Arvadından şübhələnən kişi: "5 litr benzini başından tökdüm və..."

Arvadından şübhələnən kişi: "5 litr benzini başından tökdüm və..."Gəncədə arvadını öldürməyə cəhddə təqsirləndirilən Əziz Soltanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ-ın Lent.az-a istinadən xəbərinə görə, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun icraatında araşdırılıb.

İttihama görə, Ə.Soltanov şübhələnib ki, 2015-ci ildə rəsmi olaraq boşandığı Vəfa Soltanova Mingəçevir şəhər mərkəzi xəstəxanasında əxlaqsızlıqla məşğul olur. Buna görə də qısqanıb və onu öldürmək qərarına gəlib.

O bunun üçün içərisində benzin olan plastik qab, eləcə də, soyuq silah hesab edilən bıçağı əldə edib. Bunları bütün günü yanında gəzdirib, gecə saat 01 radələrində sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı evə gəlib. Qapının bağlı olduğu görən Əziz Soltanov hasarın üzərindən atlanaraq həyətyanı sahəyə daxil olub. Evin pəncərələrini qıraraq Vəfanın yatdığı otağa daxil olub. Otağa daxil olan zaman benzin qoyduğu qabın ağzını açaraq yanacağı alışqanla yandırmaq istəyib. Vəfa onun sərxoşluğundan istifadə edərək benzin dolu qabı əlindən almağa nail olub.

Evdə yaranan səs-küydən yeniyetmə övladları yuxudan ayılıb. Ə. Soltanov cibindəki bıçağı ataraq hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları tərəfindən Əziz Soltanov tutularaq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, soyuq silah saxlamaq, istifadə etmək, qanunsuz mənzillə daxil olmaq maddələri ilə ittiham verilib.

Məhkəmədə danışan təqsirləndirilən şəxs bildirib ki, Vəfa ilə 2000-ci ildə ailə həyatı qurub və 2 övladları dünyaya gəlib:

"Evliliyimizin ilk vaxtlarında münasibətlərimiz çox yaxşı olub. Lakin bir müddət sonra Vəfa mənim spirtli içki və narkotik alüdəçisi olmağımı bəhanə edərək evdə söz-söhbət salırdı. Münasibətlərim demək olar ki, gərgin bir hal almışdı. Bu səbəbdən 2014-cü ildə rəsmi olaraq boşandıq. Məhkəmənin qərarı ilə övladlarım anasına verildi. Lakin yenə də mənim Vəfa ilə münasibətlərimizi bərpa etmək niyyətim vardı. Lakin o, barışmaq istəmədiyini, içkidən və narkotikdən uzaqlaşacağım təqdirdə barışacağını deyirdi. Mən bir neçə dəfə Vəfa ilə danışan zaman onu öldürməklə qorxuzaraq barışmaq istəmişəm, lakin müsbət nəticə əldə edə bilməmişəm. Bunlar bəhanə idi. Vəfanın işlədiyi yerdə əxlaqsız etdiyindən şübhələnirdim".

Ə.Soltanov sonuncu dəfə Vəfaya zəng edərək spirtli içkini atdığını və barışmaq istədiyini söyləyir:

"Vəfa yenə mənə inanmadı və barışmaq istəmədi. Buna görə çox əsəbiləşdim və evimə gələrək spirtli içki qəbul etdim. Vəfanın dediyi söz yadıma düşdüyü üçün əsəbiləşərək, qərara gəldim ki, gedib onu qorxuzum. Bəlkə məni bağışlayar. Buna görə evdən çıxanda özüm ilə 5 litrlik boş su qabını və idarə etdiyim "KaMAZ" markalı maşında qoyduğum bıçağı özüm ilə götürdüm. Taksiyə mindim və yoldan benzin aldım. Vəfanın yaşadığı evin qarşısına gəldim. Qapı bağlı olduğu üçün içəri girə bilmədim. Hasardan hoppanaraq evin həyətinə daxil oldum. İkinci mərtəbəyə daxil olmaq istəyəndə gördüm qapı bağlıdır. Zərbə vuraraq qapını açdım. Səs-küy olduğundan Vəfa yuxudan duraraq üzərimə gəldi. Onu qorxuzmaq üçün qabın içindəki benzinin hamısını Vəfanın üzərinə töküb cibindən alışqanı çıxartdım. Məqsədim onu qorxuzmaq idi ki, mənimlə barışsın. Alışqanı çıxaran zaman qızım Lalə və qaynanam Xalidə mənə tərəf gələrək mane oldular. Həmin vaxt səs-küy düşdü. Səs-küyə camaatın toplaşa biləcəyindən ehtiyat etdiyimdən otaqdan çıxdım. Həmçinin bu vaxt şalvarımın kəmər hissəsinə qoyduğum bıçaq yerə düşdü".

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən bir neçə gün sonra Vəfanın şikayəti ilə bağlı onu polisə çağırdılar:

"Mən polisdə də bildirdim ki, Vəfanı öldürmək, yandırmaq niyyətim olmayıb. Mənim kifayət qədər imkanım var idi ki, onu yandıraraq öldürüm. Vəfanın yaşadığı evə getməmişdən əvvəl götürdüyüm alışqanın baş hissəsi qırıq olub. Vəfanı öldürmək kimi bir niyyətim olsaydı, özümlə gətirdiyim bıçaqla onu həyatdan məhrum edərdim. Ona bıçaqla nəsə etməmişəm. Qızım və qaynanam müqavimət göstərə biləcək qədər qüvvələri olmayıb, bu səbəbdən də əgər bıçaq tətbiq etmiş olsaydım asanlıqla Vəfanı öldürə bilərdim".

Zərərçəkmiş şəxs qismində dindirilən V.Soltanova isə ifadəsində bildirib ki, boşanmaqlarına baxmayaraq Ə.Soltanov ondan əl çəkməyib:

"O mənə işlədiyim yerdə əxlaqsızlıq etdiyimi iddia edirdi və öldürməklə hədələyirdi. Mən onu spirtli içki və narkotik vasitə qəbul etdiyi üçün qəbul etmirdim.

Hadisə günü də evdə yatmışdım. Birdə qapının qırıldığını gördüm. Əziz əlində 5 litrlik plastik qab, digər əlində isə alışqanla otağıma daxil oldu. Daha sonra benzini üzərimə tökdü. Bu zaman uşağım anam səs-küyə yuxarı qalxdı. O benzini tökən zaman məni küçə sözləri ilə təhqir edərək yandırıb öldürəcəyini deyirdi. Həmin vaxt qorxudan donub qalmışdım. Həm də benzin gözümə düşmüşdü. Gözüm toranlaşmışdı, heç nə görmürdüm. Qorxumdan yatağın altına girdim. Əziz əli ilə məni oradan dartıb çıxardı və bir əlində alışqan var idi. Alışqanı yandırmaq istəyən zaman qızım ona mane oldu. Həmin vaxt alışqanın başı qırıldı. Bu da qorxub geri qaçdı. Bıçaq çıxardığını gördüm. O çıxmaq istəyərkən bıçaqla məni vurmağa çalışdı. Lakin bıçaq mənə dəymədi".

Məhkəmənin hökmü ilə Əziz Soltanov 11 il 6 ay azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1733   Tarix: 11 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 224
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 188
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 266
.

Gürcüstan Prezidenti COP31-də iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl

10.11.2026 194
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.