Bu MÖCÜZƏ Azərbaycandadır: Qayanın çölündə qış, içində yay - VİDEO
Bir çoxarı gəzməyə xarici ölkələrə üz tuturlar, halbuki doğma Azərbaycanımızda gəzib-görməli yerlər çoxdur.
Onlardan biri Qaxdadır. El arasında "İlısu hamamı" kimi tanınan məkanda bayırda qış soyuğu olduğu halda, qayanın içərisində 30-40 dərəcəlik isti su olur.
Turistlərin dediyinə görə, həmin məkandakı müalicəvi suda istrahət etməyin yeri bir başqadır.
BiG.AZ oxuculara Qaxdakı bu möcüzəvi yerin videosunu təqdim edir:
Qeyd edək ki, təbiətin bəxş etdiyi unikal imkanlar və tarixi abidələr Qax rayonunu ekoturizm üçün əlverişli məkana çevirib. Rayonda müalicə, istirahət turizmi daha geniş yayılıb.
Termal və müalicəvi bulaqların yerləşdiyi "İlisu hamamı" Böyük Qafqazın tam ətəyində, iki tərəfi sıldırım qayalıqların arasında yerləşir. Ağçaydan başlayan yol "Hamam" çayın vadisi ilə davam edir. Ziqzaqlı çığıra bənzər yollar, bəzən də qaya daşlarının kənarı ilə keçidlər təhlükəlidir.
Dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşən "Hamam" dərə vadisinə getmək üçün maşınla 5 km, piyada isə 2 km yol qət etmək lazımdır.
İlisu termal suları ilk dəfə 1866-cı ildə tədqiq olunub. Məlum olub ki, hamam daxilində yerdən çıxan termal, kükürdlü isti su çox böyük müalicəvi əhəmiyyətə malikdir. Suyun çıxdığı oyuq ön tərəfdən hörülərək hovuz halına salınıb və vanna qəbul etmək üçün istifadə olunur.
Qayaların içində ovularaq hazırlanan hamamlarda suyun temperaturu 38 dərəcədir. Bələdçilərin sözlərinə görə hər gün 3 dəfə, 15 dəqiqə kükürdlü suda yatmaqla revmatizm və digər xəstəlikləri müalicə etmək mümkündür.
İlisu Dövlət Təbiət Qoruğu bazasında yeni layihələrin icrası, termal bulaqlarla bağlı xüsusi işlərin görülməsi nəzərdə tutulur.
Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının yaradılmasını zəruri edir.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3199 Tarix: 14 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164