Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO - YENİLƏNİB
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkovun qəzaya düşməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "Toyota Land Cruiser" markalı, 90-AS-020 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 07.01.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi qeydə alınıb:
"Təqsirli bilinən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğluna İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, protokol tərtib olunub. Hadisə sənədləşdirilib. Qarşı tərəfə dəyən ziyan ödənilib".
Qeyd edək ki, bu gün bəzi saytlarda N.Sadıkovun şəhər ərazisində qəza törətməsi barədə məlumat yayılıb.
13:47
Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.
BiG.AZ-ın Bakupost.az -a istinadən verdiyi məlumatına görə, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib.
Belə ki, "Land Cruiser" markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıkov qarşıdakı "Toyota Prius" markalı maşını vurub.
Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb.
Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları gəlib.
N. Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb.
Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə verib və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.
Qeyd edək ki, aylardır N. Sadıkovla bağlı ağır ittihamlar səsləndirilir, amma o ittihamlara reaksiya verməyib.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4255 Tarix: 16 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDüşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı
İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi
10.11.2026 225 NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir
NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü
10.11.2026 194 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb
Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat
10.11.2026 226 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 168 Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın
10.11.2026 152 Prezident və xanımı Türkiyəyə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib
10.11.2026 256 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini
10.11.2026 209 Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı
Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi
10.11.2026 136 Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur
Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın
10.11.2026 233