Bəzi ölkələr vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırdı

Bəzi ölkələr vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırdıYeni Zelandiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb:

"Yeni Zelandiya hökuməti Rusiya ilə Ukrayna arasında artan gərginlik səbəbindən, Ukraynadakı yeni zelandiyalılara tövsiyə edir ki, nə qədər ki, onları evlərinə apara biləcək kommersiya uçuşları var dərhal ölkəni tərk etsinlər".

Qeyd olunur ki, Yeni Zelandiya hökumətinin Ukraynada ölkə vətəndaşlarına yardım göstərmək imkanları orada Yeni Zelandiyanın diplomatik nümayəndəliyinin olmaması səbəbindən çox məhduddur.

Bundan başqa, Avstraliyanın Baş naziri Skott Morrison ölkə vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.

"Biz onların qərarlarına hörmətlə yanaşırıq, lakin onlara tövsiyəmiz çox aydındır: bu, çox təhlükəli vəziyyətdir və öz təhlükəsizliyiniz üçün siz Ukraynanı tərk etməyə çalışmalısınız", - deyə Morrison jurnalistlərə açıqlamasında deyib.

Oxşar müraciətlə Kanadanın xarici işlər naziri Melani Coli çıxış edib:

"Nə qədər ki, biz tərəfdaşlarımızla yaxından birgə fəaliyyət göstəririk və vəziyyəti izləməyə davam edirik, mən Ukraynadakı bütün kanadalıları lazımi addımları atmağa və ölkəni dərhal tərk etməyə çağırıram".

O xatırladıb ki, fevralın 1-dən Kanada hökuməti "Rusiyanın davamlı təhdidləri və silahlı münaqişə riskləri" səbəbindən həmvətənlərini Ukraynaya səfərlərdən çəkinməyə çağırır.

Eyni zamanda, Finlandiya, Latviya, Niderland, Böyük Britaniya və Yaponiyanın Xarici İşlər Nazirlikləri Ukraynadakı həmvətənlərini yaranan gərgin vəziyyətlə əlaqədar təcili olaraq ölkəni tərk etməyə çağırıblar.

Coli əlavə edib ki, kanadalı diplomatlar öz yerlərində qalırlar və həmvətənlərə konsulluq yardımı göstərməyə hazırdırlar. "Lakin bizim bu sahədə imkanlarımız ciddi şəkildə məhdudlaşdırıla bilər", - deyə o əlavə edib.

Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv fəaliyyətinin" artması ilə bağlı narahatlıqlarını bildiriblər. Moskva dəfələrlə bu cür ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç yerə hücum etmək niyyətində olmadığını qeyd edib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 917   Tarix: 12 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 224
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 188
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 266
.

Gürcüstan Prezidenti COP31-də iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl

10.11.2026 194
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.