Əflatun Amaşov həbs edilən qohumundan danışdı: "Atamın atasının atası ilə..."
"Bir neçə gün əvvəl müxtəlif saytlarda "Əflatun Amaşovun bacısı oğlu həbs edildi" sərlövhəsinə rast gəldim. Sayları təxminən 25 olardı. Hamısında da mənim şəklim. Düzü, mənzərə maraqlı gəldi. Saytlardan yalnız biri (peşə etikasına sayğı göstərdiyinə görə sağ olsun) mənə zəng edib fikrimi öyrəndi. O da necə? Cavabımdan belə çıxdı ki, guya mən hadisəni inkar edirəm. Hərçənd nəyi inkar etdiyim də bilinmir. Bir anlıq qohumlarım barədə düşündüm. Maşallah sayları kifayət qədər çoxdur.
Gürcüstanı, Azərbaycanı demirəm, yalnız Türkiyədə 300-dən çox ailə yaxın qohumumdur və ölkənin hər yerinə səpələniblər. Ümumən Türkiyənin ictimai, mədəni, iqtisadi həyatını zənginləşdirən qohumlarım saysızdır. Bir xırda arayış da verim ki, vaxtilə mövcud olmuş Qərbi Almaniyadakı populyar rok qruplarından birinin yaradıcıları sırasında əmim oğlu da var idi. Digər əmim oğlu hazırda ABŞ-ın Klivlend şəhərindəki populyar iki xəstəxananın birində çalışır. Yarım əsrə yaxındır ki, əmim qızı Almaniyada tanınmış tibb müəssisəsini yaradıb. Hələ Rusiyadakıları demirəm. İçərilərində cızığından çıxanların ola biləcəyini də istisna etmirəm. İndi keçək həbs olunan həmin şəxsə. Allah qapısını açsın. Atasının, anasının üzüntüsü qısa olsun. Onunla həqiqətən uzaq qohumluq əlaqəm var. Deməli, atamın atasının atası ilə onun anasının atasının babası əmioğlu imişlər. Məncə, şərhə ehtiyac yoxdur".
AZXEBER.COM xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Ə.Amaşov qeyd edib ki, medianın cəmiyyətdə bu və ya digər şəkildə tanınmış kiməsə fokuslanmaq əzmini anlayışla qəbul edir: "Zənnimcə, cəmiyyətdə az-çox tanınıram. Hərçənd heç bir qohumumun, lap elə bacım oğlunun əməlinə məsuliyyət daşıya bilmərəm. Əlbəttə, məsələdə mənimlə necəsə bağlılıq yoxdursa. Amma hər bir halda media marağının da tam həqiqəti üzə çıxarmağa köklənməli olduğu düşüncəsindəyəm. Güman edirəm, məni tapmaq, məsələni dəqiqləşdirmək çətin olmazdı. Nə isə, bu qeydimi heç kəs inciklik kimi başa düşməsin. Nə də kimisə ittiham etmək niyyətindəyəm. Onsuz da gerçəklik var. Tövsiyəm budur ki, yazanda, hansısa fikri işlədəndə bir balaca düşünək. Həm də ona görə ki, gerçəkliyi və reallığı yazmaq jurnalistə daha çox zövq verir. Niyə bu ləzzətdən imtina edək?".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1288 Tarix: 15 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDüşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı
İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi
10.11.2026 225 Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı
"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu
10.11.2026 186 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 151 Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10.11.2026 271 Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?
ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua
10.11.2026 188 Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 194 Sabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
10.11.2026 281 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs
10.11.2026 304 Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu
Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak
10.11.2026 200