"Tinder"in məşhur fırıldaqçısı ulduzu oldu - FOTOLAR

"Tinder"in məşhur fırıldaqçısı ulduzu oldu - FOTOLARArtıq bir neçə gündür sosial şəbəkədə "Netflix"in lentə aldığı "Tinder fırıldaqçısı" sənədli filminin qəhrəmanı müzakirə olunur.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, ekran işində xanımlar əslən İsraildən olan gəncin onları necə aldatmasından danışıb. O, özünü milyarder Lva Levaevin övladı kimi təqdim edib və qadınlardan pul alıb.

İsrailin kiçik bir şəhərində yaşayan Şimon Yequda Hayut özünü holdinqlər, investorlar sahibinin oğlu Saymon Levaev kimi təqdim edib. Levaevin əslində doqquz övladı var. Dələduzla tanış olan qızların isə milyarderi araşdırmaq heç ağlına gəlməyib. Saxta Saymon instaqram səhifəsi açıb, orada bahalı həyat yaşaması ilə bağlı fotolar yayımlayıb. Onun şəkillərində bahalı brenddən olan geyimlər, aksessuarlar, məkanlar görmək mümkün olub.

Hayut qızlarla "Tinder" tanışlıq proqramı vasitəsilə tanış olub, görüş təyin edib və müxtəlif yollarla onlardan pul almağa başlayıb. O bildirib ki, ailəsinin məşğul olduğu almaz biznesində qarışıqlıqlar var və onun həyatı təhlükə altında ola bilər. O, qızlara kömək üçün müraciət edir və geri qaytaracağına söz verir. Bəzən fırıldaqçı başqa ölkəyə gedir və oradan yeni qurbanlar tapır.

Bir çox xanım hətta onun üçün kredit belə götürüb. Burada minlərlə dollardan söhbət gedib. Hətta bir qadın sevgilisi üçün 250 min dollar pul toplayıb. Amerika mediasının yazdığına görə fırıldaqçı müxtəlif ölkədəki xanımlardan ümumilikdə 10 milyon dollar alıb.

Felisi Morrisin filminin qəhrəmanı Pernilla Şeholm, Sesiliya Fellhoy və Eylin Şarlotta olub. Onun qurbanı olan qadınların sayı çox olsa da, sənədli filmdə 3 qadın çıxış edib. Hayutun özü isə müsahibə verməkdən imtina edib.

İsrailin hüquq mühafizə orqanlarına Hayutun dələduzluqları çoxdan məlum olub. O, 20 yaşından dələduzluğa başlayıb, polis onu saxlayıb. 2011-ci ildə isə saxta pasportla polisdən qaçaraq İordaniyaya keçib və oradan Avropaya qaçıb. Onun dələduzluqları çoxalandan sonra isə Avropada da axtarışa verilib. 2019-cu ildə onu Yunanıstanda tutmaq mümkün olub. Hayut İsrail polisinə təhvil verilib. Ona burada 15 ay həbs və 45 min dollar təzminat ödəmə cəzası verilib. 2021-ci ilin mayında o, azadlığa çıxıb. Fırıldaqçının tez buraxılmasına səbəb pandemiya ərəfəsində həbsxanada olan bir çox insana amnistiya olub. O, qadınların ona qarşı olan ittihamlarını rədd edir və bunu onların uydurması adlandırıb.

Hazırda Hayut azadlıqda yaşayır. Tinder 31 yaşlı dələduzun profilini bloklayıb. Bildirilib ki, o, hazırda İsraildə yaşayır və modellə sevgilidir.

"Tinder"in məşhur fırıldaqçısı ulduzu oldu - FOTOLAR"Tinder"in məşhur fırıldaqçısı ulduzu oldu - FOTOLAR"Tinder"in məşhur fırıldaqçısı ulduzu oldu - FOTOLAR"Tinder"in məşhur fırıldaqçısı ulduzu oldu - FOTOLAR"Tinder"in məşhur fırıldaqçısı ulduzu oldu - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1020   Tarix: 11 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.