Eldar Mahmudovun "milyonluq siyahısı" - Adın siyahıdadırsa, 1 milyon verməlisən

Eldar Mahmudovun "milyonluq siyahısı" - Adın siyahıdadırsa, 1 milyon verməlisənBakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir.

Qaynarinfo xəbər verir ki, fevralın 15-də baş tutan prosesdən əvvəl jurnalistlərin məhkəmə zalına buraxılmaları üçün Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənova müraciət edilib.

İş üzrə hakim Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini faktiki olaraq qapalı keçirməsinin səbəbini Həbib Həsənov da açıqlaya bilməyib. Deyib ki, jurnalistlərin məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı hakim qərar verə bilər.

Əməkdaşlarının açıq məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı Qaynarinfo.Az, Teleqraf.com, Haqqin.az saytlarının və "Yeni Müsavat" qəzetinin baş redaktorları Həbib Həsənova və Elbəy Allahevrdiyevə də rəsmi müraciət ünvanlayıblar. Həbib Həsənov müraciətə baxılacağını bildirib.

Prosesdə iş üzrə zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov da jurnalistlərin məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı vəsatət qalıdırıb. Hakim Elbəy Allahverdiyev heç bir əsaslandırma aparmadan vəsatəti müzakirəyə çıxarmayıb.

Bundan sonra zərərçəkənlərdən Namil Rzayev sərbəst ifadə verib. Zərərçəkən deyib ki, onun "Texnikabank"da əmanəti olub. Mövlam Şıxəliyevin rəhbərliyi altında "Texnikabank"da araşdırmalar başlandıqda Vüsal Ələkbərov onu MTN-nin İstintaq İdarəsinə çağırıb:

"Mən Mövlam Şıxəliyevi Qaradağ rayonundan tanıyıram. Xalam oğlu Qaradağ polisində çalışırdı. Uzun illər əvvəl onun vasitəsi ilə Mövlam Şıxəliyevlə tanış olmuşdum. Şəhərdə ofisim var idi. Həmin ofisin yanındakı binada Mövlam Şıxəliyev yaşayırdı. Orada da ara-sıra onu görürdüm. Günlərin birində Vüsal Ələkbərov məni MTN-ə çağırdı. MTN-ə girən kimi də dedi ki, sizi "Texnikabank" işi ilə bağlı cəlb etmək istəyirik, həbs edəcəyəm. Bir milyon pul tələb etdi. Vüsal Ələkbərova dedim ki, Mövlam Şıxəliyevlə tanışlığım var, get ona de ki, görüşmək istəyirəm. Vüsal Ələkbərov Mövlam Şıxəliyevin otağına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, Mövlam Şıxəliyev gözləyir. Məni onun kabinetinə apardı. Mövlam Şıxəliyev məni çox yaxşı qarşıladı, xeyli söhbət etdi. İş masasında bir siyahı var idi. Əlinə götürüb dedi ki, bu siyahını görürsən? Bu, Eldar Mahmudovun siyahısıdır, sənin də adın bu siyahıda var. Şefin siyahısında olanlar bir milyon dollar pul verməlidir.

Mövlam Şıxəliyevdən soruşdum ki, mənim cinayətim nədir? Nə etmişəm ki, bir milyon dollar pul tələb edirsiz? Dedi ki, siz "Texnikabank"a pul qoymusuz, bir faiz yazdırıb, 2-3 faiz almısız. Dedim ki, yalandır, məndə müqavilə var, müqavilədə də yazılıb ki, mən bir faiz pul almışam. Mövlam Şıxəliyev dedi ki, pulu verməsən, tutulacaqsan. Adın Eldar Mahmudovun siyahısındadır. Dedim ki, mənim o qədər pulum yoxdur. Mövlam Şıxəliyev də bildirdi ki, "gedirəm Eldar Mahmudovun yanına, görüm o nə deyir". Eldar Mahmudovun yanına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, "700 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq. 700 mini verəcəksən, barəndə cinayət işi başlanmayacaq".

