COVID-19 sertifikatlarının etibarlılıq müddəti tələbi dəyişdi

COVID-19 sertifikatlarının etibarlılıq müddəti tələbi dəyişdiBu gündən COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş yaşı 18-dən yuxarı şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilməyəcək.

BiG.AZ-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası"nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, fevralın 15-dən etibarən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (buster doza) aldıqda müddətsiz olacaq.

İndiyə qədər qüvvədə olan qərara əsasən, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda müddətsiz idi. Ancaq bu gündən bu müddəadan 56 gün çıxarılır. Beləliklə, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Bu gündən aşağıdakı məkanlara yaşı 18-dən yuxarı olan şəxslərdən yalnız etibarlı olan "Peyvənd sertifikatı", "İmmunitet sertifikatı", yaxud "Əks-göstəriş sertifikatı" olanların girişinə icazə veriləcək:

1. İctimai iaşə müəssisələrinə (kafe, restoran və s.);

2. Mehmanxanalara;

3. İri ticarət mərkəzlərinə;

4. İdman və sağlamlıq-bərpa obyektlərinə;

5. Toy və ya digər şənliklərə;

6. Ali təhsil müəssisələri və kolleclərə.

Dövlət qurumlarında, eləcə də aşağıda sadalanan iş və xidmət sahələrində çalışan işçilərdən də etibarlı olan "Peyvənd sertifikatı", "İmmunitet sertifikatı", yaxud "Əks-göstəriş sertifikatı"nın olması tələb ediləcək:

İşçilərinin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə olmanı təsdiq edən sənədinin olması, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olmasının tələb edildiyi iş və xidmət sahələrinin SİYAHISI

1. Kommunal sahə üzrə:

1.1. elektrik enerjisi, qaz, istilik ilə təchizat;

1.2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;

1.3. tullantıların yığılması, emalı və məhv edilməsi.

2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:

2.1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;

2.2. liman xidmətləri;

2.3. logistika xidmətləri;

2.4. telekommunikasiya və rabitə xidmətləri;

2.5. poçt və kuryer fəaliyyəti.

3. Sosial sahə üzrə:

3.1. sosial xidmətlərin göstərilməsi;

3.2. fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti.

4. Ticarət və ictimai iaşə sahəsi üzrə:

4.1. topdan və pərakəndə ticarət;

4.2. ictimai iaşə;

4.3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.

5. Turizm sahəsi üzrə:

5.1. mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri göstərən müəssisələr;

5.2. turagentliklərinin və turoperatorların fəaliyyəti

6. Maliyyə xidmətləri üzrə:

6.1. maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).

7. Digər sahələr üzrə:

7.1. poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;

7.2. bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;

7.3. kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;

7.4. avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;

7.5. kirayə və lizinq fəaliyyəti;

7.6. daşınmaz əmlakın alınması və satılması xidmətləri;

7.7. memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;

7.8. reklam fəaliyyəti və bazarın öyrənilməsi;

7.9. işə düzəltmə agentliklərinin fəaliyyəti;

7.10. tədris və repetitor xidmətləri;

7.11. tərcümə üzrə xidmətlər;

7.12. dizayn fəaliyyəti;

7.13. fotoqrafiya sahəsində fəaliyyət;

7.14. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);

7.15. istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;

7.16. dezinfeksiya xidmətləri;

7.17. toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;

7.18. dərzi xidmətləri;

7.19. bərbərxana və gözəllik salonları;

7.20. baytarlıq fəaliyyəti;

7.21. heyvan sığınacaqları;

7.22. istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyəti;

7.23. mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans zallarının fəaliyyəti;

7.24. hamam xidmətləri.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1549   Tarix: 15 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 225
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 186
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 151
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10.11.2026 271
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 188
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 194
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 304
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

10.11.2026 200
.