəliyinin məqsədlərinin irəlil aparılması üçün "UN-Habitat" ilə fəal əməkdaşlıq edərək əlçatan mənzil məsələlərinə və müxtəlif əməkdaşlıq formalarının inkişafına xüsusi diqqət yetirir. "Report" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Bakıd

14:04 108
.

Bolqarıstan Prezidenti İliyana Yotova Azərbaycana səfərə gəlib

Bolqarıstan Prezidenti İliyana Yotova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib. "Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digə

16:28 0
.

Dövlət Komitəsinin sədri: "Urbanizasiya problemlərinin həlli üçün real addımların atılması vacibdir"

Urbanizasiya problemlərinin həlli üçün real addımların atılması vacibdir. "Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasınd

12:41 120
.

Bahar Muradova: Qadınların şəhərsalma ilə bağlı qərarların qəbulunda iştirakı artırılmalıdır

Qadınların şəhərsalma ilə bağlı qərarların qəbulunda iştirakı artırılmalıdır. "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Qadınların Assambleyasınd

15:12 112
.

Avropa ölkələri Hörmüzün blokadasına görə dərman çatışmazlığı ilə üzləşə bilər

Avropa ölkələri İran ətrafında gərginliyin artması və Hörmüz boğazının blokadası səbəbindən dərman qıtlığı ilə üzləşə bilər. "Report" "La Tribune" qəzetinə istinadən xəbər verir ki, bu, əczaçılıq sənayesində tədarük zəncirlərinin pozulması ilə əlaqədardır, belə ki, Avropa bu sahəd

14:20 114
.

Braziliya aztəminatlı ailələrin müdafiəsi üçün mənzil siyasətini genişləndirir

Braziliya mənzil təminatı sahəsində ciddi çətinliklərlə üzləşməyə davam edir və bu, əhalinin aztəminatlı təbəqələrinə, ilk növbədə, qadınların başçılıq etdiyi ailələrə qeyri-mütənasib dərəcədə təsir göstərir. "Report" xəbər verir ki, bunu Braziliyanın Azərbaycandakı səfiri Manuel Montenqer

14:03 113
.

Yaponiya WUF13-də fəlakət risklərinin azaldılması sahəsində əməkdaşlıq təklif edib

Yaponiya Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) platformasında təbii fəlakətlərin qarşısının alınması, infrastrukturun bərpası və nəqliyyatyönümlü planlaşdırma sahəsindəki öz təcrübəsini təqdim edərək, dayanıqlı şəhər inkişafı və torpaq resurslarının idarə edilməsi sahəsind

12:37 106
.

İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Ruto ilə görüşüb - YENİLƏNİB+FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycana ilk dəfə səfər etdiyini deyən Keniya Prezidenti WUF13-ə dəvətə görə dövlətimizi

13:10 143
.

UN-Habitat-ın icraçı direktoru: "Bakıda keçirilən WUF13-ün əhəmiyyəti böyükdür"

"İyul ayında Yeni Şəhər Gündəliyinin ortamüddətli icmalı nəzərdən keçiriləcək". xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və Regional Hökumətləri

16:31 0
.

TOP MP3