Zərərçəkən bildirib ki, bundan sonra ona fikirləşmək üçün vaxt veriblər:

"Növbəti dəfə Mövlam Şıxəliyevlə mənim ofisimdə görüşdük. Özü gəlmişdi, dedi ki, şeflə danışmışam, 500 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq. Həmin vaxt tanışlarım Nizami Kazımov və Hüseyn Səfərovu da "Texnibank"a əmanət qoyduqlarına görə tam qanunsuz olaraq həbs etmişdilər. Ona görə də qorxdum, düşündüm ki, həbs ediləcəyəm, qohum-qardaş bir milyonu yığıb verəcək. Məcbur olub Mövlam Şıxəliyevin tələbi ilə razılaşdım. Görürdüm ki, tələb etdikləri pulu verməyənləri həbs edirlər. "Funikulyor"un yanında mənzilim var idi, məcbur olub həmin evi satdım. Vüsalla əlaqə saxladım. Dedim ki, pul hazırdır. Dedi ki, "28 May"da mağaza var, get oradan dəri çanta al. Vüsal dəri çantanın 250 dollara olduğunu dedi. Gedib çantanı aldım.

Vüsal zəng elədi ki, aldığın çantanın içinə göy-göyərtini yığ, gətir. Elə başa düşdüm ki, pulu çantaya qoyandan sonra üstünə göyərtini ona görə yığdırır ki, kənardan baxan çantada göy-göyərti olduğunu zənn etsin. Belə də eləmişdim, 300 min pulu çantaya qoydum, üstünə də göy-göyərti yığıb aparıb ona verdim. Vüsal pulu alanda güldü, dedi ki, göy-göyərti deyəndə dollar nəzərdə tutub. Yerdə qalan 200 min dolları da şəxsən Mövlam Şıxəliyevə verdim".

Zərərçəkən Namil Rzayev sərbəst ifadəsindən sonra dövlət ittihamçısının suallarını cavablandırıb. Bildirib ki, Mövlam Şıxəliyevlə uzun illər əvvəldən tanış olub:

"Onun xeyir işində də, şər işində də iştirak etmişdim. Vüsal məni MTN-ə çağıranda dedi ki, səni həbs edəcəyəm. Vüsal Ələkbərovun otağında, iş masasının üstündə Mövlam Şıxəliyevin çərçivəyə salınmış fotosunu gördüm. Soruşdum ki, bu kimdir? Dedi ki, rəisimizdir. Ona dedim ki, get rəisinə de ki, Namil Rzayev gəlib. O da getdi dedi və məni apardı Mövlam Şıxəliyevn yanına. Mövlam Şıxəliyev də ədəb-ərkanla mənimlə görüşdü, çay içdik. Sonra da Eldar Mahmudovun siyahısını göstərdi, dedi ki, adın buradadır, bir milyon verməlisən. Verməsən, həbsə gedəcəksən".

Dövlət ittihamçısı pulu 2 hissədə verməsinin səbəbini soruşub. Namil Rzayev bildirib ki, pulu iki hissəyə ayrıb verməsini ona Mövlam Şıxəliyev tapşırıb:

"Mövlam Şıxəliyev mənə demişdi ki, 300 min manatı Vüsal Ələkbərova ver. Qalan pulu - 200 min dolları isə mənə verərsən. Amma bunu kimsə bilməsin. Bunun müqabilində Mövlam Şıxəliyev öz adına bir məktub yazdırmışdı. Həmin məktubumda mən Mövlam Şıxəliyevdən xahiş edirdim ki, "Texnikabank"a qoyduğum əmanətimin mənə qaytarılmasına köməklik göstərsin. Həmin məktubun surəti məndə var və məhkəməyə də təqdim edirəm. Lakin Mövlam Şıxəliyev məni aldatdı, "Texnikabank"dakı əmanətimi qaytarmadı. Ona görə də mən pulun 300 min dollarını Vüsala, 200 min dollarını Mövlam Şıxəliyevin özünə vermişəm".

Dövlət ittihamçısının dəqiqləşdirici sualı Mövlam Şıxəliyevin Namil Rzayevdən aldığı 200 min dollarla bağlı olub. Dövlət ittihamşçısı "Mövlam Şıxəliyev kimsə bilməsin deyəndə kimi nəzərdə tuturdu" sualına zərərçəkən "Eldar Mahmudovdan bu məsələni gizlədilməsini istəyirdi. Belə başa düşdüm ki, həmin 200 min dolları Mövlam Şıxəliyev Eldar Mahmudovdan xəbərsiz özünə götürdü" cavabını verib.

