Ağdamın əvvəlki şöhrəti bərpa ediləcəkdir
Artıq xoş ənənə halına çevrilən ölkə başçısı İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri dünya ictimaiyyəti tərəfindən diqqət mərkəzində saxlanılır. Fevralın 13-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib və səfər çərçivəsində bir sıra təməlqoyma mərasimlərində iştirak edib.
Artıq işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" başlayıb. Azərbaycan Prezidenti bu gün işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı səsləndirdiyi fikirləri reallığa çevirməkdədir. İkinci Qarabağ müharibəsinin başa çatmasından qısa müddət keçməsinə baxmayaraq, ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri, infrastruktur layihələri həyata keçirilir. Həyata keçirilən layihələr Ağdamın və ümumilikdə bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Ölkə başçısının qeyd etdiyi kimi görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. İcra olunan layihələr onu göstərir ki, bütün maliyyə və texniki imkanları, habelə kadr potensialı peşəkar şəkildə səfərbər olunubdur. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edir və bu şirkətlərin sayı artmaqdadır.
Ağdama səfər zamanı Prezident İlham Əliyevin öz çıxışında Ermənistandakı revanşist qüvvələrə mesaj göndərərək bəyan edib: "Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!".
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu torpaqlarda şəhidlərimizin qanının olduğunu qeyd edərək, Azərbaycan xalqının bu torpaqlarda əbədi yaşayacağını vurğuladı. Eyni zamanda, bu çıxış ölkə başçısı İlham Əliyevin şəhidlərimizin xatirəsinə olan böyük hörmətinin göstəricisidir. Şəhidlərimizin xatirəsini əziz tutan Prezident İlham Əliyev hər zaman şəhid ailələrini xüsusi diqqətdə saxlamış, bu kateqoriyadan olan ailələrin sosial rifahının yüksəldilməsi istiqamətində bir sıra sərəncamlar, fərmanlar imzalamışdır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda həyata keçirilən sürətli quruculuq və infranstruktur layihələri nəticəsində Ağdam şəhəri Azərbaycanın böyük sənaye, turizm, iqtisadi mərkəzlərindən birinə çevriləcəkdir.
Adil Hüseynov – ADİU-nin dosenti, İqtisad elmləri doktoru
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 817 Tarix: 15 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDüşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı
İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi
10.11.2026 225 Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı
"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu
10.11.2026 186 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 151 Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10.11.2026 271 Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?
ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua
10.11.2026 188 Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 194 Sabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
10.11.2026 281 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs
10.11.2026 304 Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu
Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak
10.11.2026 200