"Səni axtarıram"da gəlini tərəfindən öldürülməsi etiraf edilən qadının qatili saxlanıldı

"Səni axtarıram"da gəlini tərəfindən öldürülməsi etiraf edilən qadının qatili saxlanıldı2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün saat 01:00 radələrində Yevlax rayon sakini Seymur Cəfərov tərəfindən boğularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, bir neçə gün öncə gəlini Fəxrəndə İbrahimovanı aralarında yaranan münaqişə nəticəsində öldürdüyünü televiziyanın "Səni axtarıram" verilişində etiraf etmişdi.

Ağcabədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1956   Tarix: 12 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bloger Arzumun təqsirləndirildiyi yol qəzasında ölən və xəsarət alan cütlük - FOTOLAR

"Arzum" ləqəbli bloger İlduzə Hacıyeva Elmar qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Belə ki, bloger yol qəzasında bir nəfərin ölümü və 1 nəfərin isə xəsarət almasında təqsirləndirilir. "Unikal" qəzada həyatını itirən 1996-cı il təvəllüdlü Amal Məlikovun və ağır xəsarə

16:11 420
.

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotova ilə görüşüb

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, ali qonaq bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və görü

19:17 146
.

Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb

Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb

19:00 128
.

Honkonqda nadir hepatit E virusuna yoluxma qeydə alındı

Honkonqda 2026-cı ildə ilk dəfə insanda siçovul hepatiti E virusu aşkarlanıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Yerli hökumət orqanları hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıblar. Məlumata görə, virus mayın 5-də xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən 42 yaşlı kişidə aşkarlanıb

19:50 131
.

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. "Report" xəbər verir ki, Heydər Əliye

19:50 127
.

"Qırmızı bülleten"lə axtarılan İŞİD üzvü Eskişəhərdə saxlanılıb

"Qırmızı bülleten"lə axtarılan İŞİD üzvü Türkiyənin Eskişəhər şəhərində saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. "Eskişəhərdə İŞİD terror təşkilatının üzvü olması ilə əlaqədar "qırmızı bülleten"lə axtarılan əcnəbi şübhəli əməliyya

21:40 80
.

Anar Quliyev: Azərbaycan Meksikaya WUF14-ün keçirilməsində dəstək göstərməyə hazırdır

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyasının (WUF14) uğurla keçirilməsinə hazırlıqda Meksikaya dəstək göstərməyə hazırdır. "Report" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən WUF13-ün birinci gününün yekunların

19:03 127
.

UN-Habitat-ın icraçı direktoru: "Bakıda keçirilən WUF13-ün əhəmiyyəti böyükdür"

"İyul ayında Yeni Şəhər Gündəliyinin ortamüddətli icmalı nəzərdən keçiriləcək". xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və Regional Hökumətləri

16:31 129
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyy

19:48 132
.

TOP MP3