Bundan sonra mütəşəkkil cinayətkar quldur dəstə şəkilində, hədə-qorxu ilə pul alınması epizodu üzrə şahid Hüseyn Mustafayev sərbəst ifadə verib. Şahid bildirib ki, Namil Rzayev yaxın qohumudur:

"Mövlam Şıxəliyevgil Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Namili hədələyib ondan pul tələb edirdilər. O da məcbur olub pulu yığmaq üçün evini satdı. Həmin günlərdə mənim Namillə şərikli biznesim var idi. Namilin "Funikulyor"un yanındakı evini o zaman "Gilan Holding"ə satdıq".

Bu yerdə zərərçəkən mənzilin alqı-satqı müqaviləsini də məhkəməyə təqdim edib. Şahid ifadəsində bildirib ki, yığılan pulun 300 min dollarının Vüsal Ələkbərova, 200 min dollarının isə Mövlam Şıxəliyevə verilməsində iştirak edib:

"Vüsal dəri çanta aldırdı, pulu içinə yığdıq, üstünə də göyərti yığıb aparıb ona vedik. 200 min dolları da Namil Mövlam Şıxəliyevin özünə verdi. Həmin vaxt Mövlam Şıxəliyev idman geyimində idi. Namil Mövlam Şıxəliyevlə ofislə onun evinin arasında, binanın qarşısında görüşdü, pulu bağlamada ona verdi".

Şahid deyib ki, həmin pulu alarkən Mövlam Şıxəliyev Namil Rzayevə "Texnikabank"dakı əmanətinin ona qaytarılacağına söz verib:

"Namil sonra dedi ki, Mövlam Şıxəliyev onu aldadıb, 200 min dolları alsa da, bank hesabındakı pulları ona qaytarmayıb. Bu söhbətdən sonra bir dəfə Namil Rzayev Mövlam Şıxəliyevlə rastlaşıb, ondan "Texnikabank"dakı əmanətinin nə vaxt geri qaytarılacağını soruşub. Mövlam Şıxəliyev konkret bir söz deməyib".

Dövlət ittihamçısı zərərçəkənin və şahidin ifadəsi ilə bağlı Vüsal Ələkbərovun mövqeyini soruşub. Vüsal Ələkbərov ifadə verməkdən imtina edib. Eyni təkliflə dövlət ittihamçısı Mövlam Şıxəliyevə də müraciət edib. Mövlam Şıxəliyev isə bildirib ki, o, istintaqa nəzarət edən prosessual şəxs olmayıb:

"Mən ancaq təşkilatçı idim. Müstəntiqlər kimi istəsəydilər çağırıb dindirə bilərdilər. Namil Rzayevin çağırılmasından da məlumatsız olmuşam. Onunla kabinetimdə görüşməmişəm. İstintaqa nəzarət baş prokurorun 1-ci müavinində idi. Mən kim olmuşam ki? Kimin tutulması, kimin də buraxılması barədə məlumatlı olsam da, tutulub buraxılma ilə bağlı göstəriş verməmişəm. Namil Rzayevdən 200 min dollar alınması ilə bağlı deyilənlər də yalandır".

Zərərçəkənlərdən Zaur Əliyev Mövlam Şıxəliyevə bir neçə sual verib. Dostluq münasibətində olduğu Namil Rzayevin və qohumu Hüseyn Mustafayevin niyə görə onun əleyhinə ifadə vermələrinin səbəbi ilə maraqlanıb. Mövlam Şıxəliyev zərərçəkən Zaur Əliyevin sualına əsəbi reaksiya verib: "Mən sənin sualına cavab vermirəm. Ümumiyyətlə ifadə verməkdən imtina edirəm!"

Bundan sonra zərərçəkən Əfsəl Həsənəliyev ötən prosesdən yarımçıq qalan sərbəst ifadəsini davam etdirib:

"2013-cü ildən bu yana Prezident Adminstrasiyasına, baş prokuror Zakir Qaralova dəfələrlə ərizə ilə müraciət etmişəm. Zakir Qaralovun qəbulunda olmuşam. Zakir Qaralov bu dəstənin cinayətlərini ört-basdır edirdi. Az qala məni həbs etdirirdi. Birbaşa yanımdan göstəriş verdi ki, mənimlə bağlı şahidlərin ifadələrini təkzib etsinlər. Prokurorluqda Zakir Qaralov bunlaırn cinayətlərini ört-basdır edirdilər. Onlar...".

Bu yerdə hakim zərərçəkəni dayandıraraq deyib ki, proses fevralın 22-nə qədər təxirə salınır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1861   Tarix: 15 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 225
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 186
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 151
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10.11.2026 271
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 188
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 194
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 304
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

10.11.2026 200
.