Polis əməkdaşlarını bıçaqlayan şəxs axtarışda imiş - RƏSMİ
Fevralın 12-də Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis serjantları 1990-cı il təvəllüdlü Eldəniz Məmmədov və 1992-ci il təvəllüdlü Coşqun Məmmədlinin xidməti vəzifələrini icra edərkən kəsilmiş-deşilmiş bədən xəsarətləri alması barədə daxil olmuş məlumat üzrə aparılan ilkin araşdırma ilə müəyyən edilmişdir ki, həmin gün saat 17 radələrində tanışını döydükdən sonra bıçaqla özünə xəsarət yetirib hadisə yerini tərk etmiş 1994-cü il təvəllüdlü Babayev Aydın Taleh oğlunun yaşadığı ünvana gedərək polis bölməsinə dəvət etmək istəyən polis əməkdaşlarına sonuncu müqavimət ğöstərməklə mətbəxdən götürdüyü bıçaqla hər iki polis əməkdaşına xəsarətlər yetirib hadisə yerindən qaçıb.
Baş Prokurorluqdan verilən məlumata görə, Aydın Babayevin tutulub istintaqa cəlb olunmasından ötrü fevralın 13-də saat 12 radələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Səbail rayon polis idarəsinin əməkdaşlarının birgə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın Babayevin yeri müəyyən edilmiş, sonuncu polis əməkdaşlarına özünü və polis əməkdaşlarını qanunsuz saxladığı əl qumbarası ilə partladacağını bildirməklə silahlı müqavimət göstərməyə cəhd edərkən zərərsizləşdirilərək məhv edilib.
Hadisə yerinə prokurorluq əməkdaşları tərəfindən baxış keçirilərkən A.Babayevin meyitinin yanından sonuncuya məxsus "LLama cal 32" markalı tapança və "F-1" markalı fitili ilə birlikdə qumbara, əynində olmuş şortikin sağ yan cibindən narkotikə bənzər bir bükümdə maddə, evin içərisində bir ədəd, evin həyətindən üç ədəd giliz aşkar edilərək Cinayət Prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.
Həmçinin, araşdırmalarla müəyyən edilmişdir ki, Səbail rayon polis idarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Aydın Babayevə ittiham elan edilməsi üçün barəsində axtarış elan olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 950 Tarix: 13 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini
10.11.2026 209 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 168 Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
10.11.2026 224 Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?
ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua
10.11.2026 188 Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur
Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın
10.11.2026 233 "Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu
"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma
10.11.2026 233 İrana hücum üçün hər gün Trampa zəng edir
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə
10.11.2026 207 Prezident və xanımı Türkiyəyə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib
10.11.2026 256 Yaşadığı evdən meyiti tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd
10.11.2026 155